“Mənəviyyatsız, əqidəsiz, əxlaqsız, ən axırıncı şərəfsiz insan...”


Şou-biznes 07 Yan 2023 01:31:00 458 0

“Mənəviyyatsız, əqidəsiz, əxlaqsız, ən axırıncı şərəfsiz insan...”

Son.az xəbər verir ki, tanınmış müğənni İlahə Fəda Moderator.az-ın suallarını cavablandırıb.   - İlahə xanım, öncə yeni ilinizi ürəkdən təbrik edirəm. 2022-ci il sizin üçün necə yadda qaldı?

- Təbrik üçün təşəkkür edirəm. Mən də sizi və oxucularınızı yeni il münasibəti ilə ürəkdən təbrik edirəm. İndiyə qədər heç bir ilin düşərli yaxud da düşərsiz olduğuna fikir verməmişəm. Siz məni azdan-çoxdan tanıyırsınız. Mənim əzizlərimin, sevdiklərimin əgər canı sağdırsa, ürəkləri istəyən kimi yaşayırlarsa o il mənim üçün düşərli il sayılır.   - İlahə xanım, siz xalqın sevgisini, rəğbətini qazanan sənətkarsınız. Amma nədənsə siz və sizin nəsil müğənnilər bu gün gündəmdə deyilsiniz. Buna xüsusi bir səbəb varmı?   - Gözəl sözlərinizə görə təşəkkür edirəm. Gündəm sözünü başa düşsəm ora gələcəyəm. Amma bu gün gündəmə çox yüngül, söz yığını olan nəsə oxuyub gəlmək mümkündür. O da bəs etmir. Ona klip çəkdirməlisən. Üzr istəyirəm ifadəmə görə, oranı-buranı açmalısan, açıq-saçıq klip çəkdirməlisən. Əgər gündəmə gəlmək odursa mən onu etmərəm. Mən heç vaxt sənətimə xəyanət etməmişəm. Etmərəm də! Gözəl əsərlər oxumaqla insanların yaddaşında qalmışam. İndi gündəm üçün durub özümü ucuzlaşdırım?! Heç vaxt!   - Dəyərli bəstəkarımız Cavanşir Quliyevin yaradıcılıq gecəsində sizi səhnədə gördük. İstərdim bu layihədən danışmaqla söhbətimizə davam edək.   - Çox gözəl, möhtəşəm bir layihədə iştirak etdim. Cavanşir Quliyev bizim nakam şairimiz Mikayıl Müşfiqin həyatına həsr etdiyi "Müşfiq ağıları" adlı aratoriya yazmışdı. Mən səhnədə Müşfiqin anasını canlandırdım, onun adından bunu oxudum. Çox gözəl bir əsər idi. Fürsətdən istifadə edib Cavanşir Quliyevə, orada bizi müşayiət edən Xor kapellasının bədii rəhbəri Gülbacı İmanovaya, simfonik orkestrın dirijoru Mustafa Mehmandarova dərin təşəkkürlərimi bildirirəm. Orada məndən başqa xalq artisti Azər Zeynalov, əməkdar artist İlham Nəzərov da çıxış edirdi. Bu layihə ilə yenə də öz adımı Azərbaycan musiqi tarixinə yazdırdım. Mənim gündəmim budur. Mənim gündəmim düzgün Azərbaycan musiqisidir.   - Ciddi musiqiyə bu gün bir o qədər də önəm verilmir. Buna səbəb nədir?   - Ciddi musiqi ciddi insanlar üçündür. Onlardan da çox azdır. Az olan şey də çox qiymətlidir. Hər şey təbliğatdan asılıdır. 44 günlük müharibədə bütün kanallar vətənpərvər mahnılar və verilişlər ərsəyə gətirdilər. Bunun da nəticəsi idi ki, evlərdə körpə-körpə uşaqlar Azərbaycanın himnini, "Azərbaycan əsgəri" marşını əzbər bilirdilər. Azərbaycan musiqisinə xələl gətirməmək bir vətənpərvər, laçınlı qızı kimi mənim üzərimə düşən vəzifədir. Mən də çalışıram ki, bunun öhdəsindən gəlim. Bunun üçün əlimdən gələni edirəm. Musiqiyə, sənətə xələl gətirməmək bilirsinizmi mənə necə baha başa gəlir?!   - Maddi cəhətdən yoxsa?   - Əlbəttə ki, həm maddi, həm də mənəvi cəhətdən. Amma mən yenə də dözürəm. Çünki mən bu xalqın qızıyam. Mən Üzeyir Hacıbəyovun musiqisini əxs etmişəm. Mən Qara Qarayevi, Tofiq Quliyevi, Elza İbrahimovanı tanıyıram. İlk mahnım Əşrəf Abbasovdan olub. O musiqinin qarşısında necə başqa bir mahnı oxuya bilərəm?! Mənim Filarmoniyada bir neçə dəfə konsertim olub. Sonuncu konsertimdə konsertmeystrim Arif Məlikov idi. Arif Məlikovdan iki mahnı oxumuşam. O cür ciddi mahnılardan sonra mən yüngül mahnı oxuya bilərəm? Həqiqətən özümlə, dözümümlə, sənətimə olan hörmətimlə fəxr edirəm.   - Özünüzə arzunuz nədir?   - Özümə arzum odur ki, Allah məni əqidəmdən döndərməsin.   - İlahə xanım, siz heç vaxt müğənni Tacir Şahmalıoğlunun adını çəkməmisiniz. Amma nədənsə o hər dəfə sizin adınızı çəkir. Fədayə xanımla danışmırsa, sizin adınızı nə səbəbə çəkir?   - Mən onun heç adını da çəkmək istəmirəm. Kim nə danışırsa, danışsın. Bilmirəm məni niyə aralarında olan bu söhbətə qatır?! Mən mənəviyyatsız, əqidəsiz, cahil, əxlaqsız, ən axırıncı şərəfsiz insan barədə danışmaq istəmirəm.

Arıqlamağa kömək edən səhər yeməyi like
  • 07 Yan 01:01  
Digərləri Arıqlamağa kömək edən səhər yeməyi

Bu səhər yeməyi sizin ayda 5 kq arıqlamağınıza və orqanizminizin yığı

arrow Ətraflı
Xaçmazda şok olay: İki qadına qarşı təcavüz oldu like
  • 07 Yan 00:31  
Kriminal Xaçmazda şok olay: İki qadına qarşı təcavüz oldu

Xaçmaz rayonunda 1990-cı il təvəllüdlü Əhməd (adlar şərti verilib - re

arrow Ətraflı
Günün qoroskopu: Sizi yoldan çıxarmaq istəyənlər az olmayacaq like
  • 07 Yan 00:01  
Digərləri Günün qoroskopu: Sizi yoldan çıxarmaq istəyənlər az olmayacaq

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Xəz papağını itirən Elza onun axtarışına çıxdı  VİDEO like
  • 06 Yan 23:59  
Şou-biznes Xəz papağını itirən Elza onun axtarışına çıxdı VİDEO

"Bir şeirim var, yadıma düşdü: "Bir əlim balağımda, bir əlim

arrow Ətraflı
Dneprdə Lomonosovun da heykəli söküldü like
  • 06 Yan 23:52  
Dünya Dneprdə Lomonosovun da heykəli söküldü

6 yanvar tarixində Ukraynanın Dnepr şəhərində rusiyalı alim Mixail Lomono

arrow Ətraflı
XİN məlumat yaydı: “Blokada” və “humanitar vəziyyət” haqqında yalanlara... like
  • 06 Yan 23:46  
Siyasət XİN məlumat yaydı: “Blokada” və “humanitar vəziyyət” haqqında yalanlara...

"Çox təəssüf ki, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi (Maykl Karpe

arrow Ətraflı
Bakıda yaşayış binasında yanğın olub like
  • 06 Yan 23:32  
Digərləri Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Nəsimi rayonunda yanğın baş verib.

arrow Ətraflı
Neft qısa müddətdə like
  • 06 Yan 23:25  
Digərləri Neft qısa müddətdə

2023-cü ildə neftin bir barrelini qiyməti yenidən 100 dollara yüksələcək

arrow Ətraflı
Üç nəfər dəm qazından zəhərlənib like
  • 06 Yan 23:19  
Digərləri Üç nəfər dəm qazından zəhərlənib

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

arrow Ətraflı
BMT Rusiyanın atəşkəsini dəyərləndirdi like
  • 06 Yan 23:12  
Dünya BMT Rusiyanın atəşkəsini dəyərləndirdi

Rusiyanın Milad atəşkəsindən sonra Ukraynada intensiv, yaxud iri toqquşma

arrow Ətraflı
Ramil Səfərov "Turan" mahnısına oynayır, Şəmistan Əlizamanlı ifa edir  VİDEO like
  • 06 Yan 23:05  
Digərləri Ramil Səfərov "Turan" mahnısına oynayır, Şəmistan Əlizamanlı ifa edir VİDEO

Son.az musavat.com-a istinadən unikal görüntüləri təqdim edir. Milli Qəh

arrow Ətraflı
Naxçıvanda Ali Məclisin sessiyası çağırılıb like
  • 06 Yan 22:58  
Digərləri Naxçıvanda Ali Məclisin sessiyası çağırılıb

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzunc

arrow Ətraflı
ABŞ Ukraynaya 3 milyard dollardan çox yeni müdafiə yardımı paketini açıqlayıb like
  • 06 Yan 22:51  
Dünya ABŞ Ukraynaya 3 milyard dollardan çox yeni müdafiə yardımı paketini açıqlayıb

ABŞ Ukraynaya 3 milyard dollardan çox dəyərində yeni müdafiə dəstəyi pa

arrow Ətraflı
Dünyada ilk: Robot məhkəmə işi aparacaq like
  • 06 Yan 22:44  
Digərləri Dünyada ilk: Robot məhkəmə işi aparacaq

Dünyada ilk dəfə Böyük Britaniyada robot hüquqşünas məhkəmə işi apar

arrow Ətraflı