Azərbaycanlının ən başlıca PROBLEMİ nədir?


Digərləri 14 Yan 2023 13:37:00 407 0

Azərbaycanlının ən başlıca PROBLEMİ nədir?

Ev sahibi olmaq istəyən, amma aldığı maaşı gündəlik tələbatlarına və kirayə haqqına ödədikdən sonra bu arzusunun xəyal olaraq qalacağını düşünən çox sayda ailə var. Bu barədə müxtəlif sorğularda iştirak edənlərin fikrincə, hazırkı şərtlər daxilində ev sahibi olmaq üçün çox yüksək gəlirə sahib olmaq lazımdır. Mövcud əməkhaqqı və artan qiymətlər fonunda isə bu məsələ daha da çətinləşib. 

Bəs evsiz insanları dolaşığa salmış bu problemin həlli yolları nədir?  Son.az xəbər verir ki, mövzu ilə bağlı bizim.media-nın həmsöhbəti əmlak üzrə ekspert Anar Nəsirov olub. Müsahibimizin fikrincə, problemin həlli yolu torpaq sahələrinin sənədləşdirilməsi və həmin torpaq sahələrində tikinti aparmaq üçün icazənin verilməsi üçün dövlət vahid pəncərə sisteminin yaradılmasındadır: "Bakı və ətraf qəsəbələrdə ev qiymətlərinin artımı və bu qiymətlərin əl çatan olmamasının bir neçə səbəbi var. Bu səbəblərdən biri və ən başlıcası torpaq sahələrinə və həyət evlərinə çıxarışın ("kupça") dövlət tərəfindən verilməməsidir. Əgər torpaq sahələrinə dövlət tərəfindən ümumi əfv çıxarılarsa, insanlara bələdiyyə və icra hakimiyətləri tərəfindən verilmiş torpaq sahələri sənədləşdirilər və bu zaman da həmin torpaq sahələrində ev tikmək daha asan olar. Gəliri az olan  insanlar həmin torpaqlarda hissə-hissə də olsa özləri üçün ev tikib yaşaya bilərlər". Ekspert bildirib ki, qardaş ölkədə olduğu kimi memar əfvi olarsa, bu işdən həm dövlət çoxlu xeyir götürər, həm də sadə vətəndaşlar öz evlərini rahat və problemsiz tikib yaşaya bilərlər:  "Bu, öz növbəsində bina evlərinin qiymətlərinin enməsinə də səbəb olar. Həyət evlərində sənədlərin çox vaxt qaydada olmaması alıcıların daha çox bina evlərini seçməsinə səbəb olur. Şəhərdə tikilməkdə olan yeni bina evlərinin qiymətləri aşağı  təbəqəli alıcıların imkanı daxilində deyil. Belə layihənin baş tutması bütün sənədsiz evlərin və torpaqların vergiyə cəlb edilməsi və həmin evlərin və torpaqların alqı-satqısı zamanı büdcəyə əlavə minlərlə manatın daxil olması deməkdir. Bir sözlə, Azərbaycan əmlak bazarında hamının ev sahibi olması üçün yeganə yol bələdiyyə sərancamlı torpaqların çıxarışların verilməsindən keçir. Bu zaman həm də hazır ev ala bilməyən az gəlirli vətəndaşlar torpaq sahəsində özü üçün az da olsa hər ay bir şey almaqla ev inşa edə bilərlər". "Digər tərəfdən dövlət yeni ailə qurmuş insanlara güzəştli şərtlərlə xüsusi evlərin tikintisini həyata keçirsə, bu daha yaxşı olar. Çünki çox hallarda ailələrin dağılmasına ən böyük səbəblərdən biri kimi evsizlik olur. Bu kimi problemlərin qarşısını almaq üçün dövlət imkansız və evi olmayan ailələrə xüsusi imtiyazlar və imkanlar yaratmalıdır ki, onlar da ev sahibi olsunlar. Bundan başqa dövlət sosial evlərin tikintisini artırmalı və o evləri verərkən ev alanın kimliyini və maddi durumunu gözdən keçirməlidir. Öncəlik evsiz və maddi durumu aşağı olan, uşaqlı ailələrə verilməlidir. Başqa bir tərəfdən isə bu kimi sosial layihələrin tikintisinin sayını artırmalıdır", - deyə ekspert fikrini davam etdirib. İpoteka ilə mənzil sahibi olmağa qaldıqda isə ekspert hazırkı əməkhaqqı ilə təklif olunan məbləğin ödənilməsini əksər ailələr üçün mümkünsüz olduğunu hesab edib:  "Ona görə ki, yemək, geyim və komunalları ödədikdən sonra geriyə o qədər də pul qalmır. Mənzil tikən şirkətlər isə daxili kreditlə olan  mənzilləri ipoteka verəndə onu elə qiymətlərlə  elə şərtlərlə verirlər ki, bu alıcıya çox-çox baha başa gəlir və əksər hallarda əmlakı alan həmin krediti ödəyə bilməyəndə şirkət mənzili alıcıdan geri alıb başqa bir müştəriyə satır. Bundan sonra alıcının mənzil üçün verdiyi pul itir və həm evsiz, həm də pulsuz qalır". 

Buzovnada uşaqlarını dini ayinlərə cəlb edənlər haqda araşdırma başladı like
  • 14 Yan 13:29  
Digərləri Buzovnada uşaqlarını dini ayinlərə cəlb edənlər haqda araşdırma başladı

Bakıda bir qrup valideyn uşaqları qanunsuz olaraq dini ayinlərin icrasına

arrow Ətraflı
Zaur efirdə danladığı operatorun könlünü aldı like
  • 14 Yan 13:26  
Şou-biznes Zaur efirdə danladığı operatorun könlünü aldı

Aparıcı Zaur Baxşəliyev ötən gün efirdə danladığı operatorla bağlı

arrow Ətraflı
GürcüstanAzəbaycan sərhədində like
  • 14 Yan 13:17  
Digərləri GürcüstanAzəbaycan sərhədində

Gürcüstan-Azəbaycan sərhədində 4,3 bal gücündə zəlzələ olub.

arrow Ətraflı
Vilayət Eyvazovdan DİNdə yüksək vəzifəyə like
  • 14 Yan 13:07  
Digərləri Vilayət Eyvazovdan DİNdə yüksək vəzifəyə

Daxil işlər Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.

arrow Ətraflı
Səidənin bu ifası müzakirələrə səbəb oldu like
  • 14 Yan 13:04  
Şou-biznes Səidənin bu ifası müzakirələrə səbəb oldu

Müğənni Səidə Sultan növbəti ifası ilə diqqət çəkib. 

arrow Ətraflı
Bakıda daha bir qanunsuz obyekt sökülüb like
  • 14 Yan 12:53  
Digərləri Bakıda daha bir qanunsuz obyekt sökülüb

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlə

arrow Ətraflı
Müavinət və təqaüdlər üzrə ödəmələr son beş ildə beş dəfədən çox artıb like
  • 14 Yan 12:46  
Digərləri Müavinət və təqaüdlər üzrə ödəmələr son beş ildə beş dəfədən çox artıb

Prezident İlham Əliyevin siyasətinin ana xəttini əhalinin rifahının təmi

arrow Ətraflı
Ona xəyanət edən Pikeyə mahnı ilə söz atdı like
  • 14 Yan 12:42  
Şou-biznes Ona xəyanət edən Pikeyə mahnı ilə söz atdı

Şakira və Jerard Pike münasibətindəki qalmaqal yenidən gündəm olub. 

arrow Ətraflı
Kamaləddin Qafarov: “Yeni qanun ölkədə demokratik prosesi sürətləndirəcək” like
  • 14 Yan 12:40  
Siyasət Kamaləddin Qafarov: “Yeni qanun ölkədə demokratik prosesi sürətləndirəcək”

"Bu gün ölkəmizin ictimai-siyasi həyatında baş verən yeniliklər cə

arrow Ətraflı
Rəşadın həyat yoldaşı məşhur aparıcı imiş like
  • 14 Yan 12:38  
Şou-biznes Rəşadın həyat yoldaşı məşhur aparıcı imiş

Əməkdar artist Rəşad İlyasov həyat yoldaşı ilə "Zaurla Günaydın&

arrow Ətraflı
Rusiya ordusu Kiyevə raket zərbələri endirdi, like
  • 14 Yan 12:37  
Dünya Rusiya ordusu Kiyevə raket zərbələri endirdi,

Ukraynanın paytaxtı Kiyevdə ard-arda güclü partlayışlar baş verib.

arrow Ətraflı
Laçın yolundan RSKya məxsus daha 6 maşının keçidinə şərait yaradılıb like
  • 14 Yan 12:33  
Siyasət Laçın yolundan RSKya məxsus daha 6 maşının keçidinə şərait yaradılıb

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa

arrow Ətraflı
Fransalı spikerdən İrəvanda ermənilərə tərs sillə: like
  • 14 Yan 12:22  
Siyasət Fransalı spikerdən İrəvanda ermənilərə tərs sillə:

Fransa Milli Assambleyasının spikeri Yael Bron-Pive ermənilərə "tərs

arrow Ətraflı
Xanımı Samirəni seçəndən sonra qalmaqallı paylaşım etdi like
  • 14 Yan 12:20  
Şou-biznes Xanımı Samirəni seçəndən sonra qalmaqallı paylaşım etdi

Xəbər verdiyimiz kimi, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktrisa

arrow Ətraflı
"Mən Bakıya köçəndə xanımlar məclisində ofisiant da işləmişəm, satıcı da" like
  • 14 Yan 11:58  
Şou-biznes "Mən Bakıya köçəndə xanımlar məclisində ofisiant da işləmişəm, satıcı da"

"Bizdə müğənnilər var ki, yarım saat toy ifa edirlər, elələri də

arrow Ətraflı