Sosial şəbəkədə söyülsək, nə edək?


Digərləri 19 Yan 2023 23:17:00 334 0

Sosial şəbəkədə söyülsək, nə edək?

Az qala, hər il Azərbaycanda sosial şəbəkələrdə insanların, xüsusilə yeniyetmə və gənclərin yol verdikləri söyüş və təhqirlər çoxsaylı ağır cinayətlərə səbəb olur. Telefon, kompüter vasitəsilə yazılan düşünülməmiş fikirlər, səsləndirilən artıq ifadələr hətta qətl kimi ağır cinayətlərə yol açır.

Bu xəbəri də oxu: Nadim Qazıbəyov ÖLDÜ

Ötən gündən TikTokda polisin ünvanına təhqirlər səsləndirən gəncin üzləşdiyi vəziyyət bu məsələni yenidən gündəmə gətirib. Rəsmi məlumata görə, polis orqanlarında çəkilməyən həmin görüntülərin hansı şəraitdə lentə alındığı hələ ki, məlum deyil. İnsanlar gənc oğlanın saçlarının şəxsiyyətini təhqir etmiş halda kəsilməsinə etirazını bildirməklə yanaşı, sosial şəbəkələrdə söyüş və təhqirlərin artmasından narahatlıqlarını da ifadə edirlər.

Bəs sosial şəbəkələrdə yol verilən söyüş və təhqirlərə görə hansı cəza tədbirləri nəzərdə tutulur, qanunvericilik bu kimi halları necə tənzimləyir?

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü, vəkil Orxan Əhmədov həm Konstitusiya, həm Cinayət, həm İnzibati Xətalar, həm də Mülki Məcəllədə insan şərəf və layəqətinin qorunması ilə bağlı müvafiq maddələrin olduğunu bildirib: "Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri böhtan və təhqirlə bağlı məsuliyyətləri müəyyən edir. Həmçinin, Konstitusiyada birbaşa müəyyən edilib ki, hər bir şəxsin şərəf və ləyaqətinin toxunulmazlığı hüququ var. Kiminsə şərəf və ya ləyaqətinin pozulmasına, alçaldılmasına, qeyri-insani rəftara görə cəzalar müəyyənləşdirilib. Sosial şəbəkələrdə söyüş söymək də təhqir hesab edilir. Mövcud qanunvericiliyə əsasən, təhqirə görə birbaşa məhkəməyə müraciət olunur. Təhqirə məruz qaldığını bildirən şəxs xüsusi ititham qaydasında məhkəməyə müraciət edib sosial şəbəkədə istifadəçi profili məlum olan şəxsin cinayət məsuliyyətinə xüsusi ittiham qaydasında cəlb edilməsini tələb edə bilər".

Hüquqşünas əlavə edib ki, əgər sosial şəbəkədə təhqirin saxta profil (istifadəçi) tərəfindən edilməsi müəyyən edilərsə, bu zaman prokurorluğa müraciət edilməlidir: "Cinayət Məcəlləsinin 148-1-ci maddəsi məhz saxta profillərlə bağlı məsələni nəzərdə tutur. Belə ki, əgər istifadəçinin şəxsiyyətini müəyyən etmək mümkün olmursa, şikayətçi ərazi üzrə ictimai-xüsusi ittiham qaydasında prokurorluğa müraciət etməlidir. Prokurorluq orqanı istifadəçinin kimliyinin müəyyən edilməsi məqsədilə araşdırma aparır, müvafiq İP ünvanları müəyyən edilir və saxta profildən istifadə edərək təhqir edən şəxsin kimliyi müəyyən edilir. Bundan sonra həmin şəxsin prokurorluq tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi həll edilir".

Kütləvi yayım vasitələrində: sosial şəbəkələrdə, televiziyada, mətbuatda, bədii əsər və digər platformalarda söyüş söyməklə küçədə söyüş söyməyin fundamental fərqi var. Hüquqşünas birinci halda cinayət məsuliyyətinin nəzərdə tutulduğunu, küçədə və ya digər ictimai yerlərdə söyüş söyməyin isə xırda xuliqanlıq əməli hesab edildiyini və inzibati xəta hesab olunmaqla İnzibati Xətalar Məcəlləsi əsasında məsuliyyət yaratdığını deyib: "Daha dərinə getsək, küçədə və digər yerlərdə söyüş söyməklə müşayiət olunan nalayiq hərəkətlər ictimai asayişin pozulması və digər əsaslarla olarsa, bu zaman Cinayət Məcəlləsinin 221-ci, yəni xuliqanlıq maddəsinin də tərkibi yarana bilər. Lakin söyüş internetdə, sosial şəbəkələrdə ifadə edilibsə, bu birbaşa təhqir hesab edilir. Qanunvericiliyə əsasən, sosial şəbəkələrdə hər hansı fərd və ya toplumun, eləcə də dövlət qurumunun təhqir edilməsinə görə nəzərdə tutulmuş hüquqi məsuliyyətdə fərq yoxdur. İstənilən halda prosedurlar eyni qaydada həyata keçirilir. Təhqir təhqirdir. Lakin sosial şəbəkələrdə dövlət orqanının, inzibati qurumların fəaliyyət prinsiplərinə zidd olan, onları ləkələyən məlumatlar dövlətə qarşı açıq təxribatlarla ifadə olunarsa, dövlət quurumlarına qarşı hər hansı təxribata yönələrsə, bu, artıq başqa söhbətin mövzusudur. Bütün bunlar qanunla 16 yaşına çatmış şəxslərin məsuliyyətini ifadə edir. Təhqirə yol vermiş şəxs yetkinlik yaşına çatıbsa, lakin onda psixi pozuntular müşahidə edilirsə, bu kimi hallarda ilk olaraq onun xəstəliyi ilə bağlı ekspertiza təyin edilir. Ruhi-psixoloji pozğunluq təsdiq edilərsə, məhkəmə tərəfindən cəza təyin edilməsə də, şəxslə bağlı tibbi xarakterli məcburi tədbirlər nəzərdə tutulur. Yəni psixiatrik ekspertiza şəxsin öz hərəkətlərinə görə cavab verəcək durumda olmadığını müəyyən edərsə, həmin şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər həyata keçirilərək müvafiq psixiatriya müəsissəsinə yerləşdirilir. Bu hal ümumiyyətlə anlaqsız və anlaqlılığı istisna etməyən psixi pozuntularla qəsdən ağır cinayətlər törətmiş şəxslərə də şamil edilir".

Orxan Əhmədov onu da bildirib ki, təhqir və ya böhtana məruz qalmış şəxslər mülki qaydada da məhkəməyə müraciət edə bilər: "Əgər hər hansı şəxs sosial şəbəkələrdə və ya digər yerlərdə təhqirə məruz qaldığını hesab edərsə, buna görə mənəvi iztirablar çəkdiyini bildirərsə, buna görə dəymiş ziyanın ödənilməsini və təhqirə görə üzr istənilməsini, təkzib verilməsini mülki qaydada tələb edə bilər. Mülki Məcəllənin 1-ci maddəsi məhz bu kimi halları nəzərdə tutur və məsuliyyətləri müəyyən edir".

Təcrübə göstərir ki, son illərdə hüquq-mühafizə və məhkəmə orqanlarına təhqirlə bağlı daxil olan müraciətlərin sayının artması məhz sosial şəbəkələrin populyarlaşması, informasiya axını və insanların sosial mediada daha çox vaxt keçirməsi ilə bağlıdır. Bununla yanaşı, insanların psixoloji vəziyyətində müşahidə edilən gərginlik, bəzi hallarda təhsil-tərbiyə ilə bağlı çatışmazlıqlar da bu kimi hallara yol açır.

Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva "Qafqazinfo"ya açıqlamasında bir çox insanın real həyatda söyüş söymədiyi halda, sosial şəbəkələrdə söyüş söyməsinin səbəbini özgüvən çatışmazlığı ilə izah edib: "Texnologiyalarının sürətli inkişafı, insanların sosial şəbəkə vasitələrindən mütəmadi istifadəsi zamanı ortaya yeni məqamlar da çıxır ki, bəzən bunlar heç də xoş olmayan hallar ola bilir. Xüsusilə son dövrlərdə sosial şəbəkələrdə qəribə və qəbuledilməz tendensiyalar yaranır ki, onlardan biri də sosial şəbəkələrdə istifadəçilərin başqa istifadəçi və ya hər hansı bir quruma qarşı təhqiredici, alçaldıcı ifadələrdən, söyüşlərdən istifadə etməsidir. Çox təəssüf ki, bu hal get-gedə daha da artır və adi hal almağa çevrilməkdədir. Həmin insanları araşdırdıqda görə bilərik ki, sosial şəbəkələrdə söyüş söyənlərin bir çox hissəsi real həyatda söyüşlərdən istifadə etmir və ya çəkinirlər. Bu isə həmin şəxslərin özgüvəninin aşağı olması, cəmiyyətdə özünü sübut edə bilməməsi ilə bağlıdır".

Təranə Paşayeva qeyd edib ki, istər real həyatda, istərsə də sosial şəbəkələrdə söyüş və təhqir ifadələrindən mütəmadi istifadə edən insanların psixoloji hallarında müəyyən çətinliklərin olması gözləniləndir: "Bu cür insanlar özləri qəbul etməsə də, əslində həmin şəxslərdə psixoloji problemlərin olmasını əks etdirir. Bir qayda olaraq söyüşlərdən istifadə edən şəxsləri araşdırdıqda həmin insanların özləri və ya ailələrində, mühitlərində stress, aqressiya və digər hallar müşahidə edilir. Ailədə və ya işdə yaranan gərginlik, aqressiya, stress, özünü sübut edə bilməmə, istəyinə nail ola bilməmə və digər hallar qarşısında tab gətirə bilməyən insanlar şiddətə və ya təhqirə ehtiyac duyurlar. Nəticədə isə onlar həyatımızın ayrılmaz bir hissəsinə çevrilən sosial şəbəkələrdə öz hisslərini, mənfi emosiyalarını barmaqları vasitəsilərilə ifadə edir və sakitləşməyə çalışırlar. Təbii ki, bu, heç də hər zaman yalnızca yazıb keçməklə bitmiyə bilir və fəsadları daha da ağır ola bilir".

Psixoloq yeniyetmə və gənclərin TikTok sosial şəbəkəsinə axın etməsini sərbəstlik, tez tanınma və pul qazanma imkanlarının mövcudluğu ilə əlaqələndirib: "Təəssüf ki, xüsusilə son illərdə TikTokun Azərbaycan seqmentində vəziyyət daha da pisləşib. Özünüsübut, qısa zamanda tanınma istəyi həmin şəxsləri aciz və acınacaqlı vəziyyətə gətirib çıxarır. İstər yazılan şərhlər, istərsə də canlı videolar zamanı istifadə edilən fikirlər, söyüşlər, şiddətə meyilli kadrlar yeniyetmə və gənclərin həm fiziki, həm də psixoloji durumuna təsirini göstərir. Bəzən tanıdığımız bir insanın bir müddət sonra daha aqressiv, gərgin, soyuqqanlı olduğunu görə bilirik. Onunla danışdıqda mütəmadi sosial şəbəkələrdən istifadə etdiyini və bunun fəsadlarını yaşadığını görürük. Əlbəttə ki, demokratik bir ölkədə yaşadığımız üçün heç kimin sosial şəbəkə istifadəsinə qadağa qoya bilmərik, amma bununla bağlı müəyyən tədbirlərin görülməsi də artıq labüddür. Son günlərdə sosial şəbəkə istifadəçisinin polisi ən ağır səviyyədə təhqir etməsi, daha sonra isə yayılan fotolar cəmiyyətdə və sosial şəbəkələrdə geniş maraqla və fərqli fikirlərlə qarşılandı. Əlbəttə ki, belə bir halla qarşılaşmaq arzuolunmazdır, amma ikifikirliliyin yaranması, bəzilərinin söyüşə haqq qazandırması, digərlərinin isə haqlı cəzalandırıldığını bildirməsi kimin haqlı-haqsız olub-olmamasından asılı olmayaraq, cəmiyyətdə ciddi problemlərin olduğunu sübut edir. Təbii ki, hüquq-mühafizə orqanları məsələni dəqiqləşdirib ictimaiyyətə ətraflı şəkildə məlumat verəcək, amma görünən odur ki, müəssisədən və ya insandan asılı olmayaraq bir tərəfin digər tərəfi söyməsi, təhqir edilməsinə yetərincə haqq qazandıranların olması bu məsələyə daha ciddi və diqqətli yanaşmanı tələb edir".

Psixoloq əlavə edib ki, aidiyyəti qurumlar bu kimi məqamlarda daha çox profilaktiki görüşlərlə kifayətlənirlər. Lakin bu, artıq davamlı təkrar edilərsə, həmin şəxslərlə bağlı daha ciddi tədbirlər görülür, psixoloqlar dəvət edilir və vəziyyət ciddi müşahidə olunursa, sərt tədbirlər görülür.

“Rusiya Ukraynaya yeni hücum planlaşdırır” like
  • 19 Yan 23:16  
Siyasət “Rusiya Ukraynaya yeni hücum planlaşdırır”

Rusiya yazda Ukraynaya yeni hücum planlaşdırır.

arrow Ətraflı
Arıqlamaq istəyənlərə 7 tövsiyə like
  • 19 Yan 23:15  
Digərləri Arıqlamaq istəyənlərə 7 tövsiyə

Amerikanın məşhur diyetoloqu Liza Yanq arıqlamaq və ondan sonra kökəlməm

arrow Ətraflı
ABŞnin bir çox ştatları TikToku like
  • 19 Yan 23:14  
Dünya ABŞnin bir çox ştatları TikToku

ABŞ-nin bir çox ştatları TikToku qadağan edir.

arrow Ətraflı
Bu ölkədə Covid19un “Kraken” alt variantı like
  • 19 Yan 23:13  
Dünya Bu ölkədə Covid19un “Kraken” alt variantı

Qərbi Balkanların ən kiçik ölkəsi Monteneqroda Covid-19-a səbəb olan &qu

arrow Ətraflı
Seymur Talıbov 15 yaşında BDUya like
  • 19 Yan 23:12  
Digərləri Seymur Talıbov 15 yaşında BDUya

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov v

arrow Ətraflı
Şakira Pikenin ailəsi ilə bütün like
  • 19 Yan 23:11  
Digərləri Şakira Pikenin ailəsi ilə bütün

Şakira Jerar Pikenin anasının evindən ayrılmaq üçün divar hörür.

arrow Ətraflı
Bədənin qidalanması və onda gizlənən hikmətlər like
  • 19 Yan 23:10  
Digərləri Bədənin qidalanması və onda gizlənən hikmətlər

Ey Müfəzzəl! Bədənin qidalanması və onda gizlənən hikmətlər haqda yax

arrow Ətraflı
Qardaşı göz yaşı içində İlham və Fərizənin ölüm like
  • 19 Yan 23:09  
Digərləri Qardaşı göz yaşı içində İlham və Fərizənin ölüm

"Xırdalan qəbiristanlığına gəldik. Qəbirqazan yox idi, özümüz qaz

arrow Ətraflı
Demet 7 milyon like
  • 19 Yan 23:08  
Şou-biznes Demet 7 milyon

Türkiyəli aktrisa Demet Özdəmir siması olduğu şampun brendi ilə müqavil

arrow Ətraflı
Bir saat ərzində neçə dərman içmək olar? like
  • 19 Yan 23:05  
Digərləri Bir saat ərzində neçə dərman içmək olar?

Bir çox xəstələr ovucla dərmanı eyni anda, üst-üstə cəmi 10-15 dəqiq�

arrow Ətraflı
Hansı məhsulların köməyi ilə qan təzyiqini aşağı salmaq olar? like
  • 19 Yan 23:01  
Digərləri Hansı məhsulların köməyi ilə qan təzyiqini aşağı salmaq olar?

Britaniyalı həkim Kris Stil "Bu səhər" tok-şousunda hipertoniya x

arrow Ətraflı
Allah bizə qarşı ata və anamızdan da mehribandır like
  • 19 Yan 22:55  
Digərləri Allah bizə qarşı ata və anamızdan da mehribandır

Ata-ananın övladına qarşı olan sonsuz sevgisinin və şəfqətinin sirri -

arrow Ətraflı
Övladların dini təlimtərbiyəsi... like
  • 19 Yan 22:50  
Digərləri Övladların dini təlimtərbiyəsi...

Övladların dini təlim-tərbiyəsi ataların övlad qarşısında olan vacib b

arrow Ətraflı
Şəkərin dərmanı dəfnə yarpağı  Məşhur həkimdən çarələr like
  • 19 Yan 22:45  
Digərləri Şəkərin dərmanı dəfnə yarpağı Məşhur həkimdən çarələr

Həkim-fitoterapevt Fizuli Hüseynov Haymorit, frontit və şəkər əleyhinə d

arrow Ətraflı
Tehranla İrəvanın "qardaşlaşması"  ikrah doğuran like
  • 19 Yan 22:41  
Siyasət Tehranla İrəvanın "qardaşlaşması" ikrah doğuran

İranda vəziyyət ağırdır, insanlar aylardır meydanlarda haqq və hüquqlar

arrow Ətraflı