Kamaləddin Qafarov: “Yeni qanun ölkədə demokratik prosesi sürətləndirəcək”
Siyasət 14 Yan 2023 12:40:00 409 0
"Bu gün ölkəmizin ictimai-siyasi həyatında baş verən yeniliklər cəmiyyətin idarə edilməsində əhəmiyyətli rol oynayan qanunlarımızın da təkmilləşdirilməsini, həm də yeni sənədlərin qəbulunu bir zərurət kimi ortaya qoyur. Bu baxımdan "Siyasi partiyalar haqqında" yeni Qanunun qəbulu da partiyaların fəaliyyətində nəzərə çarpacaq dəyişikliklərə yol açacaq. Yeni, mütərəqqi qərarların qəbulu ölkədə demokratik mühitin daha da təkmilləşdirilməsinə xidmət edir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırır. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu istiqamətdə atılan bütün addımlar Azərbaycanın uğurlu gələcəyi üçündür".
Bu xəbəri də oxu: Bayden Azərbaycana təşəkkür etdi
Bu sözləri "Siyasi partiyalar haqqında" yeni Qanunun qəbulu ilə bağlı mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, demokratik təsisatların inkişafı və təkmilləşdirilməsi bu gün Azərbaycanda dövlət siyasətinin əsasını təşkil edir:
"Ölkəmizdə "Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul edilib və sonuncu dəfə 2012-ci ildə həmin qanuna bəzi dəyişikliklər edilib. Keçən ilin dekabrında "Siyasi partiyalar haqqında" yeni Qanunun qəbulu bir daha təsdiqlədi ki, Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri məhz demokratik təsisatların inkişafı və təkmilləşdirilməsidir. Qanun layihəsinin hazırlanmasında Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması zərurəti, ölkədə mövcud olan siyasi sistemin özəllikləri nəzərə alınıb, Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri nəzərdən keçirilib. Həmçinin bu sənədlər arasında 24 xarici ölkənin təcrübəsi, ölkəmizdə fəaliyyət göstərən 47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, eləcə də parlamentin komitə və plenar iclaslarında deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif yer almışdır. Nəticədə yeni reallıqda ölkəmizin siyasi sistemində milli maraqlarımız baxımından səmərəli nəticələrə gətirib çıxara biləcək bir qanun hazırlanmışdır".
K.Qafarov qeyd edib ki, yeni qanunda siyasi partiyanın təsisi prosesi də xeyli təkmilləşdirilmişdir: " İndiyədək qüvvədə olmuş əvvəlki qanundan fərqli olaraq yeni qanunda siyasi partiya təsis edilərkən təsisçinin azı 20 il Azərbaycanda davamlı yaşaması, təsisçi sayının 200 olması, ardıcıl iki dəfə seçkiyə getmədiyi təqdirdə qeydiyyatının ləğv olunması kimi tələblərin artıq yer almaması, dövlətin siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsinə, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verməsi kimi bəndlərin əks olunması yeni partiyaların təsis prosesinin təkmilləşdirilməsini göstərir. Əvvəlki qanunda əks edilmiş bir çox məhdudiyyətlərin aradan qaldırılması, Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşının təsis yığıncağını keçirərək partiyanın nizamnaməsini və proqramını qəbul etmək və təmsilçilik məqsədilə təsisçilər sırasından səlahiyyətli şəxsi müəyyən etmək hüquqlarının tanınması və digər müddəalar da bunu deməyə əsas verir. Birmənalı olaraq deyə bilərik ki, yeni qəbul edilmiş siyasi partiyalar haqqında qanun ölkənin ictimai-siyasi həyatında müasir çağırışların və mövcud vəzifələrin reallaşmasına, hüquqi əsasların daha da təkmilləşməsinə xidmət edəcək. Bu sənəd siyasi sahədə böyük canlanma yaradacaq, ölkədə mövcud olan siyasi partiyaların daha effektiv fəaliyyəti üçün yeni imkanlar açacaq və müxtəlif siyasi qüvvələr arasında mövcud siyasi konfiqurasiyanın tələb və şərtlərinə uyğun, qarşılıqlı faydalı, şəffaf münasibətlərin formalaşması üçün möhkəm zəmin formalaşdıracaq".
Əməkdar artist Rəşad İlyasov həyat yoldaşı ilə "Zaurla Günaydın&
Ukraynanın paytaxtı Kiyevdə ard-arda güclü partlayışlar baş verib.
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa
Fransa Milli Assambleyasının spikeri Yael Bron-Pive ermənilərə "tərs
Xəbər verdiyimiz kimi, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktrisa
"Bizdə müğənnilər var ki, yarım saat toy ifa edirlər, elələri də
Region ölkələri içərisində seçdiyi siyasi kurs baxımından ən anlaşıl
Yanvarın 14-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərli
Almaniya kansleri Olaf Şolts NATO tərəfdaşlarının Ukraynaya tankların ver
Türkiyənin Azərbaycandakı səfirliyi Bakı ilə Ankara arasında diplomatik
Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi
Rusiyalı məşhur müğənni Polina Qaqarina minimum çəkisini açıqlayıb.
İslam hökuməti qurulanda qadınlar inqilabın önündə gedirdi. O dövrdə i
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun v
Biznesmen Yevgeni Priqojın Rusiya Müdafiə Nazirliyinin onun "Vaqner"