Yemək yeməyin qaydaları haqqında
Digərləri 03 Yan 2023 22:55:00 409 0
Yemək yeyərkən müstəhəb olan şeylər. Yaxşı olar ki, insan bardaş qurduğu və ya dizləri üstə oturduğu halda yeməyi sağ əli ilə yesin. Yemək yeyildikdən əvvəl və sonra əlləri yumaq və dişləri fırça ilə təmizləmək lazımdır. Yaxşı olar ki, insan yeməyi tək yeməsin. Süfrə açıldıqda qulluqçu və xidmətçiləri dəvət edib onlarla birlikdə yemək daha yaxşı olar. Ev sahibi yeməyə hamıdan tez başlamalı və hamıdan gec qurtarmalıdır. Ev sahibi əllərini hamıdan tez yumalı və sonra teşt onun sağ tərəfində oturana ötürülməlidir. Bu qayda ilə hamı əllərini yuyub ev sahibinin sol tərəfində əyləşən şəxsdə qurtarmalıdır. Yeməyə başlamazdan əvvəl "Bismillah", qurtardıqdan sonra isə "Əlhəmdulillah" deməyə xüsusi diqqət yetirmək lazımdır. Yaxşı olar ki yemək yeməzdən əvvəl və sonra bir qədər duz dadılsın.
Bu xəbəri də oxu: Məhkəmə polkovnikin zabit oğlu ilə bağlı qərar verdi
Bu haqda nəql olunmuş rəvayətlərdən birində deyilir: Yeməyi tələsərək və marçıltı ilə yeməyin, yemək yeyərkən qarşınızda olan şəxslərlə söhbət etməyin və onların üzünə baxmayın.
İmam Musa (ə)-dan nəql olunmuş hədisdə deyilir: Həzrəti Peyğəmbər (s) səhabələrinə təkidlə tapşırardı ki, səfərə tək çıxmasınlar və səfər zamanı yola götürdükləri yemək azuqəsini tək yeməsinlər və nəhayət öz evlərində tək yatmasınlar.
Imam Rza (ə) süfrə arxasında oturduğu zaman özü yediyi yeməklərdən bir qədər ayırıb ehtiyacı olanlara göndərməyi əmr edərdi.
Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: "Yediyiniz yeməklərin halal və ya haram olmasına xüsusi diqqət yetirin . Haram yemək-içməklərdən uzaq olun və haram yemək-içmək olan məclislərdə iştirak etməyin. İştirak etdiyiniz məclislərdə müsəlmanların qeybəti olunarsa oradan uzaqlaşmağa çalışın.
Məkruh olan şeylər haqqında nəql olunmuş başqa bir rəvayətdə deyilir. "Yeməyi sol əlinizlə, sağ və ya sol tərəfə soykənərək (və ya uzanaraq) yeməyin. Əgər çarəsizlik üzündən olarsa bunun heç bir eybi yoxdur.
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Allah Peyğəmbəri (s) təvəzükarlıq əlaməti olaraq heç vaxt söykənərək bir şey yeməzdi. O ömrünün sonunadək hamı kimi oturar və hamı kimi yeyərdi.
Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Bardaş quraraq oturduğunuz zaman bəzi təriqətlərə xas olan qaydada ayağınızı ayağınızın üzərinə qoyaraq oturmayın .Yol gedərkən bir şey yeyib içməkdən çəkinin , yox əgər çarəsizlik üzündən olarsa bunun heç bir maneəsi yoxdur."
Başqa bir hədisdə deyilir: Allah peyğəmbəri süfrə kənarında təşəhhüddə oturduğu kimi oturardı və süfrəyə bir neçə təam qoyduqdan sonra daha başqa bir şey gözləməzdi.
O, səhabələrə tövsiyə edərək buyrardı: Süfrə dörd növ təam qoyulduqdan sonra gözləməyin. Başlamazdan əvvəl əllərinizi yuyun və Allahın adını çəkərək başlayın.
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "ruzinizin bol olmasını isdəyirsinizsə yeməkdən əvvəl əllərinizi yuyub qurulayın, yeməkdən sonra yuduqda isə qurulamayın və əlinizi üzünüzə çəkərək bu duanı oxuyun :
(Əlhəmdu lillahi muhsinil-mucmilil-munimil-mufzil )
İmam Rza (ə) yeməkdən sonra əllərini yuduğu zaman "əşnan"(gözəl ətri olan bitki növüdür) çeynəyərdi və bunun xeyrini izah edərkən buyurardı. Əşnan ağzın qoxusunu dəyişir və cinsi əlaqənin fəallaşmasına köməklik edir. İmam Məhəmməd Təqi (ə) günorta yeməyini yeyib qurtardıqdan sonra əlini qurulamazdan əvvəl bu duanı oxuyardı .
Xərçəngdən əziyyət çəkən əməkdar artist Gülbahar Şükürlünün xə
Qazaxıstanın Janatas şəhərində fövqəladə vəziyyət rejimi tətbiq edil
Yanvarın 1-də nüfuzlu "Foreign Policy" jurnalı Beynəlxalq Krizis
Allah-taala "Furqan" surəsində özünün yaxşı bəndələrinin sə
Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliy
Ürəkdə ağrı adətən fiziki gərginlik və ya stress nəticəsində əməl�
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Üç nəfərlik və
Arterial hipotenziya dünyada 30% insanın əziyyət çəkdiyi simptomdur.
Kəpək baş dərisinin ölmüş hüceyrələrindən ibarətdir. Normal halda, b
Bolqarıstanın "Bulgargaz" şirkəti ilə Türkiyənin dövlət şirk
Gündəlik isdifadə olunan ayaqqabılar üçün ən münasib rəng ağ və sar�
Marketlərdə qeyri-qida məhsulları, xüsusilə gigiyenik vasitələr bahalaş
Hələ qədim zamanlardan sürmədən müalicəvi məqsədlər üçün isdifadə