Getmə, tərsa balası... – Anna Akopyanın


Siyasət 21 Yan 2023 22:29:00 403 0

Getmə, tərsa balası... – Anna Akopyanın

200 il öncə. İran. Rusiya ilə müharibədə məğlub duruma düşmüş bu dövlətdən sidqi sıyrılmış ermənilər özlərinə yeni ağa axtararaq kütləvi şəkildə Rusiyanın qopardığı ərazilərə, Qarabağa köçür, bu mahalı Moskvanın əliylə özlərininki etməyə çalışırlar.

illi.Az musavat.com-a istinadən bildirir ki, 2023-cü il. İran. Rusiyanın zəiflədiyini, beynəlxalq güclərlə girdiyi hibrid müharibədə məğlub duruma düşdüyünü görən ermənilər yenidən Tehrana pənah aparır, heç cür Azərbaycandan qopara bilmədikləri Qarabağıın əllərində qalan hissəsini İran dövlətinin hesabına qorumağa çalışırlar.

195 il öncə İran şahının qohumu Allahyar xan Qacarın hərəmxanasından qaçan iki erməni qadın Rusiya və İranın arasında böyük bir qalmaqala, səfir Aleksandr Qriboyedovun ölümünə səbəb olmuşdu. O zaman ana dili ilə bərabər 5 dil bilən yazıçı-diplomata İran rəsmiləri ilə dil tapmaq üçün həmvətənimiz Mirzə Cəfər Topçubaşovdan öyrəndiyi fars dili kömək etməmişdi.

Bu gün ruslardan qaçan erməni qadın Tehrandakı saraya sığınır. Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İranda prezident İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Sadat Alamolxoda və qızı Reyhanə Rəisi ilə görüşlər keçirir, onlarla birlikdə Qum şəhərindəki məscidi və Fatimeyi Məsumə mavzoleyini ziyarət edir.

Haradan hara? İndi ustad Şəhriyarın başqa dindən olan qadına xitabən yazdığı, "Getmə, tərsa balası" ifadəsi ilə başlayan məşhur qəzəli aktual deyil, indi tərsa balası özü İrana gəlib, başına kələğayı bağlayıb, prezidentin xanımı ilə yanaşı oturub, dostluq-bacılıq münasibəti sərgiləyir.

Arazın şimalında yaşayanlardan söhbət düşəndə kafirlərdən danışırmış kimi üzlərini turşudan iranlı məmurlar indi dini, məzhəbi, dili, dəyərləri ayrı olan bir qadının Arazın cənub tayına gəlişindən məmnundurlar.

Ta Qriboyedovun vaxtından bəri İranla Ermənistan (daha dəqiqi, iranlılarla ermnilər) arasındakı dostluğun ən zirvədə olduğu dövrdür: prezidenlər görüşür, baş nazirlər anlaşır, spikerlər telefonla danışır, ordu rəhbərləri qarşılıqlı səfərlər edir, birinci xanımlar bir araya gəlirlər.

İran dövlətində əmələ gələn bu erməni sevdasının mayası, qayəsi nədir? Guya İranda bu millətin etibarının hara qədər olduğunu, həmişə zəifləmiş müttəfiqini yarıyolda qoyaraq güclünün yanına qaçdığını bilmirlərmi? Bir dəfə İran, bir dəfə Türkiyə, indi də Rusiya eyni davranışla üzləşməyibmi? Ermənistanın, iranlıların təbirincə desək, "kafir Avropa" ilə necə can bir qəlbdə olduğunu, onların tərəfindən necə dəstəkləndiklərini Tehranda görmürlərmi, anlamırlarmı? Bal kimi də bilirlər. Bilməmələri mümkünsüzdür.

Öz din qardaşlarını "peyəğmbərin nəvələrinin başını kəsən" adlandırıb lənətləyən iranlı ruhanilərdə dünənə qədər "kafir" adlandırdıqları millətə qarşı bu nə tolerantlıqdır?

Söz yox, İranın yeritdiyi bu siyasət, konkret olaraq, ermənilərə qucaq açması sırf bizim acığımıza olan hərəkətlərdir. Bizim və Türkiyənin. Daha doğrusu, indiki erməni-fars qardaşlığı Türkiyə ilə Azərbaycanın bir-birinə son dərəcə bağlı hala gəlməsinə görədir. Onlar bu yolla guya ki, regionda hərbi-siyasi balans yaradırlar.

Ancaq bu korafəhim və emosional ovqatdan qaynaqlanan siyasətdir. İran siyasiləri dərindən düşünsəydilər, tarixi vətənləri olmayan Qafqazda cəmi 3 milyon civarında qalmış ermənilərdən ötrü 10 milyonluq Azərbaycan Respublikası ilə münasibəti bu şəkildə gərginləşdirməz, üstəlik, İranda yaşayan və min illərdir bu dövlətin onurğa sütunu olan Azərbaycan türklərinə qarşı saymazlıq etməzdilər.

İranı idarə edənlər anlamalıdırlar ki, sabah ABŞ, Fransa, Hollandiya, Belçika və başqa bu kimi dövlətlər Ermənistana regionda dominantlıq və yüksək inkişaf vədi versələr, bunun qarşılığında Tehrana düşmənçilik etməsini buyursalar, rəsmi İrəvan qısa tərəddüddən sonra can-başla bu işə qol qoyacaq.

Ermənistan ona görə üzünü İrana tutub ki, məngənə arasında qalmış kimi çırpınır, düşdüyü durumdan çıxmaq üçün hər şeyə əl atır və İranı, onları aparan seldən xilas olmaq üçün yapşdığı budaqlardan biri kimi görür.

Bu iki dövləti yalnız və yalnız Azərbaycana qarşı olmaları birləşdirir. Başqa söhbətlər əfsanədir.

Gərək siyasi terminologiyada yeni istilahlar yaradılsın və bu cür müttəfiqliklərə "acıq vermək üçün dostluq büsatı qurmaq" adı qoyulsun. Məsələ məhz bu cürdür.

Bu xətt bir müddət davam edəcək, sonra durum dəyişəcək. Bax, onda tərəflərdən biri, ola bilər, ikisi də 2022-2023-cü ildə yeritdiyi regional siyasətə görə xəcalət çəkəcək.

P.S. Bir müddətdən sonra prezident Rəisi əhli-əyalı ilə İrəvana getsə, o zaman İranın birinci xanımı da, prinsipcə, kilsəyə gedib şam yandırmalıdır. Elə olsa, şair demişkən, "Damənindən yapışıb mən də kəlisayə gəlim" sözü yerini alacaq.

Bitcoin ilin əvvəlindən 28% like
  • 21 Yan 22:27  
Digərləri Bitcoin ilin əvvəlindən 28%

"Bitcoin" kriptovalyutası ilin əvvəlindən 28%-dən çox bahalaşı

arrow Ətraflı
Sovetin "Sofi Loren"i like
  • 21 Yan 22:26  
Dünya Sovetin "Sofi Loren"i

Məşhur sovet aktrisası Maya Menqlet 88 yaşında vəfat edib.

arrow Ətraflı
Kəklikotu çayı infeksiya mövsümündə faydalıdır like
  • 21 Yan 22:25  
Digərləri Kəklikotu çayı infeksiya mövsümündə faydalıdır

Kəklikotu çayının qəbulu həyat eşqini artırır. Həmçinin açıq antiba

arrow Ətraflı
Rus ordusuna ağır zərbə  Şiddətli like
  • 21 Yan 22:23  
Siyasət Rus ordusuna ağır zərbə Şiddətli

Ukrayna Silahlı Qüvvələri rus işğalçılarının canlı qüvvə və texnik

arrow Ətraflı
Daha bir soydaşımız Ukraynada like
  • 21 Yan 22:21  
Siyasət Daha bir soydaşımız Ukraynada

Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda daha bir soydaşımız

arrow Ətraflı
Camaat namazında imamın razılığı şətdirmi? like
  • 21 Yan 22:20  
Digərləri Camaat namazında imamın razılığı şətdirmi?

Gündəlik namazların camaatla qılınması təkidlə tövsiyə olunmuş ibadə

arrow Ətraflı
Hər iki tərəf ciddi itkilər verir, danışıqlar like
  • 21 Yan 22:19  
Siyasət Hər iki tərəf ciddi itkilər verir, danışıqlar

Ukraynadakı münaqişə diplomatiya yolu ilə bitməlidir.

arrow Ətraflı
Əliyev “hər şeyi almaq” istəyir: like
  • 21 Yan 22:18  
Siyasət Əliyev “hər şeyi almaq” istəyir:

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağla bağlı doğrudan da hər şeyi

arrow Ətraflı
Bakının Laçın yolu ilə bağlı tələbi… like
  • 21 Yan 22:17  
Siyasət Bakının Laçın yolu ilə bağlı tələbi…

Mənə elə gəlir ki, hər şey Bakı və Moskvadan asılıdır.

arrow Ətraflı
Bu, Rusiyaya sarsıdıcı zərbə olar: like
  • 21 Yan 22:16  
Siyasət Bu, Rusiyaya sarsıdıcı zərbə olar:

ABŞ administirasiyasının Krımın Ukrayna qoşunları tərəfindən ələ ke�

arrow Ətraflı
Xərçəngin əsas əlamətləri hansılardır? like
  • 21 Yan 22:15  
Digərləri Xərçəngin əsas əlamətləri hansılardır?

"Bədənin hər hansı bir yerində üç həftədən çox davam edən səb�

arrow Ətraflı
Pentaqonun Türkiyəyə güclü dəstəyini gördük like
  • 21 Yan 22:14  
Siyasət Pentaqonun Türkiyəyə güclü dəstəyini gördük

Bildiyiniz kimi, ABŞ-dan 40 ədəd F-16 qırıcıların alınması və 79 təyy

arrow Ətraflı
Bakıya qarşı böyük oyun: Yeni like
  • 21 Yan 22:12  
Siyasət Bakıya qarşı böyük oyun: Yeni

Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın Erm

arrow Ətraflı
Gəncədə yaşlı qadın ehtiyatsızlığın like
  • 21 Yan 22:11  
Digərləri Gəncədə yaşlı qadın ehtiyatsızlığın

Gəncə şəhərində 66 yaşlı qadın ölüb.

arrow Ətraflı
Bir tuluq su ilə susuz qalan Əbazər like
  • 21 Yan 22:10  
Digərləri Bir tuluq su ilə susuz qalan Əbazər

Yayın axırları idi, çox isti idi. Quraqlıq və susuzluq Mədinə əhlini ə

arrow Ətraflı