Həzrət Məhəmməd mütəfəkkirlərin dili ilə
Digərləri 21 Yan 2023 23:10:00 414 0
Uill Dürant
Bu xəbəri də oxu: Koronavirusun daha bir qorxulu fəsadı üzə çıxdı
Amerikalı filosof, sosioloq və tarixçi yazır:
Əgər dahiliyi böyük şəxsiyyətlərin cəmiyyətə təsirində görsək, Məhəmmədin (s) tarixin ən dahi şəxsiyyəti olduğunu etiraf etməliyik.
O, havanın istisindən və səhranın yorğunluğundan vəhşilik girdabına yuvarlanmış qövmün etik və mənəvi durumunu yüksəltmək fikrində idi.
Bəli, o, bu zəmində digər islahatçılardan daha çox ugur qazanmışdır. Onu da deməliyik ki, Məhəmməddən (s) başqa bütün arzularına çatan çox az adam tapmaq olar. O dini olduğu kimi həyata keçirdi, çünki dinə inanırdı.
İslam Peygəmbəri (s) bütə tapınan, səhrada dağınıq şəkildə yaşayan qəbilələri bir araya gətirərək vahid ümmətə çevirdi. Hansı ki, daim yəhudilik və xristianliqdan üstün olmuş və yüksəkdə dayanmaqdadır. Ərəbistanda sadə, aydın və insana güc verən dinin banisi də o idi.
O, öz mənəviyyatı ilə elə bir qövmün sücaət və izzəti-nəfsini formalaşdırdı ki, bir dövrdə yüz döyüşdən qələbə ilə çıxdı və bir əsrdə böyük bir imperatorluq yaratdı. Bu, günümüzdə dünya əhalisinin yarısına nüfuz edən real gücdür.
Bernard Şou
Bernard Şou öz "Qara qızcığaz Allah sorağında" kitabında yazır:
Həzrət İsadan (s) sonra həzrət Məhəmməd (s) İslam dinini bəşəriyyətə təqdim etdi və tövhidə doğru böyük bir addım atdı. İnsanları ibadət etdikləri daş və taxda bütlərdən döndərərək yeganə Allaha ibadət etməyə yönəltdi.
Orta əsr kilsəsi ya nadanlıq, ya da təəssüb üzündən İslamı anlaşılmaz din kimi qələmə vermişdi. Onlar camaata Məhəmmədin (s) İsanın (ə) əleyhinə olduğunu göstərir və insanlarda İslama qarşı nifrət oyatmağa çalışırdılar.
Mən Məhəmmədin (s) həyat və fəaliyyətini mütaliə etmişəm. Mənim fikrimcə o, nəinki təkcə İsanın (s) əleyhinə deyil, əksinə, onu bəşəriyyətin xilaskarı hesab etmək lazimdir.
Mən inanıram ki, əgər Məhəmməd (ə) kimi bir nəfər müasir dünyanın mütləq hakimiyyətini ələ keçirsə, dünya məsələlərinin dünyanın ehtiyac duyduğu əmin-əmanliği təmin edəcək şəkildə həllinin öhdəsindən gələ bilər.
Doktor Marks
Fəlsəfə müəllimi Doktor Marks deyir:
Məhəmməd (s) bütün söyləmləri qeyd edilmiş yeganə peyğəmbərdir. Bu, onun yetgin və əhatəli şəxsiyyətinin, hədislərinin xüsusi diqqətlə söylənilmiş doğru kəlamlar olmasının göstəricisidir.
Bədənin yuxarı hissəsində, bel, kürəkdə qaşınma və heç bir səpkinin
Xalq artisti Gülyanaq Məmmədova "İnstagram" hesabında yeni payla�
Quba rayonunda qadına təcavüzdə ittiham olunan 1984-cü il təvəllüdlü Em
İblis (lən) Allaha pərəstiş edən cinlərdən idi ki, minillərlə ibadət
Alimlər görmə itkisinin qarşısını 60% ala biləcək meyvəni tapıblar.
Özlərini vəhy məktəbindən və peyğəmbərlərin yolundan ehtiyacsız hesa
Pəhriz və fiziki məşğələlər arıqlamaq üçün ən səmərəli tədbirl�
Aktyor Fərda Xudaverdiyev və Elməddin Cəfərov aparıcı Zaur Kamalın veril
Ateroskleroz - damar tıxanması günümüzün ən amansız xəstəliyidir. İnf
200 il öncə. İran. Rusiya ilə müharibədə məğlub duruma düşmüş bu d�
"Bitcoin" kriptovalyutası ilin əvvəlindən 28%-dən çox bahalaşı
Kəklikotu çayının qəbulu həyat eşqini artırır. Həmçinin açıq antiba