Müharibədə Ukraynanın əsas çatışmazlığı budur


Dünya 24 Yan 2023 11:55:00 262 0

Müharibədə Ukraynanın əsas çatışmazlığı budur

Ukraynanı dəstəklədiyini bildirən Avropa ölkələrinin göndərdiyi silah və sursata, zirehli texnikaya nəzər yetirdiyimiz zaman onların müharibənin gedişatına ciddi təsir edəcək gücdə olmadığını görürük. Sözügedən silahlar daha çox müdafiə üçündür. Müharibədə Ukraynanın əleyhinə olan ən əsas məsələ isə əlində Rusiyanın raket hədəflərini məhv edəcək silah-sursatların, güclü HHM sistemlərinin olmamasıdır. Ölkədə kütləvi şəkildə hərbi sənayeyə keçid üçün də hazırlıq yoxdur. Rusiya SSRİ-nin varisi kimi külli miqdarda silah sistemlərinə, zirehli texnikalara, döyüş təyyarələrinə, helikopterə və s. sahibdir.

Son.az xəbər verir ki, bu sözləri Axar.az-a Ukrayna Prezident Ofisi başçısının keçmiş müşaviri Aleksey Arestoviçin Kiyevin getdikcə döyüş meydanında qalib gəlmək şansını itirməsi haqqında açıqlaması və son günlər Rusiyanın irəliləməsi haqqında danışan Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.

Alimin sözlərinə görə, Rusiya yeni ərazilər işğal etsə belə, orada çox qala bilməyəcək:

"Məsələ burasındadır ki, Rusiya texnoloji baxımdan nə qədər geri qalsa da, əlində olan silahlar, əhalinin sayı və resurslar baxımından Ukraynadan güclüdür. Hətta bu səbəbdən müharibənin əvvəlində Rusiyanın bir neçə gün ərzində Kiyevi tutacağını deyənlər də var idi. Lakin müharibənin belə uzanmasının səbəbi rus ordusundakı nizam-intizamsızlıq, döyüş planlarının doğru şəkildə hazırlanmaması və rəsmi Moskvanın həddindən artıq özünə arxayınlığı oldu. Digər tərəfdən beynəlxalq mexanizmlərə təsir baxımından da Rusiyanın imkanları daha genişdir. Çünki Rusiya həm də BMT TŞ-nin daimi üzvlərindən biridir. Lakin bir şeyi də vurğulamaq istəyirəm ki, Rusiyanın son günlərdə irəliləməsi, daha çox ərazilər işğal etməsi əslində özünə ziyandır. Çünki bu əraziləri əldə saxlamaq əlavə iqtisadi itki deməkdir və Rusiya müharibədə qalib gəlsə belə, o, uzun müddət orada qala bilməyəcək, yaxud işğalın nəticəsi olmayacaq. İndiki dövrdə on doqquzuncu əsrdəki kimi bir ölkəni işğal edib orada həmişəlik qalmaq mümkün deyil. Bunu biz ən son ABŞ-ın Əfqanıstana müdaxiləsində də gördük".

Professor iqtisadi sanksiyaların hazırki məqamda Rusiyanı müharibədən çəkindirməyəcəyini bildirib:

"İqtisadi sanksiyalar hansısa bir işğal prosesinin qarşısının alınmasında o qədər də çəkindirici deyil.

Qarşımızda İran örnəyi də var. Sanksiyaları tətbiq edənlər elə özləri bəzən onu pozmağa məcbur olurlar. İranın Ukraynada vurulan PUA-larında Avropada istehsal olunan detalların olduğu da üzə çıxdı. Bəs sanksiyalar o zaman nəyə yarayır? Qəbul edilən sanksiyaların səmərəli olması üçün uzun müddət vaxt lazımdır. Yəni bir, yaxud iki-üç il ərzində sözügedən sanksiyalarla Rusiyanı müharibədən çəkindirməyin mümkün olmadığını düşünürəm".

Aviabiletlər üçün erkən rezervasiya qiymətləri niyə bahadır? like
  • 24 Yan 11:44  
Digərləri Aviabiletlər üçün erkən rezervasiya qiymətləri niyə bahadır?

Səyahətə hazırlaşanlar hər il sərfəli qiymətlər təklif edilən erkən

arrow Ətraflı
Vardanyanın məqsədi pul qazanmaqdır like
  • 24 Yan 11:40  
Siyasət Vardanyanın məqsədi pul qazanmaqdır

Bizim əsas tələbimiz təbii sərvətlərimizin ermənilər tərəfindən tala

arrow Ətraflı
Rusiyada qorxunc qəza: Tramvayın altına düşən kişi faciəvi şəkildə öldü like
  • 24 Yan 11:33  
Digərləri Rusiyada qorxunc qəza: Tramvayın altına düşən kişi faciəvi şəkildə öldü

Rusiyanın Sankt-Peterburq şəhərində dəhşətli yol-nəqliyyat hadisəsi ba

arrow Ətraflı
Böyük bir bəlanın başlanğıcı like
  • 24 Yan 11:24  
Siyasət Böyük bir bəlanın başlanğıcı

Avropa Şurasının prezidenti Şarl Mişel İspaniyanın "El Mundo"

arrow Ətraflı
Pedaqoji təhsili olmayan bakalavriat məzunları müəllim işləyə bilərlərmi? like
  • 24 Yan 11:22  
Digərləri Pedaqoji təhsili olmayan bakalavriat məzunları müəllim işləyə bilərlərmi?

İxtisas seçimi abituriyentlər arasında ən çox müzakirə olunan və demək

arrow Ətraflı
BU TARİXDƏ bütün müavinət və təqaüdlər like
  • 24 Yan 11:16  
Siyasət BU TARİXDƏ bütün müavinət və təqaüdlər

Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlə

arrow Ətraflı
Bu məşhurlar səhnəyə heyvan başları ilə çıxdılar like
  • 24 Yan 11:11  
Şou-biznes Bu məşhurlar səhnəyə heyvan başları ilə çıxdılar

Paris Moda Həftəsi çərçivəsində keçirilən "Schiaparelli" bren

arrow Ətraflı
Teylor İbrahimov barəsində yenidən cinayət işi başlandı like
  • 24 Yan 11:08  
Digərləri Teylor İbrahimov barəsində yenidən cinayət işi başlandı

Sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi Teylor İbrahimov (Fətişo�

arrow Ətraflı
Sumqayıtda bu bina hər an uça bilər like
  • 24 Yan 11:00  
Digərləri Sumqayıtda bu bina hər an uça bilər

Pəncərələri sınıb, divarları eroziyaya uğrayıb. Sumqayıtda 73 ilin bin

arrow Ətraflı
"Vardanyan Putinin Qarabağa göndərdiyi rusiyalı oliqarxdır" like
  • 24 Yan 10:44  
Dünya "Vardanyan Putinin Qarabağa göndərdiyi rusiyalı oliqarxdır"

"Ruben Vardanyan Rusiya Prezidenti Vladimir Putinin faktiki olaraq Qarabağ

arrow Ətraflı
Göyçayda silahlı narkokuryerlər saxlanılıb like
  • 24 Yan 10:39  
Kriminal Göyçayda silahlı narkokuryerlər saxlanılıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərlərində

arrow Ətraflı
"Möhlət istərdim ki, qızın üçün bir şey edə bilim" like
  • 24 Yan 10:29  
Şou-biznes "Möhlət istərdim ki, qızın üçün bir şey edə bilim"

"Çox heyf, səndən heyf... Amma bu yazılmış yazı idi, buna pozu yox i

arrow Ətraflı
İki gün sonra Birbank lotereyasının qalibləri məlum olacaq like
  • 24 Yan 10:24  
Digərləri İki gün sonra Birbank lotereyasının qalibləri məlum olacaq

Məlumat verdiyimiz kimi bütün növ Birbank (həmçinin BirKart) kart sahiblə

arrow Ətraflı