Niyə “Vardanyan layihəsi”


Siyasət 24 Yan 2023 09:56:00 239 0

Niyə “Vardanyan layihəsi”

Suala cavab vermək üçün "Qisas əməliyyatından" sonra İrəvan-Bakı münasibətlərindəki hadisələr ardıcıllığına nəzər yetirmək vacibdir. Belə retrospektiv 3 məsələni aydınlaşdırır:

- Rusiya Sülhməramlı Kontingenti (RSK) mandatsız olması Moskvaya "yerdə" nəsə etməyə imkan vermir; - Ermənistan Azərbaycanın "yerdə" əhəmiyyətli addımlar ata biləcəyini dərk etdi; - Bakı Xankəndi ilə əlaqə yaratmış və ermənilərin Laçın və Zabuxdan köçürülməsini həyata keçirmişdir.   Hadisələr və məzmun

31 avqust - üçtərəfli sammit çərçivəsində Brüsseldə Bakının təklif etdiyi prinsiplər əsasında (yəni Qarabağsız) sülh sazişinin (SS) mətni üzrə işin aparılmasına dair razılıq əldə edilir → sərhəd üzrə iclas təşkil olunur → noyabrda növbəti sammit baş tutur. Bu, SS-in aktuallaşmasına dair ilk siqnal idi!

1 sentyabr - dövriyyə "Vardanyan layihəsi" buraxılır: Vardanyan Rusiya vətəndaşlığından imtina edir → Qarabağa köçür → "Artsaxın təhlükəsizlik və inkişaf" fondunu təsis edir. Hazırda fondun adı var özü isə yox.

Sentyabrın əvvəlində Rusiya Qarabağ məsələsinin "gələcək nəsillərə" saxlanılmasını nəzərdə tutan SS variantını irəli sürür. Faktiki olaraq Rusiya 2 prosesin 1 prosesdə birləşməsinə çalışır.

12-13 sentyabrda şərti sərhəddə silahlı toqquşma = İrəvan və ya 3cü tərəfin Ermənistan SQ-dəki agentlər vasitəsilə SS prosesi əleyhinə etdiyi təxribat.

27 sentyabr - Vaşinqton görüşü/razılaşması: SS prosesi və Qarabağ mövzularının bir-birindən ayrılması → Bakı-Xankəndi (assimetrik) dialoqunun razılaşdırılması. Bakı-Xankəndi ilə bağlı bəndin anlaşılmasında ziddiyyətlər olsa da, proseslərin bir-birindən ayrılması qərarlaşdırıldı.

2 oktyabr - SS mətnini müzakirə etmək məqsədilə xarici işlər nazirlərinin Cenevrədə görüşü: MQ həmsədrləri prosesdən kənar qalır və prosesin Qarabağsız 2 tərəfli əsasda aparılması möhkəmlənir.

4 oktyabr - Arutyunyan Vardanyana "dövlət naziri" vəzifəsini təklif edir. Vardanyan və layihə müəllifləri hadisələri götür-qoy etməyə başlayırlar.

6 oktyabr - Praqa sammiti: ərazi bütövlüyünün tanınmasını nəzərdə tutan Praqa bəyanatı  Qarabağ məsələsinin bir daha hallanmaması  prosesin Rusiyanın iştirakı olmadan irəli getməsi.

Oktyabrın ortaları -  "Vardanyan layihəsi" müəllifləri Rusiya KİV-lərində Azərbaycana və Paşinyana qarşı kampaniyaya başlayır.

27 oktyabr - Valdayda Putin Ermənistanı Alma-Ata bəyannaməsi əsasında sülh sazişini imzalamağa tələsməməyə çağırır → Paşinyan dərhal Rusiyanın SS layihəsini 100% dəstəklədiyini bəyan edir.

31 oktyabr - Soçi sammiti: Praqada əldə edilən nəticə (ərazi bütövlüyünün qarşılıqlı tanınması) Soçi bəyanatı ilə təsdiqlənir → Qarabağ və mandat məsələlərini mətnə daxil etmə, yəni proseslərin birləşdirilmə cəhdi iflasa uğrayır. SS prioritetdir, ondan geri dönmək/yayınmaq qəbul olunmazdır.

4 noyabr - Vardanyan "dövlət naziri" təyin olunur   Nəticə

- Proseslərin (sülh sazişi və Qarabağ) ayrılması və "Vardanyan layihəsinin" aktivləşməsi arasında əlaqə mövcuddur. - Ziddiyyətlərə rəğmən, Bakı-Xankəndi formatı aktuallaşdıqda, Rusiya regionda tamamilə idarə olunan Vardanyanın timsalında peyda olur. - Vardanyan RSK-nı Ermənistan rəhbərliyinin tənqidindən çıxarıb, ona beynəlxalq mandatın qazanılmasına çalışır. Fransada Araik beynəlxalq kontingent xahiş etdikdə Vardanyan müdaxilə edib, mandatın yalnız RSK üçün istənilməsini tələb etmişdir.   Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinə istinadən bildirir ki, "Vardanyan layihəsi" SS prosesini dayandırmaq və danışıqlar prosesinə Qarabağ məsələsini qaytarmaq məqsədilə Rusiya tərəfindən atılan uğursuz cəhddir. Bu cür siyasətin nəticəsi olmayacaq. Əksinə, bu Bakının Laçın yolu üzərində nəzarətinin güclənməsinə gətirdi.

"Vardanyan layihəsi"nin resursu tükənmək üzrədir. Vardanyan üzərinə qoyulmuş funksiyanı natamam yerinə yetirib. SS prosesi dayansa da, yenə də gündəlikdədir. Qarabağ məsələsi isə beynəlmilləşsə də, SS prosesinin ayrılmaz hissəsinə çevrilmədi.

Üstəlik, "layihə" Qarabağ ermənilərini birləşdirmək əvəzinə separatçılar daxilində parçalanmalara, ümidsizlik mühitinin yaranmasına və Qarabağda mövcud yeganə əhəmiyyətli sənaye obyektinin işinin dayanmasına səbəb oldu.

Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı like
  • 24 Yan 09:50  
Digərləri Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı

Vergi borcu olanlar da hesab aça biləcəklər.

arrow Ətraflı
81 yaşlı sənətçi estetik əməliyyat etdirib tanınmaz oldu like
  • 24 Yan 09:48  
Şou-biznes 81 yaşlı sənətçi estetik əməliyyat etdirib tanınmaz oldu

Türkiyənin məşhur xalq musiqisi sənətçisi Bedia Akartürk plastik əməli

arrow Ətraflı
Rəsmi Bakıdan Aİnin Ermənistanda missiya yaratmasına like
  • 24 Yan 09:42  
Siyasət Rəsmi Bakıdan Aİnin Ermənistanda missiya yaratmasına

"Avropa İttifaqı missiyasının mövcudluğunun hazırkı dialoq mexanizm

arrow Ətraflı
"Röyal Tünzalənin əşyalarına toxunmağa qoymur" like
  • 24 Yan 09:38  
Şou-biznes "Röyal Tünzalənin əşyalarına toxunmağa qoymur"

Əməkdar artist Tünzalə Əliyevanın bacısı Təranə Əliyeva onun həyat y

arrow Ətraflı
Bakıda mağazaya silahlı basqın edilib like
  • 24 Yan 09:32  
Kriminal Bakıda mağazaya silahlı basqın edilib

Bakıda mağazaya silahlı basqın edilib.

arrow Ətraflı
İstanbulda erməni kilsəsində yanğın like
  • 24 Yan 09:28  
Dünya İstanbulda erməni kilsəsində yanğın

İstanbulda erməni katolik kilsəsində yanğın baş verib.

arrow Ətraflı
Xankəndidən Laçın istiqamətinə BQXKnın 6 minik avtomobili keçib like
  • 24 Yan 09:24  
Siyasət Xankəndidən Laçın istiqamətinə BQXKnın 6 minik avtomobili keçib

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Kom

arrow Ətraflı
Osteoartrit xəstəliyi nədir? like
  • 24 Yan 08:59  
Digərləri Osteoartrit xəstəliyi nədir?

Osteoartrit, xalq arasında bilinən adı ilə daşlaşma, oynaqlarda qığırda

arrow Ətraflı
Ukrayna "Abrams"a göz dikib like
  • 24 Yan 08:58  
Siyasət Ukrayna "Abrams"a göz dikib

Ukrayna "Patriot" zenit-raket komplekslərinin çatdırılmasını gö

arrow Ətraflı
Qaxotu (adi dazı, qoyunqıran) faydaları like
  • 24 Yan 08:55  
Digərləri Qaxotu (adi dazı, qoyunqıran) faydaları

Qaxotu barədə çoxlu söyləntilər var. Onun pis qüvvələri yetişdiyi böl

arrow Ətraflı
Moldova ordusunun bütün poliqonlarında like
  • 24 Yan 08:54  
Siyasət Moldova ordusunun bütün poliqonlarında

Moldovada Milli Ordunun bütün poliqonlarında 400-dən çox əsgərin iştirak

arrow Ətraflı
Kilsə arxiyepiskopu Quranı yandırır, diplomatik etirazlar səslənir, like
  • 24 Yan 08:52  
Siyasət Kilsə arxiyepiskopu Quranı yandırır, diplomatik etirazlar səslənir,

Dünyanın bir sıra ölkələri və təşkilatları İsveçin paytaxtı Stokhol

arrow Ətraflı
Şəkər tozu və duzun evdəki bilinməyən faydaları like
  • 24 Yan 08:51  
Digərləri Şəkər tozu və duzun evdəki bilinməyən faydaları

Duz və şəkər haqqında öyrənilənlər onları süfrəmizdən uzaqlaşdırm

arrow Ətraflı
ABŞdə atışma, ölən like
  • 24 Yan 08:50  
Dünya ABŞdə atışma, ölən

ABŞ-nin Ayova ştatında məktəbdə atışma olub.

arrow Ətraflı
Ukrayna bu müharibədə qalib gəlməlidir like
  • 24 Yan 08:48  
Siyasət Ukrayna bu müharibədə qalib gəlməlidir

Ukraynanın Avropa Birliyi büdcəsindən hərbi dəstəyi 3,6 milyard avroya ç

arrow Ətraflı