Bayılmalar zamanı həkiməqədər ilk tibbi yardım
Digərləri 08 Yan 2023 01:01:00 369 0
İnsanın həyatında bəzi hadisələr baş verir ki, çıxılmaz vəziyyətdə qalır. Belə vəziyyətlər sağlıqla əlaqədar olursa, tez bir zamanda çalışıb vəziyyətdən çıxmaq lazım gəlir. Həkimə qədər tibbi yardımı bilməkdə çox fayda vardır. İnsanların başına qəfil pis hadisələr gəldiyi zaman ətrafda kiminsə onu bu vəziyyətdən çıxarması və həkiməqədər yardım etməsi, bəzən bir insan ömrünü xilas edə bilər. Baş verən xoşagəlməz hadisələrdən biri də bayılmalardır. Bayılmalar (huşun itməsi) bir-neçə səbəbdən baş verə bilr: * ürək tutması * qanaxma * nevroloji xəstəliklər. Bayılma beyin-qan dövranının müxtəlif səbəblər üzündən qəfil pozulmasıdır. Qəfildən beynə qan çatışmazlığı zamanı huş itir və insanın yıxılmasına səbəb olur. Bəzi insanlarda vardır ki, onlar qan gördükdə, qəfildən pis bir xəbər eşitdikdə də bayılırlar. Bəs bayılmalar zamanı ilk tibbi yardım necə göstərilməlidir? Bayılmalar zamanı ilk növbədə çalışıb bayılanın başının yerə dəyməməsinə çalışmaq lazımdır. Sonra görüləcək ilk iş bayılan şəxsin paltarlarının yaxasını açmaq və başının bədənindən aşağı saxlamağa çalışmaq lazımdır. Əgər hadisə evdə baş veribsə, qapı pəncərəni açmaq, küçədə baş veribsə isə ətrafında olan adamları kənarlaşdırmaq lazımdır. Xəstənin qusacağının nəzərə alıb üzünü yavaşca yana çevirmək lazımdır ki, qusma baş versə qusuntu kütləsi qida borusuna düşməsin. Xəstənin rahatlığını təmin etdikdən sonra onun üz-gözünə su vurmaq və ya naşatır spirti iylətmək xəstənin ayılmasına səbəb ola bilir.
Bu xəbəri də oxu: Maşını olanlar vergi versin Deputatdan TƏKLİF
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın xristian icmasını Mil
Türkiyənin Qars vilayətinin Sarıqamış şəhərində şəhidlərin anım m�
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Peyğəmbər əleyhissəlam və onun əhli-Beyti adından ən çox uydurulan hə
Uca Allah, içki barədə Qurani Kərimdə belə buyurmaqdadır:
İllərdir ölkədə dərmanların tərkibinin keyfiyyətsizliyi, qiymətlərini
Allahın sizə əta etdiyi nemətləri, xüsusilə çörəyi əziz tutun. Bilin
Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolundakı etiraz aksiyası bu d
Yeni elmi araşdırmalara görə, diabet, yüksək təzyiq, yüksək xolesterini
Saçlar nə üçün yağlı olur? Əslində saçlar deyil, başın dərisi yağl
Türkiyənin 5 universitetinin həkim və mühəndisləri xərçəng xəstələr
Bu sual bütün anaları çox maraqlandırır və narahat edir. Böyüklərdəki