2022ci ildə həbs olunan MƏMURLAR –
Digərləri 03 Yan 2023 23:07:00 348 0
Geridə qoyduğumuz 2022-ci il bir sıra məmurların istefaları, bəzilərinin isə həbsləri ilə yadda qaldı. Ələxsus da, külli miqdarda mənimsəmə və korrupsiyada ittiham olunan xeyli sayda məmur kreslodan birbaşa dəmir barmaqlıqlar arasına yollandı. Eyni zamanda ötən ilki həbslər müstəqillik tarixinin ən böyük mənimsəmə faktlarını da ortaya çıxardı.
Bu xəbəri də oxu: Yeni pomidor salatının resepti
Son.az bizim.media-ya istinadən 2022-ci ildə həbs olunan məmurları araşdırıb. 1. Zakir Soltanov Yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun 11 il həbsə məhkum edilməsi barədə hökm çıxarıb. Zakir Soltanov külli miqdarda mənimsəmədə ittiham olunub və o, məhkəmə qərarı ilə 5,3 milyon manat vəsaiti zərərçəkmişə geri ödəyib. 2. Nizami Məmmədov Bu il martın 2-də xüsusi əməliyyatla saxlanılan Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Nizami Məmmədov 80 milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunur. 3. Eldar Həsənov Keçmiş Baş prokuror və səfir Eldar Həsənov 2022-ci ilin yanvarında 10 il müddətinə azadlıqdan məhrum edilib. Eldar Həsənova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı kimi ittihamlarla cinayət işi qaldırılıb. Sabiq Baş prokurorun məhkəmə işində ümumilikdə 30 milyon manatdan artıq vəsaitin tək və qrup halında məniməsənilməsi aşkar olunub. 4. Məharət Mustafayev Gəncə şəhər Nizami Rayonu İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev barəsində rüşvət alma, rüşvət vermə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunaraq, bu ilin yanvarında 4 il müddətinə azadlıqdan məhrum edilib. 5. Rəşad Məlikzadə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə bu ilin sentyabrında saxlanılıb. Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham verilib. Bakı Hərbi Məhkəməsində Rəşad Məlikzadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.Məhkəmə vəsatəti təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 6. Elnur Əliyev Mədəniyyət nazirinin I müavini Elnur Əliyev noyabrın 1-də xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatla saxlanılıb. O, xüsusilə külli miqdarda mənimsədə ittiham edilir. Barəsində istintaq tədbirləri davam etdirilir. 7. Mənsur Əsgərov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov noyabrın 25-də xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatla saxlanılıb. M. Əsgərov "xüsusilə külli miqdarda" mənimsəmədə ittiham olunur.Gömrük rəsmisinin mənimsədiyi vəsaitin həcminin isə 132 milyon manat olduğu bildirilir. 8. Rafael Əliyev Noyabrın 28-də Naxçıvanda baş tutan növbəti əməliyyatla Muxtar Respublikanın maliyyə naziri Rafael Əliyev saxlanılıb. Nazir mənimədiyi vəsaitin miqdarına görə, Mənsur Əsgərovu da geridə qoyub. Xüsusi xidmət orqanları tərəfindən saxlanılan məmur 144 milyon manatlıq mənimsəmədə ittiham olunur 9. Hicran Rüstəmov Dekabrın 13-də Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov saxlanılıb. "Xüsusilə külli miqdarda" mənimsəmədə ittiham olunan H. Rüstəmovun mənimsədiyi məbləğ 212 milyon manat olub.
Ukraynada gedən müharibədə ölən rus əsgərlərin ailələrinə 5 milyon
FİFA prezidenti Canni İnfantinonun Pelenin dəfnində tabutun yanında selfi �
Cənubi Koreya iş adamı İlon Maskın elektrikli avtomobil istehsal edən &quo
Rio-de-Janeyrodakı "Marakana" stadionuna gedən əsas yollardan biri
İsrail Baş naziri Benyamin Netanyahu Körfəz ölkəsi olan BƏƏ-yə ilk səf
Yemək yeyərkən müstəhəb olan şeylər. Yaxşı olar ki, insan bardaş qurd
Xərçəngdən əziyyət çəkən əməkdar artist Gülbahar Şükürlünün xə
Qazaxıstanın Janatas şəhərində fövqəladə vəziyyət rejimi tətbiq edil
Yanvarın 1-də nüfuzlu "Foreign Policy" jurnalı Beynəlxalq Krizis
Allah-taala "Furqan" surəsində özünün yaxşı bəndələrinin sə
Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliy
Ürəkdə ağrı adətən fiziki gərginlik və ya stress nəticəsində əməl�
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Üç nəfərlik və
Arterial hipotenziya dünyada 30% insanın əziyyət çəkdiyi simptomdur.
Kəpək baş dərisinin ölmüş hüceyrələrindən ibarətdir. Normal halda, b