Düşmən gözü ilə baxan qüvvələr var Prezidentin nümayəndəsi
Digərləri 30 Dek 2022 23:00:00 686 0
"Çox təəssüf ki, bugünkü dünya nizamında ikili standartlarla qarşılaşırıq, ərazi bütövlüyümüzə yenə də düşmən gözü ilə baxan qüvvələr var".
Bu xəbəri də oxu: Bakıda “Mercedes” maneəyə çırpıldı üç nəfər öldü
Son.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailəsi və qazilərlə görüşündə deyib.
"Müstəqilliyimizin ilk illərində mənfur düşmənlər Azərbaycan Respublikasının bütövlüyünə, onun sərhəd toxunulmazlığına qarşı cinayətkar əməllər törədiblər. Bir azərbaycanlı kimi sevinirəm ki, Vətən oğulları da bu əməllərin qarşısının alınması üçün könüllü şəkildə maraqlarını ortaya qoyaraq Vətənin çağırışına səs verdilər. İstər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsində Azərbaycan oğulları düşmənə layiqli cavab verib", - F.Nəcəfli bildirib.
O söyləyib ki, ordu quruculuğunun təməli məhz ulu öndərimiz Heydər Əliyev tərəfindən Naxçıvanda atılıb:
"Mən Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinin yerləşdiyi ərazidə olarkən orada yaradılan şəraiti gördükdə qürurlandım. Ona görə ki, bu sahədə işlər ilk olaraq burada formalaşıb. Birinci Qarabağ müharibəsi bizim üçün olduqca ağır idi. Lakin düşmənin uzun müddət həm təbliğatı, siyasəti, həm də özlərini "qəhrəman xalq" kimi təqdim etmələri Azərbaycan oğullarının rəşadəti və səyi hesabına darmadağın edildi. Artıq belə bir mif yoxdur. Bütün dünya onların kim olduğunu bir daha gördü. Çox təəssüf ki, bugünkü dünya nizamında ikili standartlarla qarşılaşırıq, ərazi bütövlüyümüzə yenə də düşmən gözü ilə baxan qüvvələr var. Ancaq əmin edirəm ki, ölkə Prezidentinin bu məsələlərdə qətiyyətinə heç bir şübhə ola bilməz. Dövlət başçısının siyasəti məhz ona hesablanıb ki, Azərbaycanın ərazi bütövlüyü qorunmalı və dədə-baba torpaqlarımız həmişə bizim bir tərkib hissəmiz kimi qalmalıdır".
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismar�
Naftalan şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd
Rusiya Prezidenti Vladimir Putin hazırkı Avropa liderlərindən yalnız Serbiy
Rusiyanın paytaxtı Moskvadakı üç hava limanında - Vnukovo, Domodedovo və
Xalq artisti Aygün Kazımova həmkarı və yaxın dostu Xalq artisti Faiq Ağay
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsəno
2023-cü ildən etibarən Tvitterdə hesabın qadağan edilməsi və ya məhdudl
Müğənni Nazənin Salayeva plastik əməliyyatdan sonra ilk dəfə üzə çıx
Heydər Əliyev Beynəlxalq Aeroportu səyahətə yollanan sərnişinlər üçü
Prezident İlham Əliyev sosial media hesablarında Dünya Azərbaycanlıların�
"Bu gün elə aparıcılarımız var ki, sənətçi sözü ilə sənətkar
Leyla Əliyevanın iştirakı ilə layihə üzrə ilk ağacların qeydiyyatı ap
Banqkokdan Kəlküttə istiqamətinə uçan təyyarənin sərnişinləri göyər