Bu 2 pis vərdiş kökəlməyə səbəb olur
Digərləri 01 Yan 2023 16:30:00 350 0
Piylənmə artıq bütün dünyada ciddi problemə çevrilib. Piylənməyə cavan insanlarda və hətta uşaqlarda da tez-tez təsadüf edilir.
Bu xəbəri də oxu: Masallıda partlayış xəsarət alan var
Piylənmə tək kosmetik qüsur deyil, bu çox ciddi pozulmadır. Piylənmə bir çox xəstəliklərin (ürək-damar sistemi xəstəlikləri, diabet, bəzi xərçəng növləri, sonsuzluq və s.) inkişafına səbəb olur.
Alimlərin fikirinə görə, müasir insanlar arasında yayılmış 2 pis vərdiş artıq çəkinin yığılmasının və piylənmənin əsas səbəbləridir. Bu pis vərdişlər səhər yeməyindən imtina etmək və gecənin yarısına qədər oyaq qalmaqdır.
Çoxsaylı araşdırmalar göstərib ki, səhər yeməyindən imtina edən insan nahar və şam yeməyi zamanı daha çox qida qəbul edir və bu da artıq çəkinin yığılmasına səbəb olur. Alimlər səhər yeməyini daha kalorlu və tamdəyərli etməyi tövsiyə edirlər. Bu o demək deyil ki, 1 buterbrod və 1 fincan çay və ya qəhvə ilə kifayətlənmək lazımdır. Səhər yeməyi normal qida qəbulu olmalıdır. Səhər yeməyi zamanı sıyıqlar, süd məhsulları, meyvə və ya tərəvəzlər, yumurta, bişmiş ət və ya toyuq kimi qidalara üstünlük vermək lazımdır. Bu halda qanda şəkərin səviyyəsi uzun müddət ərzində sabit qalacaq və insan nahar vaxtı daha az qida qəbul edəcək.
Gecə yarısına qədər oyaq qalan insanlar əksər hallarda vaxtını kompüter və ya televizor qarşısında keçirir. Bu zaman onlar adətən müxtəlif şirin, kalorlu qidaları (şirniyyat, çipsi, pop-korn və s.) qəbul edir. Bu qidalarda olan kalorilər, təbii ki, sərf olunmur və çəkinin artmasına səbəb olur.
Həzrət Peyğəmbər (s) buyurur: "O müsəlman qadın ki, doğum zamanı
Əvvəllər belə hesab olunurdu ki, yumurta qanda xolesterinin səviyyəsini qa
Kron xəstəliyi əsasən həzm yolunu zədələyən xroniki iltihabi xəstəlik
Balla balqabağın qarışığı xalq təbabətində ən tanınmış müalicəvi
İmam Mehdinin (ə) gizlilik dövründən və imam Həsən Əsgərinin (ə) şə
Bayram günlərində istehlak olunacaq qida məhsullarını hazırlayarkən və
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kürd�
Yüksək qan təzyiqinin əsas səbəbləri arasında yaşlanma, bizə ötürül
Ukrayna müdafiəçiləri müharibə başlayandan indiyədək Rusiya ordusunun 1
Bosfor boğazı vasitəsilə gəmilərin hərəkəti müvəqqəti dayandırılı
Bağırsaqlarımızda trilyonlarala bakterilər yaşayır. Elmdə onların yaln�
ABŞ-ın Pasadena şəhərində reaktiv hərəkət laboratoriyasının geoloqlar