Qısamüddətli qeyb dövrünün xüsusiyyətləri
Digərləri 01 Yan 2023 15:40:00 411 0
İmam Mehdinin (ə) gizlilik dövründən və imam Həsən Əsgərinin (ə) şəhadətindən sonra iki növ qeybi olmuşdur. Kiçik qeyb adlanan birinci dövr gizlilik dövrü başa çatdıqdan sonra başlamış və altmış doqquz il davam etmişdir. Kiçik qeyb dövrü başa çatdıqdan sonra böyük qeyb dövrü başlamış və bu dövr hazırda da davam etməkdədir. İmam Həsən Əsgərinin (ə) şəhadəti və həzrət Mehdinin (ə) imaməti ilə başlayan kiçik qeyb dövrü həzrətin dördüncü səfiri Əbül-Həsən Əli ibn Məhəmməd Səmərinin vəfatı ilə başa çatmışdır. Bu dövrün səciyyəvi xüsusiyyətlərini nəzərdən keçirək: 1. Kiçik qeyb dövrü məhdud olmuşdur və yetmiş ilə qədər davam etmişdir. Bu dövr məhdud olduğu üçün kiçik qeyb dövrü adlanmışdır. Böyük qeyb dövrü hazırda da davam etdiyindən və onun müddəti yalnız Allaha məlum olduğundan bu dövrü böyük qeyb dövrü adlandırmışlar. 2. Kiçik qeyb dövründə imam Mehdi (ə) əksər insanlardan məxfi şəkildə yaşasa da, öz vəkilləri, səfirləri ilə təmasda olmuşdur. Hətta bu səfirlər bəzi insanları imam Mehdi (ə) ilə görüşdürmüşlər. Xalq öz suallarını dörd səfir vasitəsi ilə imama çatdırmış və onlardan cavab almışdır. Uyğun dövrdə müqəddəs nahiyədən dörd səfir vasitəsi ilə şiələrə göstərişlər verilmişdir. Amma dördüncü səfir Səmərinin vəfatından sonra böyük qeyb dövründə bütün rabitələr kəsilmişdir. Səmərinin ölümündən bir neçə gün qabaq imam Mehdi (ə) ona həyatının başa çatması haqqında xəbər vermişdir. Yetmiş il əvvəl davam etmiş bu sayaq rabitələrə böyük qeyb dövründə təsadüf edilmir. İmamın bu izahatı haqqında növbəti söhbətlərimizdə danışacağıq. 3. Kiçik qeyb dövründə imamın dörd vəkil və ya nümayəndəsi olmuşdur. Bu dörd şəxs üçün biri o birinin ardınca vəkillik hökmü çıxarılmışdır. İmamın digər nümayəndələri bu dörd səfirdən göstəriş almışlar. Amma kiçik qeyb dövrü başa çatdıqdan sonra xüsusi bir nümayəndə olmamışdır. Mə'sum imamların göstərdiyi şərtlərə malik olanlar həzrətin ümumi nümayəndələri sayılmaqdadırlar. Ona görə də kiçik qeyb dövründən sonrakı dövrü fəqihlərin rəhbərlik və ya vəkillik dövrü kimi təqdim etmək olar. 4. Kiçik qeyb dövründə bəzi insanlar həzrəti görüb tanıya bilərdilər. Böyük qeyb dövründə isə kimsə onu görmür, görənlər isə tanımırlar. Hətta bəzi xüsusi insanlar həzrəti görüb tanısalar, bu barədə başqalarına danışmaq haqqına malik deyillər. Yalnız həzrətin öz icazəsi ilə etibarlı şəxslərə bu barədə məlumat vermək olar.
Bayram günlərində istehlak olunacaq qida məhsullarını hazırlayarkən və
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kürd�
Yüksək qan təzyiqinin əsas səbəbləri arasında yaşlanma, bizə ötürül
Ukrayna müdafiəçiləri müharibə başlayandan indiyədək Rusiya ordusunun 1
Bosfor boğazı vasitəsilə gəmilərin hərəkəti müvəqqəti dayandırılı
Bağırsaqlarımızda trilyonlarala bakterilər yaşayır. Elmdə onların yaln�
ABŞ-ın Pasadena şəhərində reaktiv hərəkət laboratoriyasının geoloqlar
Almaniya hökuməti 2022-ci ildə Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməl
Rusiya elə bir vəziyyətə gətirilib ki, o, ya hər şeyi təslim etməli, ya
Can verən insan ölüm yaxınlaşan ana yaxın dünyada görmədiklərini müş
Ukrayna prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasının Fələstin əraz
"Vaqner" özəl hərbi şirkətinin döyüşçüləri xeyli sayda ukra