Kəpək niyə əmələ gəlir?
Digərləri 03 Yan 2023 22:30:00 321 0
Kəpək baş dərisinin ölmüş hüceyrələrindən ibarətdir. Normal halda, bədənin digər hissələrinin dərisində olduğu kimi, başın dərisindəki hüceyrələri də müəyyən müddət keçdikdən sonra yeniləri ilə əvəz olunur.
Bu xəbəri də oxu: Xırdalanda binadakı partlayış nədən olub? Sakinlər DANIŞDI
Bu zaman ölmüş köhnə hüceyrələr insan gözü üçün nəzərə çarpmadan başın dərisindən xaric olunur. Beləliklə, başda az miqdarda kəpək olması tam normal fizioloji prosesdir. Ancaq müxtəlif səbəblər nəticəsində baş dərisinin hüceyrələri daha qısa vaxtdan sonra lay-lay qopmağa başlayır. Bu zaman saçlar xeyli sayda xoşagəlməz yapışqan pulcuqlarla (baş dərisinin yağlı tipində) örtülür və ya başdan paltarların üzərinə xeyli miqdarda quru kəpəklər tökülməyə başlayır (baş dərisinin quru tipində). Saçların yuyulması da problemi həll etmir - saçlar qurumağa mahal tapmamış kəpəklər yenə də əmələ gəlir. Kəpəklərin olması yalnız estetik çatışmazlıq deyil. Ölmüş dəri hüceyrələri baş dərisinin səthində toplanması nəticəsində saçlar normal "nəfəs almır", zəifləyir, daha asanlıqla qırılır və tökülməyə başlayır.
Kəpəklərin əmələgəlmə səbəbləri çoxdur: irsi faktor, daxili orqanların bir sıra xəstəlikləri (kolit, qəbizlik, qara ciyər və öd kisəsinin xəstəlikləri, qalxanvari vəzinin xəstəlikləri və s.), avitaminozlar, streslər, maddələr mübadiləsi pozğunluqları, baş dərisindəki piy vəzilərinin normal fəaliyyətinin pozulması, saçlara düzgün qulluq edilməməsi (saçlarınıza uyğun gəlməyən və keyfiyyətsiz şampunlardan istifadə edilməsi, saçların çox tez-tez boyanması, isti fenlə tez-tez qurudulması) və s.
Kəpəklərin əmələgəlmə səbəblərindən biri də maya göbələkləridir (Pityrosporum Ovale). Bu göbələk, əksər insanların baş dərisində, onların sağlamlığına heç bir zərər vurmadan yaşayır. Ancaq müəyyən şəraitdə (streslər, immunitetin zəifləməsi, hormonal pozğunluqlar və s.) onların miqdarı birdən-birə artmağa başlayır. Nəticədə dəridə iltihablaşma prosesi başlayır ki, bu da kəpəklərin əmələ gəlməsinə səbəb olur.
Əgər siz başınızda kəpəklərin xeyli dərəcədə artdığını müşahidə etsəniz, kəpəyin quru və ya yağlı olmasından asılı olmayaraq, mütləq həkim-trixoloqa (saçlar üzrə mütəxəssis) müraciət edin. Çünki kəpək sağlamlıq üçün təhlükəli hesab edilən seboreyalı dermatit, dəmrov, psoryaz kimi təhlükəli xəstəlikləri müşayiət edən əlamət də ola bilər. Bu xəstəliklər saçların güclü tökülməsinə və hətta keçəlliyə səbəb ola bilər. Müayinə nəticəsində həkim kəpəyin əmələ gəlmə səbəbini aydınlaşdırdıqdan sonra sizə müvafiq müalicə təyin edəcək. Bu müalicə zamanı xüsusi pəhrizin saxlanması, müalicəvi şampunlardan, müəyyən vitaminlərdən (B, A, D, E və s.) və mikroelementlərdən (sink, kükürd və s.) və s. vasitələrdən istifadə oluna bilər. Həkim-trixoloq ona müraciət edən şəxsdə kəpəyin əmələ gəlməsində hər hansı bir daxili orqanların xəstəlikləri ola biləcəyindən şübhələnərsə, onu digər mütəxəssislərin (qastroenteroloq, endokrinoloq, nevropatoloq və s.) müayinəsinə də göndərə bilər.
Kəpəklərin profilaktikasında əsas məsələ başın dərisinə və saçlara düzgün qulluq edilməsidir. Digər vacib məsələ isə kifayət qədər meyvə və tərəvəzlərdən istifadə etməklə düzgün qidalanma tərzidir. Bu zaman qida rasionunda yağlı, qızardılmış, kəskin və şirin qidaları məhdudlaşdırmaq lazımdır. Qəhvə, pivə və digər spirtli içkilərin qəbul edilməsi məsləhət görülmür. Bütün bu məhsullar baş dərisində piy ifrazını artıraraq kəpəklərin çoxalmasına səbəb olur.
Kəpəklər az olduqda başınızı adi şampunla yuduqdan sonra başın dərisini kəpəyə qarşı olan xüsusi lasyonla isladın. Bu məqsədlə kəpəyə qarşı olan profilaktik şampunlardan da istifadə etmək olar.
Kəpəklə mübarizə aparılmasında xalq təbabəti üsullarından da istifadə etmək olar. Bir daha qeyd etmək istəyirik ki, kəpək yalnız az olduğu hallarda onu bu üsullarla müalicə etmək olar. Kəpək çox olduqda isə mütləq həkimə müraciət etmək lazımdır. Əks halda, özbaşına müalicə ilə siz dəridəki xəstəliyi ağırlaşdıraraq başınızın keçəlləşməsinə də səbəb ola bilərsiniz.
- Quru xardala tədricən su qatmaqla (xama konsistensiyası alınana qədər) alınan maskanı başı yumamışdan 15-20 dəqiqə əvvəl başın dərisinə sürtün. Sonra az miqdarda şampunla saçlarınızı yaxşı-yaxşı yuyun.
- 4 ədəd limonun qabığını 1 litr suda 15 dəqiqə qaynadın. Həftədə 1 dəfə olmaqla, saçlarınızı yuduqdan sonra onları alınan dəmləmə ilə yaxalayın.
- 2 xörək qaşığı qurudulmuş pıtraq kökünü xırdalayaraq 200 ml suda 10-15 dəqiqə ərzində vam odda ağzı bağlı şəkildə qaynadın, bir qədər soyuduqdan sonra süzün. Alınmış dəmləməni saçları yumamışdan qabaq başın dərisinə sürtün və ya saçların son dəfə yaxalanması üçün hazırlanmış suya əlavə edin.
- 3 xörək qaşığı dəvədabanı və 3 xörək qaşığı gicitkən götürərək üzərinə 1 litr qaynar su əlavə edin. 30 dəqiqə saxladıqdan sonra süzün. Alınmış dəmləməni yuyulmuş saçlarınızın son dəfə yaxalanması üçün istifadə edin.
- Quru kəpəklər olarkən aşağıdakı maskadan istifadə etmək olar: 4 xörək qaşığı zeytun yağını ½ limonun şirəsi ilə qarışdırın. Saçları yumamışdan əvvəl, bu qarışığı ilıq vəziyyətdə barmaqların ucları ilə başın dərisinə yüngül sürtün.
- Yağlı kəpəklərin olması və saçların tökülməsi zamanı baş dərisini həftədə 2-3 dəfə olmaqla kalendulanın spirtli məhlulu ilə (apteklərdə satılır) silmək xeyirli hesab olunur. Məhlulu sürtəndən sonra başınızı dəsmal ilə örtün və 30 dəqiqədən sonra yuyun.
Bolqarıstanın "Bulgargaz" şirkəti ilə Türkiyənin dövlət şirk
Gündəlik isdifadə olunan ayaqqabılar üçün ən münasib rəng ağ və sar�
Marketlərdə qeyri-qida məhsulları, xüsusilə gigiyenik vasitələr bahalaş
Hələ qədim zamanlardan sürmədən müalicəvi məqsədlər üçün isdifadə
Xaçmazda Sumqayıt sakini, 1962-ci il təvəllüdlü Əliyev İsmayıl Bəxtiya
Pendir... Əksər evlərdə səhər yeməyinin ayrılmaz hissəsidir. Pendirlər
"Ukrayna 2023-cü ildə Rusiyaya qarşı müharibədə qələbə qazanmaq �
Bu pəhriz həkim və dietoloqların tərəfindən ən çox bəyənilən pəhriz
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili onun işinə fasiləsiz rejimd�
"Türk TV Life"ın təşkil etdiyi səsvermədə Türkiyənin ən yax�
Süni intellekt sahəsindəki yeni çalışmalar insanın nə vaxt öləcəyini
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rusiya Tür