Pravoslavlar Milad bayramını


Digərləri 07 Yan 2023 07:55:00 258 0

Pravoslavlar Milad bayramını

Yanvarın 7-də pravoslav xristianlar İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd edirlər.

Bu bayram yanvarın 6-dan, Müqəddəs axşamdan başlayır. Həmin gün pravoslavlar üçün 40 günlük pəhrizin sonuncu günü və Milad bayramına hazırlıq dövrüdür. Günəş batandan sonra bütün ailə masa arxasında toplaşır. İsa peyğəmbərin həvarilərinin sayına uyğun olaraq süfrəyə 12 pəhriz yeməyi qoyulur və bu yeməklərin hər birindən mütləq dadmaq lazımdır. Masada canlı alov - şam yanır. Müqəddəs axşamın ən əsas yeməyi kutyadır. Adətən onu buğdadan hazırlayırlar. Amma üyüdülməmiş başqa yarmadan da istifadə etmək olar. Taxıl dənləri vahid bəşəriyyətin rəmzidir. Kutyada birləşdirici vasitə kimi bal və ya siropdan istifadə olunur. Bu şam yeməyi ilə Milad pəhrizi başa çatır. Yanvarın 7-də bütün yemək məhdudiyyətləri aradan qaldırılır və əsl bayram ziyafəti təşkil edilir.

Bununla əlaqədar yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadətlər yerinə yetirilir.

Bakı Yeparxiyasının katibi arximandrit Aleksi (Nikonorov) Milad ibadətindən əvvəl jurnalistlərə müsahibəsində deyib: "Bu gecə bütün pravoslav xristianlar, şərq xristianları İsa peyğəmbərin mövludunu bayram edirlər. Bu, xristianların səbirsizliklə gözlədikləri ən sevimli və uğurlu bayramlarından biridir. Bu günün nə demək olduğunu biz İncildə oxuyuruq. Lakin bu bayramın mahiyyətini anlamaqdan ötrü mələklərdən eşitdiyimiz sözlərə müraciət etmək lazımdır. Onların Milad gecəsi çobanlara tərənnüm etdikləri mahnıda bu sözlər yer alır: Göylərin Rəbbi olan Allaha həmd olsun, Yer üzündə sülh və insanlara mərhəmət olsun.

Milad bayramı həmişə sülhlə assosiasiya edilib. Lakin tarixə, İsa peyğəmbərin doğulduğu dövrə, bu günə baxsaq görürük ki, Yer üzündə sülh həmişə az olub və az olaraq qalmaqdadır. Sülhə müharibələr, əhval-ruhiyyə şərik çıxır. Biz istər-istəməz sual veririk: Bəs bu bayram nə gətirib, mahnı nə idi, mələklər sülhün əvəzində nə veriblər? Bu suala cavabı bizim ənənəmiz verir. Deyilir ki, sülhü insan hər şeydən əvvəl özündə, öz qəlbində axtarmalıdır. Bu sülhü insan öz yaxınlarına, əhatəsində olan hər kəsə arzulamalıdır. Əgər sülh eqoistlik üzərində qurulubsa, Yer üzündə sülh mümkün deyil. Buna görə də bugünkü bayramda mən hər kəsə təkcə özü üçün deyil, başqa insanlar üçün də sülh, ədalət axtarmağı arzu edirəm. Əziz həmvətənlər, bayramınız mübarək".

Azərbaycanda şəkər xəstələri üçün satılan like
  • 07 Yan 07:25  
Digərləri Azərbaycanda şəkər xəstələri üçün satılan

Danimarka dərman istehsalçısı "Novo Nordisk A/S" şirkətinin Azə

arrow Ətraflı
“Sevgili olduğumuza mən də inandım”  FOTO like
  • 07 Yan 07:23  
Şou-biznes “Sevgili olduğumuza mən də inandım” FOTO

Türkiyəli komediya ustası Hasan Can Kaya ilə məşhur müğənni Hadisə ara

arrow Ətraflı
Hamiləlikdə əmələ gələn piqment ləkələrindən necə xilas olmalı? like
  • 07 Yan 06:01  
Digərləri Hamiləlikdə əmələ gələn piqment ləkələrindən necə xilas olmalı?

Hamiləlik zamanı piqment ləkələri estrogen və progestron hormonunun fəali

arrow Ətraflı
Vəfaya doğum günündə 25 minlik saat HƏDİYYƏ OLDU like
  • 07 Yan 05:31  
Şou-biznes Vəfaya doğum günündə 25 minlik saat HƏDİYYƏ OLDU

Müğənni Vəfa Şərifovaya bahalı hədiyyə olunub. 

arrow Ətraflı
Bağırsaqlarınızdakı köpdən xilas olmaq istərisinizmi? like
  • 07 Yan 05:03  
Digərləri Bağırsaqlarınızdakı köpdən xilas olmaq istərisinizmi?

Çox və ya ağır qidaların qəbulundan sonra əksər insanların bağırsaqla

arrow Ətraflı
Avtomobil ehtiyat hissələri 20 faiz bahalaşıb like
  • 07 Yan 04:31  
Digərləri Avtomobil ehtiyat hissələri 20 faiz bahalaşıb

Avtomobilin ehtiyat hissələrindən biri sıradan çıxanda avtomobil sahiblər

arrow Ətraflı
Fəqərəarası yırtığı əməliyyatsız necə sağaltmaq olar? like
  • 07 Yan 04:03  
Digərləri Fəqərəarası yırtığı əməliyyatsız necə sağaltmaq olar?

Bel hissədə baş verən ağrılar onurğada əmələ gələn patologiyalarla �

arrow Ətraflı
Buqələmun yoxsa avtomobil: gələcəyin maşınları təqdim olunub like
  • 07 Yan 03:31  
Digərləri Buqələmun yoxsa avtomobil: gələcəyin maşınları təqdim olunub

Hər il Las-Veqasda keçirilən dünyanın ən böyük texnologiya sərgisi pand

arrow Ətraflı
Bu yağ saçların tökülməsinin qarşısını 10 dəfə istifadə etdikdə alır. like
  • 07 Yan 03:03  
Digərləri Bu yağ saçların tökülməsinin qarşısını 10 dəfə istifadə etdikdə alır.

Gənəcərçək yağının tərkibində çoxlu qidalandırıcı maddələr var.

arrow Ətraflı
Türkan fotoşopla özünü bu hala qoydu like
  • 07 Yan 02:31  
Şou-biznes Türkan fotoşopla özünü bu hala qoydu

Müğənni Türkan Vəlizadə yeni fotosu ilə müzakirələrə səbəb olub. 

arrow Ətraflı
Qan damarlarının təmizlənməsi like
  • 07 Yan 02:02  
Digərləri Qan damarlarının təmizlənməsi

İllər ərzində qan damarlarının divarında müxtəlif zərərli maddələr

arrow Ətraflı
“Mənəviyyatsız, əqidəsiz, əxlaqsız, ən axırıncı şərəfsiz insan...” like
  • 07 Yan 01:31  
Şou-biznes “Mənəviyyatsız, əqidəsiz, əxlaqsız, ən axırıncı şərəfsiz insan...”

Son.az xəbər verir ki, tanınmış müğənni İlahə Fəda Moderator.az-ın

arrow Ətraflı
Arıqlamağa kömək edən səhər yeməyi like
  • 07 Yan 01:01  
Digərləri Arıqlamağa kömək edən səhər yeməyi

Bu səhər yeməyi sizin ayda 5 kq arıqlamağınıza və orqanizminizin yığı

arrow Ətraflı
Xaçmazda şok olay: İki qadına qarşı təcavüz oldu like
  • 07 Yan 00:31  
Kriminal Xaçmazda şok olay: İki qadına qarşı təcavüz oldu

Xaçmaz rayonunda 1990-cı il təvəllüdlü Əhməd (adlar şərti verilib - re

arrow Ətraflı
Günün qoroskopu: Sizi yoldan çıxarmaq istəyənlər az olmayacaq like
  • 07 Yan 00:01  
Digərləri Günün qoroskopu: Sizi yoldan çıxarmaq istəyənlər az olmayacaq

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı