"Mən Bakıya köçəndə xanımlar məclisində ofisiant da işləmişəm, satıcı da"
Şou-biznes 14 Yan 2023 11:58:00 369 0
"Bizdə müğənnilər var ki, yarım saat toy ifa edirlər, elələri də var ki, başdan-ayağa toyu özləri aparırlar. Məndə də belə olur. Xanım müğənni üçün toyu başdan ayağa idarə etmək çətin olur. Xınalar onlar üçün daha rahatdır, nəinki toy. Toy idarə etmək kişilərə daha çox məxsusdur, ona görə də biz Turalla birlikdə toylara gedirik".
Bu xəbəri də oxu: "Verilişimdən çıxıb gedən müğənni başını daşdandaşa döyər" VİDEO
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Roza Zərgərli deyib.
"Biz sənətçiyik, müğənniyik. İşimizlə uğur qazanmışıq. Vaxtında doğru məqamda hər şeyi etmişik. Tənbəl olsaydıq adımız bizə işləməzdi. O qədər gözəl müğənnilərimiz var ki. Səsləri məndən də gözəldir. Amma onlar haradadır? Vaxtında işləmək istəməyiblər, tənbəllik ediblər. Mən kasıb ailədə doğulmamışam, hamı bizi tanıyır. Mən Bakıya köçəndə xanımlar məclisində ofisiant da işləmişəm, satıcı da. Bunu heç vaxt danmamışam. Baxmayaraq ki, pulumuz var idi, amma atam müğənni olmağa icazə vermirdi. Zəhmətlə pul qazanmaq ayıb deyil. Bu gün küçədə kişi yaxud qadın əl uzadıb, məndən pul istəyəndə vermirəm. Kimsə əl uzadıb pul istəyirsə, o heç vaxt rahatlıqla qabağa gedə bilməyəcək. Mən bu gün çox populyar olsam da, istədiyim yerdə deyiləm. Amma insanlar var ki, mənim yerimdə olmaq istəyirlər" deyə müğənni bildirib. Müğənni həmkarlarından da danışıb.
"Bəzən kimlərsə efir xatirinə, reklam xatirinə verilişlərdə adımı çəkirlər. Heç vaxt reaksiya vermirəm. Başa düşürəm ki, bu efirdir. Efirdə zarafat da ola bilər, xoş söhbət də. Amma elə şeylər var ki, bu artıq ünvanlıdır və qırmızı xətti keçirlər. Cızığı keçmək olmaz. Çünki biz hamımız bir camiyədəyik. Bu camiyə çox kiçikdir, üz-üzə gələ bilərik. Sabah üz-üzə gələndə bir-birimizdən utanmayaq. Bəziləri də kamera görən kimi özlərini mələk kimi aparmağa başlayırlar. Necə realdadırlarsa, həyatda da elə olsunlar" deyə müğənni bildirib. Müğənni övladlarından da danışıb.
Region ölkələri içərisində seçdiyi siyasi kurs baxımından ən anlaşıl
Yanvarın 14-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərli
Almaniya kansleri Olaf Şolts NATO tərəfdaşlarının Ukraynaya tankların ver
Türkiyənin Azərbaycandakı səfirliyi Bakı ilə Ankara arasında diplomatik
Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi
Rusiyalı məşhur müğənni Polina Qaqarina minimum çəkisini açıqlayıb.
İslam hökuməti qurulanda qadınlar inqilabın önündə gedirdi. O dövrdə i
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun v
Biznesmen Yevgeni Priqojın Rusiya Müdafiə Nazirliyinin onun "Vaqner"
Ermənistanın kollektiv Qərbdən hər hansı illuziya və yüksək gözləntis
Tanınmış türkiyəli aktyor və ifaçı Özcan Dəniz ötən gün alış-veri
Bakıda körpə ana südü qəbul edərkən boğularaq ölüb.
Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması dövlət siya
Bankların cəlb etdikləri depozitlərə görə Mərkəzi Bankda saxlamalı old