Sabiq icra başçısı 100dən artıq şəxsə ayrılan 40 min manatı necə mənimsəyib?
Digərləri 17 Yan 2023 22:58:00 300 0
Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun növbəti məhkəmə prosesi keçirilib.
Bu xəbəri də oxu: "Netflix"də tapa biləcəyiniz
Son.az publika.az-a istinadən xəbər verir ki, Natiq Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində bu dəfə şahidlər danışıb. Belə ki, 2019-cu il də əhalinin siyahıya alınmasında iştirak edən şəxslərə dövlət tərəfindən ayrılan vəsaitlərin mənimsənilməsi epizodu üzrə şahidlər dindirilib. Söhbət siyahıya alma prosesində sayıcı və təlimatçı kimi iştirak edən 100-dən artıq şəxsə ayrılan 40 min manata yaxın vəsaitin Alimpaşa Məmmədovun ətrafı vasitəsi ilə mənimsənilməsindən gedir.
Prosesdə təxminən 10-dan çox şahid dindirilib. Həmin şəxslər Şəmkir rayonunun müxtəlif kənd və qəsəbələrinin icra nümayəndələri, müavinləri, mühasiblər, eləcə də siyahıyaalmada iştirak edən təlimatçı və sayıcılar olub.
Hakim Natiq Əliyev şahidlərə ibtidai istintaqa verdiyi ifadələr ətrafında suallar verib. Bəlli olub ki, siyahıyaalma prosesində iştirak edən sayıcılar 200-280, təlimatçılar isə 300 manatadək vəsaitləri kart hesablarından çıxararaq yerli icra nümayəndələri və onların müavinlərinə veriblər. Yerli icra nümayəndələri isə öz növbələrində həmin vəsaitləri Alimpaşa Məmmədovun keçmiş müavini Qüdrət Əliyevə və hazırda Şəmkir rayon Statistika İdarəsinnin rəisi vəzifəsində çalışan Pərvin Gözəlova çatdırıblar. Sonradan isə pullar Alimpaşa Məmmədova verilib. Amma sabiq icra başçısı şahidlərin verdiyi bəzi ifadələrlə razılaşmayıb. Alimpaşa Məmmədov keçmiş birinci müavini Qüdrət Əliyev və Statistika İdarəsinin rəisi Pərvin Gözəlov tərəfindən yığılan vəsaitlərin bir çoxundan xəbərsiz olduğunu bildirib. Bu zaman hakimlər sabiq icra başıçısından bir nəfərdən deyil, 100 dən çox şəxsdən yığılan vəsaitdən necə xəbərsiz ola biləcəyini soruşub.
Məhkəmə prosesi təxminən 2-saata yaxın davam edib. Prosesdən sonra bəzi şahidlər müsahibə verməkdən imtina edib, bəziləri isə pulun çatdırılmasında israrla iştirak etmədiyini deyib.
Məlumat üçün bildirək ki, növbəti məhkənmə prosesi yanvarın 24-ü keçiriləcək.
Xatırladaq ki, A.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Yaxşı həyat yoldaşı olmaq üçün, kişi bu 5 sifətə malik olmalıdır:
Ötən gün mətbuatda Azərbaycan Baş nazirinin 1-ci müavini Yaqub Eyyubovun
Alzheimer xəstəliyinin olduqca ciddi mərhələdə olduğu bu dövrdə mütəx
Britaniyalı kardioloq həkim Kris Stil This Morning teleşousunda yüksək təz
Əməkdar artist Gülüstan Əliyeva sosial şəbəkədəki paylaşımı ilə m�
Rusiya sülhməramlılarına məxsus avtomobillər həmişəki kimi, bu gün də
Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memo
Övlad tərbiyəsi valideynin ən böyük vəzifələrindən biridir. Hər bir v
Qazaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var.
"Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin a
"Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağ�
"Ukrayna Rusiya ilə danışıqların beynəlxalq hüququn "müəyyən
WhatsApp tətbiqi vasitəsilə internet olmadan da mesaj yaza bilmək mümkün o