COP29 ədalətli enerji keçidi üçün daha bir fürsətdir IRENAnın
Digərləri 13 Noy 2024 09:02:00 136 0
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Bu xəbəri də oxu: Ən ürəksiz BÜRCLƏR:
Növbəti həmsöhbətimiz Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera oldu.
La Kamera Trend-ə özəl müsahibəsində bildirib ki, Azərbaycan Respublikasının sədrliyi ilə keçirilən COP29 Paris Sazişinin məqsədlərinə uyğun olaraq dünyanı ədalətli enerji keçidi yoluna qaytarmaq üçün daha bir fürsətdir.
"Bura iqlim böhranı ilə mübarizədə inkişaf etməkdə olan ölkələrə dəstək olmaq üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin qəbul edilməsi daxildir", - deyə o bildirib.
La Kamera hesab edir ki, əsas gözlənti, təbii olaraq, maliyyə hədəfi ilə bağlı razılığa gəlmək ola bilər - bu, keçidi tam dəstəkləyəcək miqdarın təmin edilməsi üçün deyil, inkişaf etməkdə olan dünyaya ciddi addımlar atmağa siyasi iradənin mövcudluğu barədə siqnal vermək üçün vacibdir.
"COP - siyasi impulsun yarandığı bir tədbirdir. COP-un özünəməxsus təbiəti var. Bu, ölkələrin bir araya gələrək təcrübə mübadiləsi apardığı, nələri tövsiyə edə və ya vəd edə biləcəkləri barədə düşündüyü və tədbirdən sonra ay ərzində nə edəcəklərini müəyyənləşdirdikləri bir tədbirdir", - deyə La Kamera bildirib.
IRENA-ya gəldikdə isə, o bildirib ki, təşkilatın "Transition for Advanced Platform" və "Accelerated Partnership for Renewables in Africa" adlı təşəbbüsləri mövcuddur.
"Bu il artıq dördüncü dəfədir ki, Bakıdayam. Biz "Üçlük", yəni COP29, COP28 və COP30 sədrlikləri ilə birlikdə izləmə hesabatlarımızı hazırlayır və təqdim edirik. Həmçinin "World Energy Transitions Outlook" hesabatını təqdim etdik. Bu, bizim əsas hesabatımızdır və burada keçid, texnologiyalar, siyasət və sosial-iqtisadi faydalar barədə məlumat veririk", - deyə o bildirib.
IRENA-nın Baş direktoru qeyd edib ki, izləmə hesabatı çox vaxtında təqdim olunub və Azərbaycanla əməkdaşlığının nəticəsidir.
Azərbaycan, İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haq
New York Post-un verdiyi məlumata görə, ABŞ-ın keçmiş birinci xanımı Me
Alimlər sağlam yaşlanmaq üçün nə qədər yuxunun lazım olduğunu müəyy
Ötən gün doğum gününü qeyd edən Xalq artisti Mələkxanım Əyyubovaya
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp milyarder İlon Maskı və müh
Rusiyada miqrant uşaqlarının rus dilini bilmələri təsdiqlənmədən məkt�
Pakistanın şimalında toya gələnləri daşıyan avtobusun çaya düşməsi n
Müğənni Əbdül Xalid açıqlaması ilə diqqət çəkib.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazir
COP29-da iştirak üçün ölkəmizdə səfərdə olan Belçika Krallığının
Kişilər üçün sağlamlığa faydalı olan meyvələr çoxdur və hər birini
Dubay şokoladi ilə bağlı çılğınlıq tam sürətlə davam edir. Sosial me
Dünyanın nüfuzlu ədəbiyyat mükafatı olan "Buker"in ("Booke