Allah bizə qarşı ata və anamızdan da mehribandır
Digərləri 19 Yan 2023 22:55:00 488 0
Ata-ananın övladına qarşı olan sonsuz sevgisinin və şəfqətinin sirri - onu xaliscəsinə sevməsindədir. Yəni, eşqini büruzə vermək yolunda hər nəyi varsa, övladı yolunda qoyur.
Bu xəbəri də oxu: Belçikanın Baş naziri bulvarda qaçdı
Ancaq bu, həqiqətdir ki, zaman keçdikcə və uşaqlar böyüdükcə, övladların qayğıya ehtiyacları azaldıqca valideynlər həmin övladlarına olan diqqətlərini azaldarlar.
Ancaq bu sevgini Allah sevgisi ilə müqayisə etsək, bu həqiqəti deməliyik ki, Allahın bəndələrinə diqqət və sevgisi heç bir zaman azalmır və bu, zaman-məkandan asılı deyildir.
Bəndə hansı yaşda olursa-olsun, Allahın rəhmət çətiri həmişə onun başının üstündə olar. Bu sevginin sonu yoxdur və o qədər çoxdur ki, ana sevgisi onun yanında çox azdır.
Ata və ana övladını dünyaya gətirir və onu böyüdür, cəmiyyətin bir fərdinə çevirir. Ancaq zaman keçdikcə valideynin ehtiyacları artır və o, yaşlaşır. Bu zaman övladı gərək ata və ananın qayğısını çəksin.
Ancaq Uca və Əzəmətli Allah elə varlıqdır ki, heç bir şeyə ehtiyacı yoxdur və etdiyi heç bir şeydə bəndəsinə minnət qoymur. Əksinə, bu işi xüsusi lütf və fəzllə yerinə yetirir.
Allahın analara xüsusi hörməti və məhəbbəti vardır. Ona görə onlara hörmət etməyi Özündən sonra vacib buyurmuşdur. Ananın tək istəyi - övladının xoşbəxt olmasıdır.
Allahın da məhz istəyi elə budur. Allah da bəndələini məhz behişt üçün xəlq etmişdir. İstəyir ki, bəndələri Onu sevsin və O da bəndələrinə qarşı olan sevginin səmərəsini bu dünyada göstərsin.
O, istəyir ki, bəndə dəmir kimi atəş kürəsində əriyib, onun istəyi qəlibə düşsün və gözəl bir bəndə şəklində qarşısında dayansın.
Ona görə də Allahdan bizə nə çatırsa, hamısı xeyir və sevgidir. Ey bəndə, bu lütfün qədrini bil və ona görə Allahına şükür et və sənə verdikləri barəsində bir qədər də olsa, düşün!
Övladların dini təlim-tərbiyəsi ataların övlad qarşısında olan vacib b
Həkim-fitoterapevt Fizuli Hüseynov Haymorit, frontit və şəkər əleyhinə d
İranda vəziyyət ağırdır, insanlar aylardır meydanlarda haqq və hüquqlar
Övlad üçün yaxşı və münasib ad seçmək ata üçün dini bir vəzifə v�
"Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunm
İlham Əliyev Şarl Mişelin dəstəyi ilə aparılan Ermənistan-Azərbaycan d
Qadınların ürəyi kişi ürəyindən daha kiçikdir. Orta hesabla qadın ür�
Damarlarda xolesterinin yığılması çox təhlükəli haldır və ürək-damar
"Twitter"in məşhur loqosu olan mavi quş şirkət sahibi İlon Mask�
Estoniya, Polşa, Litva, Latviya, Böyük Britaniya, Almaniya, Danimarka, Çexiy
Bir çox ürək həkimləri təzyiq və ürək xəstələrinə kartof yeməməyi
Avropa Parlamenti növbəti dəfə öz daşnak simasını göstərdi. Bəşəri
İnsanların qəlbində olan qarşılıqlı məhəbbət hissi Allahın bizə bə
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus daha ü�