Bayram günlərində qida məhsullarından istifadə zamanı


Digərləri 01 Yan 2023 15:38:00 351 0

Bayram günlərində qida məhsullarından istifadə zamanı

Bayram günlərində istehlak olunacaq qida məhsullarını hazırlayarkən və bu məhsulları qəbul edərkən bir sıra təhlükəsizlik qaydalarına diqqət yetirmək vacibdir. Çünki qaydalara əməl etməmək xoşagəlməz hallar yarada bilər.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bayram günlərində qidalanma ilə bağlı əhaliyə müraciətində bildirilib.

Müraciətdə deyilir:

Belə ki, qida zəhərlənmələri hallarının qarşısını almaq və təhlükəsiz qida qəbul etmək üçün yeməkləri hazırladıqdan sonra çox saxlamamaq tövsiyə olunur. Bundan başqa, ət və ət məhsullarının donunun açılması prosesini və bişirmə temperaturunu düzgün seçmək, həmçinin meyvə-tərəvəzin yuyulma qaydalarına əməl etmək lazımdır. Düzgün yuyulmayan meyvə-tərəvəzin üzərində zərərli orqanizmlərin qalması qida zəhərlənmələrinə səbəb ola bilər.

Yeni il süfrəsində xüsusi yer tutan balıq alarkən məhsulun təzəliyindən əmin olmaq və evdə onu düzgün saxlamaq tövsiyə edilir. Ümumiyyətlə alış-veriş zamanı tez xarab olan soyudulmuş və dondurulmuş məhsulları sonda almaq məsləhət görülür. Çünki belə qidalar mikrobioloji çirklənməyə daha çox məruz qalır.

Həmçinin bayram günlərində qidalanma zamanı soyuq qida zəncirinin qorunması və mal qonşuluğu prinsipinə əməl edilməsi qida təhlükəsizliyi baxımından olduqca vacibdir. Ət, süd, balıq və donmuş qida kimi həssas məhsulların temperatur dəyişiklikləri zərərli mikroorqanizmlərin çoxalmasına səbəb olur. Bu isə məhsulların fiziki, kimyəvi və əmtəə görünüşünə mənfi təsir göstərir. Odur ki, zərərli mikroorqanizmlərin çoxalmasının qarşısını almaq və qidaların təzə qalmasını təmin etmək üçün soyuq zəncir istehsaldan istehlaka kimi bütün mərhələlərdə qırılmamalıdır. Bundan başqa, məhsulların fərdi xüsusiyyətlərini və uyğunluqlarını mümkün qədər nəzərə almaq və onları ən münasib şəraitdə saxlamaq lazımdır.

Yeni illə əlaqədar içərisində qida məhsulları olan hədiyyə qutularına da maraq artır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi vətəndaşları satışa çıxarılan belə hədiyyə qutularını alarkən diqqətli olmağa çağırır. Belə ki, ilk növbədə Yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində qeyd olunan istehsal və son istifadə tarixinin qutunun içərisinə yerləşdirilən qida məhsullarına aid olmadığını bilmək vacibdir. İstehlakçılar belə məhsulları alarkən qida məhsulunun çeşidindən asılı olaraq adı, tərkibi, miqdarı (kütlə, həcm), istehsal və son istifadə tarixi, saxlanma şərtləri, istehsalçının adı və ünvanı, istifadəyə dair tövsiyələr və ya məhdudiyyətlər, qida dəyəri göstəriciləri kimi məlumatlara diqqət yetirməlidirlər.

Agentlik vətəndaşlardan Yeni illə əlaqədar hazırlanan hədiyyə qutularında istifadə edilən qida məhsullarının tərkibi, istifadə müddəti, saxlanma şəraiti və digər məsələlərlə bağlı şübhələri olduğu halda, "1003-Çağrı Mərkəzi"nə məlumat verməyi xahiş edir.

Kürdəmirdə qoşqusunda 8 avtomobil olan like
  • 01 Yan 15:36  
Digərləri Kürdəmirdə qoşqusunda 8 avtomobil olan

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kürd�

arrow Ətraflı
Təzyiq necə ölçülməlidir və hansı yüksək sayılır? like
  • 01 Yan 15:35  
Digərləri Təzyiq necə ölçülməlidir və hansı yüksək sayılır?

Yüksək qan təzyiqinin əsas səbəbləri arasında yaşlanma, bizə ötürül

arrow Ətraflı
Rusiya son sutkada Ukraynada 760 hərbçisini like
  • 01 Yan 15:34  
Siyasət Rusiya son sutkada Ukraynada 760 hərbçisini

Ukrayna müdafiəçiləri müharibə başlayandan indiyədək Rusiya ordusunun 1

arrow Ətraflı
Bosfor boğazında gəmilərin hərəkəti like
  • 01 Yan 15:32  
Dünya Bosfor boğazında gəmilərin hərəkəti

Bosfor boğazı vasitəsilə gəmilərin hərəkəti müvəqqəti dayandırılı

arrow Ətraflı
Bədənimizdə yaşayan bakterilər bizi xərçəngdən qoruyur like
  • 01 Yan 15:30  
Digərləri Bədənimizdə yaşayan bakterilər bizi xərçəngdən qoruyur

Bağırsaqlarımızda trilyonlarala bakterilər yaşayır. Elmdə onların yaln�

arrow Ətraflı
Venera ilə Yer arasında daha bir like
  • 01 Yan 15:28  
Dünya Venera ilə Yer arasında daha bir

ABŞ-ın Pasadena şəhərində reaktiv hərəkət laboratoriyasının geoloqlar

arrow Ətraflı
ABŞ 30 milyard dollarlıq F35 like
  • 01 Yan 15:26  
Dünya ABŞ 30 milyard dollarlıq F35

Pentaqon və ABŞ-nin müdafiə konserni "Lockheed Martin" 398 ədəd

arrow Ətraflı
Bu öskürək siropunu almayın like
  • 01 Yan 15:25  
Digərləri Bu öskürək siropunu almayın

Özbəkistanda 20-yə yaxın uşağın "Dok-1 Maks" öskürək siropu

arrow Ətraflı
Ən çox yoxsullaşan like
  • 01 Yan 15:23  
Digərləri Ən çox yoxsullaşan

İş adamı Roman Abramoviçin sərvəti digər rusiyalı milyarderlərdən daha

arrow Ətraflı
Şolts Rusiya ilə bağlı məqsədinə nail like
  • 01 Yan 15:22  
Siyasət Şolts Rusiya ilə bağlı məqsədinə nail

Almaniya hökuməti 2022-ci ildə Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməl

arrow Ətraflı
Rusiya elə bir vəziyyətə gətirilib ki... like
  • 01 Yan 15:21  
Siyasət Rusiya elə bir vəziyyətə gətirilib ki...

Rusiya elə bir vəziyyətə gətirilib ki, o, ya hər şeyi təslim etməli, ya

arrow Ətraflı
Can verən insanın ölən zaman gördüyü 5 şey like
  • 01 Yan 15:20  
Digərləri Can verən insanın ölən zaman gördüyü 5 şey

Can verən insan ölüm yaxınlaşan ana yaxın dünyada görmədiklərini müş

arrow Ətraflı
Narazılıq: Zelenski Netanyahunun tələbini like
  • 01 Yan 15:18  
Siyasət Narazılıq: Zelenski Netanyahunun tələbini

Ukrayna prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasının Fələstin əraz

arrow Ətraflı
Xeyli ukraynalı döyüşçü əsir götürdük like
  • 01 Yan 15:16  
Siyasət Xeyli ukraynalı döyüşçü əsir götürdük

"Vaqner" özəl hərbi şirkətinin döyüşçüləri xeyli sayda ukra

arrow Ətraflı
Makaron və düyünü ətlə yeməyin! Uyğun olmayan qidaların like
  • 01 Yan 15:15  
Digərləri Makaron və düyünü ətlə yeməyin! Uyğun olmayan qidaların

İnsanın sağlamlığı bir çox amillərdən asılıdır. Bu amillərdən ən

arrow Ətraflı