Müavinət və təqaüdlər üzrə ödəmələr son beş ildə beş dəfədən çox artıb


Digərləri 14 Yan 2023 12:46:00 387 0

Müavinət və təqaüdlər üzrə ödəmələr son beş ildə beş dəfədən çox artıb

Prezident İlham Əliyevin siyasətinin ana xəttini əhalinin rifahının təminatı təşkil edir və bunun nəticəsidir ki, ölkəmizdə sosial islahatlar ardıcıl xarakter alıb. Son beş ildə Azərbaycanda artıq dördüncü olmaqla, 1,9 milyon insanın rifahına dəstək məqsədli yeni sosial islahat paketi icra olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Son.az-a verilən məlumata görə, bu ƏƏSMN-də keçirilən kollegiya iclasında vurğulanıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamlarla ölkəmizdə reallaşdırılan növbəti sosial islahatlar Azərbaycan dövlətinin sosial dövlət olduğunu və dünya üçün indiki böhranlı vəziyyətdə də öz vətəndaşlarının rifahına dəstək istiqamətində mühüm addımlar atdığını bir daha təsdiq edir.

Ölkəmizin Zəfərlə başa vurduğu Vətən müharibəsindən sonra Qarabağın və Şərqi Zəngəzurun bərpası, qalib ordumuzun daha da qüdrətlənməsi üçün bütün imkanların səfərbər edildiyi dövrdə də dövlət başçısı tərəfindən sosial sahəyə xüsusi diqqət ayrılaraq, əməkhaqqı və digər sosial ödənişlərin növbəti artımları təmin olundu.

Nazir 2018-2022-ci illərdə 4 milyon insanı əhatə edən 3 islahat paketi üzrə əlavə olaraq illik 6 milyard manat, hazırkı yeni sosial islahat paketi üçün də illik əlavə olaraq daha 750 milyon manat əlavə vəsait ayrıldığını deyib. Əvvəlki sosial islahatlar kimi, bu yeni sosial islahatların da əhatəliliyi ilə seçildiyini, ən həssas əhali qruplarından olan insanlara yönələn sosial ödənişlərin, o cümlədən 810 min insanın müavinət və təqaüdlərinin növbəti dəfə artırıldığını bildirib.

Qeyd olunub ki, hər bir sosial islahat mərhələsində həmin qrupların sosial müdafiəsi, onlara ünvanlanan müavinət və təqaüdlərin artırılması, həmçinin bu sosial ödəniş növlərinin əhatə dairəsinin genişləndirilməsi, yeni sosial ödəniş növlərinin təsis olunması ön planda olur. 2018-ci illə müqayisə etdikdə də sosial müavinət və təqaüdlər üçün ayrılan illik vəsait o zaman 300 milyon manat idisə, artıq həmin məbləğ 1,5 milyard manatı ötür ki, bu da həmin istiqamətə ayrılan vəsaitlərdə 5 dəfədən çox artım deməkdir.

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il üzrə xərcləri də əvvəlki ilə nisbətən 410 mln. manat artaraq 5 milyard 252 milyon manat təşkil edib. Eləcə də pensiya üzrə ödənişlərə ötən il 2021-ci ilə nisbətən 361 milyon manat çox olmaqla 4 milyard 948 milyon manat yönəldilib.

Ona xəyanət edən Pikeyə mahnı ilə söz atdı like
  • 14 Yan 12:42  
Şou-biznes Ona xəyanət edən Pikeyə mahnı ilə söz atdı

Şakira və Jerard Pike münasibətindəki qalmaqal yenidən gündəm olub. 

arrow Ətraflı
Kamaləddin Qafarov: “Yeni qanun ölkədə demokratik prosesi sürətləndirəcək” like
  • 14 Yan 12:40  
Siyasət Kamaləddin Qafarov: “Yeni qanun ölkədə demokratik prosesi sürətləndirəcək”

"Bu gün ölkəmizin ictimai-siyasi həyatında baş verən yeniliklər cə

arrow Ətraflı
Rəşadın həyat yoldaşı məşhur aparıcı imiş like
  • 14 Yan 12:38  
Şou-biznes Rəşadın həyat yoldaşı məşhur aparıcı imiş

Əməkdar artist Rəşad İlyasov həyat yoldaşı ilə "Zaurla Günaydın&

arrow Ətraflı
Rusiya ordusu Kiyevə raket zərbələri endirdi, like
  • 14 Yan 12:37  
Dünya Rusiya ordusu Kiyevə raket zərbələri endirdi,

Ukraynanın paytaxtı Kiyevdə ard-arda güclü partlayışlar baş verib.

arrow Ətraflı
Laçın yolundan RSKya məxsus daha 6 maşının keçidinə şərait yaradılıb like
  • 14 Yan 12:33  
Siyasət Laçın yolundan RSKya məxsus daha 6 maşının keçidinə şərait yaradılıb

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa

arrow Ətraflı
Fransalı spikerdən İrəvanda ermənilərə tərs sillə: like
  • 14 Yan 12:22  
Siyasət Fransalı spikerdən İrəvanda ermənilərə tərs sillə:

Fransa Milli Assambleyasının spikeri Yael Bron-Pive ermənilərə "tərs

arrow Ətraflı
Xanımı Samirəni seçəndən sonra qalmaqallı paylaşım etdi like
  • 14 Yan 12:20  
Şou-biznes Xanımı Samirəni seçəndən sonra qalmaqallı paylaşım etdi

Xəbər verdiyimiz kimi, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktrisa

arrow Ətraflı
"Mən Bakıya köçəndə xanımlar məclisində ofisiant da işləmişəm, satıcı da" like
  • 14 Yan 11:58  
Şou-biznes "Mən Bakıya köçəndə xanımlar məclisində ofisiant da işləmişəm, satıcı da"

"Bizdə müğənnilər var ki, yarım saat toy ifa edirlər, elələri də

arrow Ətraflı
İranda yüksək vəzifələr tutmuş Fransa agentləri like
  • 14 Yan 11:47  
Digərləri İranda yüksək vəzifələr tutmuş Fransa agentləri

Region ölkələri içərisində seçdiyi siyasi kurs baxımından ən anlaşıl

arrow Ətraflı
Zakir Həsənov müşavirə keçirdi: like
  • 14 Yan 11:37  
Siyasət Zakir Həsənov müşavirə keçirdi:

Yanvarın 14-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərli

arrow Ətraflı
Şolts tanklara görə qəzəbləndi: like
  • 14 Yan 11:36  
Dünya Şolts tanklara görə qəzəbləndi:

Almaniya kansleri Olaf Şolts NATO tərəfdaşlarının Ukraynaya tankların ver

arrow Ətraflı
Türkiyə səfirliyi: "Azərbaycanla əlaqələrimizi "Şuşa Bəyannaməsi" ilə taclandırdıq" like
  • 14 Yan 11:29  
Siyasət Türkiyə səfirliyi: "Azərbaycanla əlaqələrimizi "Şuşa Bəyannaməsi" ilə taclandırdıq"

Türkiyənin Azərbaycandakı səfirliyi Bakı ilə Ankara arasında diplomatik

arrow Ətraflı
Evlərin alqısatqısına dair prosedur dəyişib, like
  • 14 Yan 11:27  
Digərləri Evlərin alqısatqısına dair prosedur dəyişib,

Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi

arrow Ətraflı
Məşhur müğənninin çəkisi hər kəsi ŞOKA saldı like
  • 14 Yan 11:25  
Şou-biznes Məşhur müğənninin çəkisi hər kəsi ŞOKA saldı

Rusiyalı məşhur müğənni Polina Qaqarina minimum çəkisini açıqlayıb.

arrow Ətraflı
Xomeyninin fitvaları ilə qadınların namusuna toxunulur like
  • 14 Yan 11:14  
Digərləri Xomeyninin fitvaları ilə qadınların namusuna toxunulur

İslam hökuməti qurulanda qadınlar inqilabın önündə gedirdi. O dövrdə i

arrow Ətraflı