Çexiya Azərbaycanın nəqliyyatenerji sektorunda iştirakını genişləndirməyə çalışır
Siyasət 24 Yan 2023 10:06:00 342 0
Çexiya Azərbaycanın nəqliyyat əlaqələri və enerji sektorlarında öz mövcudluğunu genişləndirmək imkanlarını öyrənir.
Bu xəbəri də oxu: Bayden Azərbaycana təşəkkür etdi
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Çex Respublikasının xarici işlər nazirinin müavini Yaroslav Kurfürst deyib.
"Ötən onillik ərzində Çexiyanın Azərbaycandakı əsas investisiya layihələri nəqliyyat infrastrukturu sahəsində olub. Flaqman layihəmiz olan Bakı-Tbilisi-Qars dəmiryolunun Azərbaycan hissəsinin bərpası 2019-cu ildə başda "Moravia Steel" olmaqla bizim şirkətlər qrupumuz tərəfindən tamamlandı. Biz tamamilə yeni dövrə qədəm qoyduğumuzdan, Azərbaycanda kommunikasiya və enerji sahəsində yeni investisiya imkanlarına ümid edirik", - o deyib.
Nazir müavininin sözlərinə görə, Azərbaycan və Çex Respublikası arasında enerji sahəsində əməkdaşlıq uzunmüddətli əhəmiyyət daşıyır.
"2018-ci ildə Şamaxı rayonunun Qaravəlli kəndində məktəbdə çex şirkətləri tərəfindən tamamlanmış pilot layihə enerji resurslarının səmərəli istifadəsi barədə maarifləndirmənin artırılmasına yönəlmişdi. Biz bu sahələrdə ikitərəfli əməkdaşlığı mühüm hesab edirik, ona görə də bununla bağlı 2021-ci ilin sentyabrında xarici işlər nazirimizin Bakıya səfəri zamanı Azərbaycan və Çex Respublikası arasında energetika sahəsində əməkdaşlığa dair Saziş imzalandı", - nazir müavini bildirib.
Y.Kurfürst əlavə edib ki, sazişin reallaşdırılması enerji daşıyıcılarının tədarüklərinin diversifikasiyası sahəsində ikitərəfli əməkdaşlığa, həmçinin enerji səmərəliliyinə və bərpa olunan enerji mənbələrinə yönəlmiş layihələrə çex şirkətlərinin cəlb olunmasına şərait yarada bilər.
O həmçinin Çexiyanın müvafiq Azərbaycan institutları ilə iqtisadi və ticari əməkdaşlığa imkan verən tədbirlər barədə danışıqlar apardığını qeyd edib.
"Bəzi layihələr ilkin müzakirə mərhələsindədir. Biz hesab edirik ki, iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə komissiyanın gözlənilən beşinci iclası və Praqa şəhərində keçiriləcək biznes forumu əməkdaşlığa daha da təkan verəcək ", - nazir müavini yekun olaraq bildirib.
Son.az
Ağamirzə Məmmədov millət vəkili Sahib Alıyevin meyxana ilə bağlı qalma
Vergi borcu olanlar da hesab aça biləcəklər.
Türkiyənin məşhur xalq musiqisi sənətçisi Bedia Akartürk plastik əməli
"Avropa İttifaqı missiyasının mövcudluğunun hazırkı dialoq mexanizm
Əməkdar artist Tünzalə Əliyevanın bacısı Təranə Əliyeva onun həyat y
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Kom
Osteoartrit, xalq arasında bilinən adı ilə daşlaşma, oynaqlarda qığırda
Qaxotu barədə çoxlu söyləntilər var. Onun pis qüvvələri yetişdiyi böl
Moldovada Milli Ordunun bütün poliqonlarında 400-dən çox əsgərin iştirak
Dünyanın bir sıra ölkələri və təşkilatları İsveçin paytaxtı Stokhol
Duz və şəkər haqqında öyrənilənlər onları süfrəmizdən uzaqlaşdırm