Aliİmran surəsində adı çəkilən İmran kimdir?
Digərləri 21 Yan 2023 23:20:00 412 0
Quranda buyurulur: "Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər üzərində seçilmiş (üstün) etdi. Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir!" (Ali-İmran, 33-34).
Bu xəbəri də oxu: Pilotlar təyyarəni buna görə dənizə endirməyib Kapitan danışdı
Bu ayələrdə adı çəkilən İmranın kim olması barədə əsasən iki nəzəriyyə mövcuddur. Bəzi alimlərin fikrincə, İmran Həzrət Yəqub Peyğəmbərin (ə) nəvəsinin nəvəsidir, Həzrət Musa və Harun Peyğəmbərlərin (ə) atasıdır (İmran ibn Yəshər ibn Qahis ibn Laviy ibn Yəqub).
Dini mətnlərdə, eləcə də, klassik ədəbiyyatda Həzrət Musa Peyğəmbər (ə) "Musa ibn İmran" adlandırılır. Həmçinin, yuxarıdakı ayədə ülul-əzm peyğəmbərlər Adəm, Nuh və İbrahimdən (ə) sonra sıra ilə Həzrət Musa Peyğəmbər (ə) gəlməlidir deyə, bu fikri müdafiə edənlər çoxdur.
Digər tərəfdən, bundan sonrakı ayədə "İmranın zövcəsi" ifadəsi işlədilir ki, bu da Həzrət Məryəmin anasına işarədir.
Ona görə bəzi alimlərin fikrincə, ayədəki İmran - Həzrət Süleyman Peyğəmbərin (ə) nəslindəndir və bakirə Məryəmin atasıdır (İmran ibn Həşm ibn Əmun).
Qurani-kərimin 3-cü surəsi "Ali-İmran" adlanır ki, bu da İmranın nəsli, İmranın ailəsi mənasını verir. Beləliklə, birinci nəzəriyyəyə görə Ali-İmran Həzrət Musa və Harundan (ə), onların nəslindən, ikinci nəzəriyyəyə görə Həzrət Məryəmdən və onun oğlu Həzrət İsa Peyğəmbərdən (ə) ibarətdir.
Respublika Endokrinoloji Mərkəzinin baş həkimi Babək Salek Qənnadi bildiri
Bədənin yuxarı hissəsində, bel, kürəkdə qaşınma və heç bir səpkinin
Xalq artisti Gülyanaq Məmmədova "İnstagram" hesabında yeni payla�
Quba rayonunda qadına təcavüzdə ittiham olunan 1984-cü il təvəllüdlü Em
İblis (lən) Allaha pərəstiş edən cinlərdən idi ki, minillərlə ibadət
Alimlər görmə itkisinin qarşısını 60% ala biləcək meyvəni tapıblar.
Özlərini vəhy məktəbindən və peyğəmbərlərin yolundan ehtiyacsız hesa
Pəhriz və fiziki məşğələlər arıqlamaq üçün ən səmərəli tədbirl�
Aktyor Fərda Xudaverdiyev və Elməddin Cəfərov aparıcı Zaur Kamalın veril
Ateroskleroz - damar tıxanması günümüzün ən amansız xəstəliyidir. İnf
200 il öncə. İran. Rusiya ilə müharibədə məğlub duruma düşmüş bu d�
"Bitcoin" kriptovalyutası ilin əvvəlindən 28%-dən çox bahalaşı