Pensiyaçılara artıq ödənilmiş vəsait geri alınmayacaq
Siyasət 23 Yan 2023 19:22:00 349 0
Azərbaycanda pensiyaçılara 2020-ci ildən əvvəl verilən artıq ödənişlər geri istənilməyəcək.
Bu xəbəri də oxu: Avropa İttifaqı Şurasının Prezidenti İlham Əliyevə zəng edib
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin "Əmək pensiyaları haqqında" qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.
Dəyişikliklər əmək pensiyasına (əmək pensiyasına əlavəyə) görə artıq ödənilmiş məbləğin tutulması müddətinin məhdudlaşdırılması, bununla da son üç ildən əvvəlki dövrlə bağlı ödənişə amnistiyanın (güzəştin) tətbiq edilməsi məqsədi daşıyır. Yəni artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur. Yəni əgər pensiyaçıya fərqli səbəblərdən 2020-ci ildən əvvəl artıq ödəniş olubsa, yeni dəyişikliklərə əsasən həmin ödəniş geri istənilməyəcək. Dəyişikliklər 2020-ci ildən əvvəlki dövrə amnistiyanın verilməsini nəzərdə tutur.
Qaydalara əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısından əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında yalnız aşağıdakı hallarda tutulur:
- rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə artıq məbləğdə əmək pensiyasının və əmək pensiyasına əlavənin təyin olunmasına nail olduqda;
- qəsdən təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə artıq məbləğdə əmək pensiyasının və əmək pensiyasına əlavənin təyin olunmasına nail olduqda;
- inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
Bundan başqa, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından tutulduğu hallar istisna olmaqla, digər hallarda vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği həmin vəzifəli şəxsdən onun razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında tutulur.
Eyni zamanda geri ödəniləcək vəsait hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz.
Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minib
"Surfshark" internet saytı dünyada internet məhdudiyyətləri ilə
Şəhid ailəsinə qarşı dələduzluqda ittiham olunan İxtiyar Orucov və Bal
"Adım Farah" serialının ulduzları Demet Özdemir və Engin Akyüre
Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Laç�
Prezident İlham Əliyev "Milli standartlaşdırma sisteminin beynəlxalq t
"Çox nadir hallarda ağlayırdı. Kimsə xətrinə dəyəndə, demirdi, i�
Ötən il həyata keçirilmiş əməliyyat tədbirləri ilə Azərbaycanda 251 k
Rusiyanın Qarabağa göndərdiyi adamı elə Moskvanın baş bəlasına çevril
Tambov vilayətində polis Tokarevka kəndindəki fermadan traktorun oğurlanmas
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Erməni mənbələr sülhməramlıların Laçın yolunda aksiyanın başlanması
Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial mü