Məğlub tərəfin mövqeyi Ermənistan XİNin bəyanatı
Siyasət 03 Yan 2023 23:49:00 412 0
Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada azərbaycanlıların faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı davam edən dinc etirazı fonunda Ermənistan Xarici İşlər Nazirliyi təəccüb doğuran növbəti bəyanatla çıxış edib.
Bu xəbəri də oxu: Türkiyə XİNdən Azərbaycan və Ermənistana çağırış
Belə ki, XİN Ermənistanın əsas qeyri-konstruktiv xəttinə sadiq qalaraq, bəyanatında Azərbaycanın guya üçüncü həftədir ki, Laçın yolunu bağladığını və bununla da "humanitar fəlakət" yaratdığını iddia edir.
Ermənistan Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur, çünki faktiki olaraq Laçın yolu humanitar məqsədlər üçün açıqdır. Hər gün bu yoldan təminat-təchizat, minik avtomobillərinin, təcili tibbi yardım maşınlarının maneəsiz keçməsini əks etdirən foto və video materiallar dərc olunur.
Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı Yerevanın Fransanın yardımı ilə BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnaməsi qəbul etmək üçün son uğursuz cəhdi kimi Ermənistanın bu cür bəyanatları və hərəkətləri də iflasa məhkumdur. Fransa BMT Təhlükəsizlik Şurasının üzvü olmaqla, bu bəyanatı 10 gün ərzində həyata keçirə bilmədi, bu da sözün əsl mənasında, Paris üçün böyük biabırçılıq və fransa-erməni tandeminin məğlubiyyətidir.
Ermənistan XİN-in işarə etdiyi üçtərəfli bəyanatda Laçın yolundan yalnız humanitar məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulur. Təbii ki, Ruben Vardanyanın himayəsi altında Qarabağda qanunsuz biznes quran və Azərbaycanın təbii sərvətlərini talayan separatçılar Laçın yolu ilə çıxarılan qızılı Ermənistana daşıya bilmədiklərindən narahatdırlar. Bu səbəbdən də onlar vəziyyəti "humanitar fəlakət" kimi təqdim etmək və Azərbaycana beynəlxalq təzyiqlərə nail olmaq istəyirlər.
Ona görə də Ermənistan Xarici İşlər Nazirliyinin belə bəyanatı münaqişədən sonrakı normallaşma məqsədlərinə xidmət etmir və beynəlxalq ictimaiyyəti çaşdırmağa
Ləman Zeynalova
Trend
Əgər siz özünüzü işə sərf edirsizsə, əvəzində rəhbərlikdən təri
Ermənistanda çəkilən serialların məşhur aktyoru Arsen Levonyan özünü q
Skleroz əleyhinə, damar genişləndirici, ürək və beyin damar spazmlarını
Rəsmi İrəvan Fransa, İran və Hindistana güvənərək, Azərbaycan-Ermənis
Azərbaycan Uşaqlar Birliyinin sığınacağında insident yaşanıb.
Rəvayətlərdən birində deyilir: Nuh (ə) gəmisinə mindiyi zaman Allah-təa
Qarabağda müvəqqəti yerləşən Rusiyanın sülhməramlı missiyasının fun
Nə az, nə çox 45 illik ömründə yaratdığı əsərləri ilə hələ də ya
Geridə qoyduğumuz 2022-ci il bir sıra məmurların istefaları, bəzilərinin
Ukraynada gedən müharibədə ölən rus əsgərlərin ailələrinə 5 milyon
FİFA prezidenti Canni İnfantinonun Pelenin dəfnində tabutun yanında selfi �