Qışda içkilərə ədviyyat qatmaq çox faydalıdır
Digərləri 21 Yan 2023 20:25:00 321 0
Diyetoloq Anton Brıkinin sözlərinə görə qışda darçın, zəncəfil, hil əlavə edilmiş içkiləri qəbul etmək çox faydalıdır. Darçının tərkibində mikrob və iltihab əleyhinə xüsusiyyətlərə malik aldeqid maddəsi var. Ədviyyatda olan antioksidantlar hüceyrələrin vaxtından əvvəl məhv edilməsinin qarşısını alır.
Bu xəbəri də oxu: Hakan Fidan Mirzoyanla danışdı
Darçın şəkərli diabet olan insanlara faydalıdır: o içkilərə və yeməklərə gözəl dad verir, lakin qanda şəkərin artmasına səbəb olmur.
Öz növbəsində, zəncəfilli çay qışda istiləşməyə kömək edir, həzm pozuntularının qarşısını alır. Bundan əlavə, zəncəfil iltihab əleyhinə, antiseptik effektinə malikdir, orqanizmi piyləri parçalayan fermentləri daha fəal istehsal etməyə təşviq edir.
Həmçinin qışda içkilərə hil əlavə etmək çox faydalıdır. İçkilərlə yanaşı, hil şorba, tərəvəz, ət yeməklərinə də əlavə edilir. Bu ədviyyat orqanizmi doymamış yağ turşuları, askorbin turşusu, B6 vitamini, maqnezium, dəmir, kalsium, fosfor, sink ilə təmin edir.
Hil qan təzyiqinin bərpasına kömək edir, maddələr mübadiləsini normallaşdırır, həzm və əsəb sisteminin işini yaxşılaşdırır.
"Ermənistan işğal dövründə minlərlə kv. km. Azərbaycan əraziləri
Ümumi olaraq tərbiyəni iki hissəyə bölmək olar: cismin tərbiyəsi və ru
Koronavirusa yoluxanlar sağalma prosesini aktivləşdirmək və öz vəziyyəti
Cənubi Kaliforniya universitetinin alimlərinin fikrinə əsasən, yuxu rejimin
İnsan orqanizminin tikinti materialı zülaldır. Onsuz orqan və toxumalar mə
Mütəxəssislər sübut ediblər ki, sarıkökün qara istiotla qarışığı x
"Bəlkə 4 il əvvəlki verilişdə bu sözlərə başlasaydım, başıma b
Təyyarə qəzasında həlak olan Daxili İşlər Nazirliyinin rəhbərliyi və
Almanın, armudun qabıqlarının özünəməxsus xasiyyətləri vardır. Ancaq
Aya ayaq basan ikinci şəxs kimi tarixə düşən 93 yaşlı amerikalı astrona
İmam Əli (ə) kamil insanın sifətlərini bizə tanıtmışdır ki, onlarla t