“KOSMETİKANIN ATASI” Rusiyadan niyə qaçdı Məşhur yəhudi haqqında maraqlı FAKTLAR FOTO


Digərləri 31 Dek 2022 17:56:00 2596 0

“KOSMETİKANIN ATASI” Rusiyadan niyə qaçdı  Məşhur yəhudi haqqında maraqlı FAKTLAR  FOTO

"Kosmetikanın atası" kimi tarixə düşən yəhudi əsilli rusiya vətəndaşı - Maksimilian Faktoroviç 1904-cü ildə Rusiya İmperiyasından Amerikaya köçür və özünün kosmetika imperiyasını yaradır. Amma bu uğur ona asan başa gəlmir. ABŞ-a yerləşdikdən sonra əsl adını Maks Faktora dəyişərək daha sadə və yaddaqalan ad seçən Faktoroviçin tərcümeyi-halı tapmacalar və kəskin süjet xətləri ilə doludur.

Son.az oxucuları "Max Factor" brendinin yaranma hekayəsi ilə tanış edir.

Markanın yaradıcısı 1872-ci il avqustun 5-də Rusiya İmperatorluğunun Lodz şəhərində (indiki Polşa ərazisi) anadan olub. Maksimilian həm də 10 uşaqlı yoxsul bir yəhudi ailəsində dünyaya göz açıb. Təhsildən söhbət belə gedə bilməzdi. Yaşının az olmasına baxmayaraq, özünə iş axtarmağa qərar verdi . Əvvəlcə yeddi yaşında teatrın foyesində şirniyyat satmağa başladı. Bir il sonra Maks əczaçı köməkçisi oldu, burada tez-tez nəyinsə qarışdırıldığını və bankalara yığıldığını gördü. Təbiətcə hər şeylə maraqlanan oğlan özü də tezliklə müxtəlif maddələri birləşdirməyə çalışmağa başladı. O, vaxt itirmir və müşahidələrindən istifadə edərək prosesləri və onların nəticələrini səylə öyrənirdi. Bu yolla o, kimya sahəsində ilkin biliklərini aldı və bu, ona doqquz yaşında aparıcı kosmetoloq və pariklər üzrə mütəxəssisin köməkçisi kimi işə düzəlməyə imkan verdi.

13 yaşında məşhur alman bərbərindən saç ustalığını öyrənən Maksimilian cəmi bir il sonra Böyük Teatrda vizajist köməkçisi olmaq üçün Moskvaya yollandı. Daha sonra aktrisalar üçün parik seçiminə əlavə olaraq teatr geyimləri və makiyajla məşğul olduğu opera teatrında ixtisası üzrə işə düzəlib. Lakin hərbi xidmətə göndərildiyi üçün burada işini uzun müddət davam etdirə bilmədi. Hərbi xidmətdən qayıtdıqdan sonrakı dövr Maksın evlənməsi, uşaqlarının dünyaya gəlməsi və bir çox başqa hadisələrlə əlamətdar oldu. 1895-ci ildə Ryazan sakini artıq öz imzası altında ənlik, kremlər, ətirlər və pariklər istehsalına başladı və mağaza açdı. Mağazanın şöhrəti tez bir zamanda Sankt-Peterburqa çatdı və sənətkar imperator sarayında işləməyə dəvət edildi. Sarayda yüksək qiymətləndirilməsinə və tanınmasına baxmayaraq, o, 1904-cü ildə ailəsi ilə birlikdə ABŞ-a köçməyə qərar verdi. Los-Ancelesdə onu daha böyük uğur və şöhrət gözləyirdi. Bundan başqa kosmetikanın inkişaf prosesi Amerikada daha sürətli gedirdi. Lakin Maks Faktor istedadlı idi, həm teatrın, həm də imperiyanın sevimlisi idi, odur ki, Rusiyanı tərk etmək asan görünmürdü. Bunun üçün qaçış planı hazırlamalı oldu, özünü xəstə kimi göstərdikdən sonra böyük çətinliklə Amerikaya köçməyi bacardı.

Bir çox kosmetik məhsulların yenilikçisi kimi tanınan Maks Faktor XX əsrin əvvəllərində gözəllik sahəsində böyük inqilab etdi. Birincisi odur ki, o, qadınlar üçün daha əlverişli və zərərsiz kosmetik məhsullar hazırladı. Lakin Maks kino ulduzları ilə işləmək arzusunda idi. Üstəlik, o illərdə Hollivudda makiyaj ustalarına xüsusilə böyük tələbat yaranmışdı. Bundan istifadə edən makiyaj ustası növbəti mağazasını filmlərin çəkildiyi studiyanın yaxınlığında açdı. Və heç də səhv etmədi, ümumiyyətlə o, hər işini zərgər dəqiqliyi ilə hesablayırdı. Kosmetika bilikləri və makiyajın incəliklərinə bələd olduğunu görən aktrisalar ondan alış-veriş etməyə üstünlük verir və obrazın makiyajı barədə onunla məsləhətləşməyi sevirdilər.

20-ci illərdə makiyaj qeyri-təbii görünürdü. Ekranlarda aktyorlar da mükəmməllikdən uzaq idilər. Maks Faktor bütün makiyaj texnikası üzərində işlədi və dövrün ən yaxşı kosmetoloqlarının ilk sırasında yer aldı. Makiyajı qüsursuz idi. Maestro gecə-gündüz kosmetika üzərində müxtəlif eksperimentlər keçirir, həm məhsullarını, həm də qablaşdırmaların dizaynlarını təkmilləşdirdi. Yeni məhsullar aktrisaları o qədər valeh etdi ki, qadınlar bu kosmetik vasitələri almaq üçün mağazada növbəyə düzülürdü. Hollivud ulduzları - Vivien Li, Qreta Qarbo, Klara Bou, Coan Krouford, Qloriya Svenson, Cin Harlou və bir çox başqalarının obrazları maestronun əl işidir.

1920-30-cu illərdə Maks Faktor Hollivudda, eləcə də dünyanın bir çox ölkələrində kosmetik məhsulların əsas təchizatçısı rolunu oynamağa başladı. Brendin reklamlarında böyük ulduzların rol almağa başlaması ilə kino şirkətlərinin markaya tələbatı ikiqat artdı. Beləliklə, film şirkətlərinin "Max Factor"dan qeyri-real həcmdə kosmetika alınması yeni əməkdaşlığın təməlini qoydu. Yalnız "Ben Hur" (1925) filminin çəkilişi üçün "Max Factor" iki tondan çox tonal krem istehsal etməli olmuşdu.

33 yaşlı qadını avtomobil vurub like
  • 31 Dek 17:49  
Digərləri 33 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda 33 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı x

arrow Ətraflı
Evdə dırnaqları necə möhkəmləndirmək olar? like
  • 31 Dek 17:43  
Digərləri Evdə dırnaqları necə möhkəmləndirmək olar?

Dırnaqlarınız davamlı olaraq qırılır, soyulur, tibbi laklar, salon prosed

arrow Ətraflı
Azərbaycan və İran XİN rəhbərləri arasında like
  • 31 Dek 17:39  
Siyasət Azərbaycan və İran XİN rəhbərləri arasında

31 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naz

arrow Ətraflı
Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib like
  • 31 Dek 17:36  
Digərləri Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsas�

arrow Ətraflı
"Xalq qənaət etdi, minnətdaram…" like
  • 31 Dek 17:29  
Dünya "Xalq qənaət etdi, minnətdaram…"

Almaniyada yeni maye qaz terminalları açılacaq. Bununla da Almaniya və Avrop

arrow Ətraflı
Mətbəx alətinin köməyilə mükəmməl tonal krem əldə edin like
  • 31 Dek 17:22  
Digərləri Mətbəx alətinin köməyilə mükəmməl tonal krem əldə edin

Tonal krem ​​xanımlar arasında ən lazımlı və populyar məhsullardan bi

arrow Ətraflı
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqda böyük irəliləyişi like
  • 31 Dek 17:15  
Siyasət Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqda böyük irəliləyişi

2022-ci ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərind

arrow Ətraflı
Ərdoğan AÇIQLADI like
  • 31 Dek 17:11  
Dünya Ərdoğan AÇIQLADI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni illə bağlı videomüraciət

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti like
  • 31 Dek 17:04  
Digərləri Azərbaycan neftinin qiyməti

Dekabrın 30-da İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın

arrow Ətraflı
"Putin Avropada imperialist müharibə aparır" like
  • 31 Dek 16:50  
Dünya "Putin Avropada imperialist müharibə aparır"

Rusiya Prezidenti Vladimir Putin Avropanın ortasında imperialist müharibə ap

arrow Ətraflı
Ermənilər Rusiya MNnin mikroavtobusunun İrəvanda qaydaları pozmasından like
  • 31 Dek 16:44  
Dünya Ermənilər Rusiya MNnin mikroavtobusunun İrəvanda qaydaları pozmasından

Ermənilər Rusiya Müdafiə Nazirliyinə məxsus mikroavtobusun İrəvanda yol

arrow Ətraflı
Vasif Talıbovun general oğlu like
  • 31 Dek 16:30  
Digərləri Vasif Talıbovun general oğlu

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ö

arrow Ətraflı
Bu şəxslər hər ay maaşlarının like
  • 31 Dek 16:23  
Digərləri Bu şəxslər hər ay maaşlarının

Sabahdan miqrasiya orqanlarının işçiləri hər ay maaşlarının 1,1 misli m

arrow Ətraflı