Yeni il axşamı möhtəşəm görünməyin sirri
Digərləri 30 Dek 2022 22:13:00 363 0
Xəbər verdiyimiz kimi, qarşıdan gələn 2023-cü il Qara Su Dovşanın himayəsi altında olacaq və müəyyən xüsusiyyətlərinə görə, qadın ili sayılır. Bu o deməkdir ki, gələn il bizə individuallığımı nümayiş etdirməyə, yeni istedadlar qazanmağa imkan verəcək, eyni zamanda nəzakətli və vicdanlı olmağı öyrədəcək. Qara Dovşan dünyaya inam, təmkinlik, stabillik və mühafizəkarlıq bəxş edəcək.
Son.az xəbər verir ki, astropsixoloq Mariya Kirsanovanın sözlərinə görə, ilin hamisini sevindirmək üçün bayram axşamı düzgün paltar seçmək vacibdir. Ekspert ciddi şəkildə tövsiyə edib ki, bayram obrazında xəzdən istifadə etmək olmaz, yoxsa, Dovşanın qəzəbinə tuş gələ bilərsiniz.
Qoç
Parlaq, alovlu, cəsarətli və cəlbedici olun. Ən yaddaqalan obrazı seçin. Strazlar, daşlar, parıltılı və böyük zərgərlik nümunələri ola bilər. Dekolte, yarıq və digər gözlənilməz detallara diqqət edin. Rənglər baxımından qırmızı, narıncı, mavi, tünd qırmızı diapazonda qalmaq daha yaxşıdır. Əsas odur ki, bənövşəyi rəngdən qaçın.
Buğa
Dovşan əslində rahatlığı və istiliyi sevən bir heyvandır. Odur ki, yumşaq, təmtəraqlı və məxmər kimi parçalar sizin üçün ən yaxşı seçim olacaq. Planet bələdçiniz Venera sizə şalvar, cins şalvar və kostyumlardan çəkinməyi məsləhət görür. Həmişəkindən daha incə olun. Sarı, limon və yaşılın bütün çalarlarında ətək və paltarlara üstünlük verə bilərsiniz. Unutmayın ki, bu yeni ildə qırmızıdan istifadə etmək sizin üçün yolverilməzdir.
Əkizlər
Gecə üçün iki paltar alın. Niyə də yox? Mavi, boz və ya zərif bənövşəyi. Dovşan bunu mütləq qiymətləndirəcək. İkinci variant parlaq və ciddi üslubda ola bilər, məsələn, şalvar kostyum. Yaşıldan başqa göy qurşağının istənilən rəngi uyğun gəlir. Bəzək əşyası olaraq nəcib metalları seçməlisiniz: qızıl və ya gümüş, ən əsası bijuteriyadan qaçın.
Xərçəng
Dərin, sentimental və səmimi Xərçəng bürcləri bu gecə seksual və əsl bayram obrazında olacaqlar. Təsiredici və iddialı təbiətinizi Dovşana göstərin, çünki o da ruhən bir qədər sizə bənzəyir. İdeal rəng seçimlərinizə gümüşü, mavi, ağ və mavi daxil edilir. Özünüz olun, paltarda yumşaq kəsim və hamar xətlər seçin, təmtəraqlı görünüşdən uzaq olun. Görünüşünüzü lakonik və kiçik gümüş bəzək əşyaları ilə tamamlamağı unutmayın.
Şir
Şirləri çox çətin bir missiya gözləyir. Həddən artıq təmtəraqlı geyinib Dovşanı qorxutmayın. Şövqünüzü azaldın, onu yola saldığımız Pələng ilində buraxın. Geyim seçiminizdə gözlənilməz olun, lakin unutmayın ki, o, sizin üçün mümkün qədər rahat olmalıdır. Paltarlarınız dar olmamalıdır. İsti rənglərin çalarlarını seçin: qırmızı, narıncı, bənövşəyi. Qızıl-zinət əşyalarını da unutmayın.
Qız
İti zehniniz sayəsində insanları cəlb edən bir maqnit kimisiniz, odur ki, sakit və sadə seçimlərə üstünlük verməlisiniz. Daşlardan istifadə edin. Malaxit, karnelian və topaz sizə uyğundur. Geyimdə Dovşana çox tanış olan torpaq rənglərindən istifadə edin: yaşıl, sarı, qəhvəyi və yaşıllıqların rəngi.
Tərəzi
Builki Yeni il imicinizi zərif rənglərdə rahat, yüngül və uçuşan paltarlar təşkil etməlidir. Çəhrayı, ağ, mavi və bütün pastel rənglər uyğun gəlir. Hamını razı salmaq istəyiniz gerçəkləşəcək. Geyim seçərkən ciddi siluetlərdən və parlaq detallardan qaçın, bu sizə aid deyil, odur ki, özünüz olmaqdan çəkinməyin.
Əqrəb
Emosional və ehtiraslı təbiətiniz, təsirli və kəskin baxışlarınızla Dovşanı qorxutmayın, o, sizi uzaqdan izləməyə və şansınızı müşayiət etməyə hazırdır. Yeni il gecəsində mümkün qədər zərif olun. Dəmir və polad elementləri sizin üçün uyğundur. Dəri geyimlər də ən çox sizə yaraşacaq. Zərgərlik nümunələri artıq olacaq, lakin sıx oturan kəmərlər, gözəl çantalar obrazı tamamlayacaq. Həmişə olduğu kimi, sizə nəcib rənglərdən istifadə etməyi məsləhət görürəm: qırmızı, tünd qırmızı, qara.
Oxatan
Əhəmiyyətli danışıqlar və ya görüşlərdə istifadə edə və il boyu təkrar geyinə biləcəyiniz praktik paltarlar seçin. Narahat geyimlər almayın. Hər şeydən əvvəl rahat olmalısınız. Obraza uğurlarınızı müşayiət edən bir simvol əlavə etmək yaxşı olardı, məsələn ulduz kulon, sırğa və ya broş. Səliqəli görünməlisiniz, odur ki, bənövşəyi, mavi və ağ rənglərə diqqət yetirməyə dəyər.
Oğlaq
Peşəkarlığınızı, karyera eşqini unudub daxili aləminizə qərq olmalısınız. Öz obrazınızı açın. Riskli rənglərə getməyin, ağ, bənövşəyi, tünd qəhvəyi və ya tünd yaşıl rənglərə üstünlük verin. Ciddi, lakin eqoist olmayan bir obraz yaradın. Obrazı yaqut qaşlı zinət əşyaları ilə tamamlayın.
Dolça
Qara paltar sizin üçün uğursuz olacaq. Paltarlarınız mürəkkəb rəngdə olmalıdır: qeyri-adi və cəlbedici. Odur ki, bütün təxəyyülünüzü istifadə edin. Gümüş və süd rənglərinə üstünlük verin. Boz rəngi də seçə bilərsiniz, ancaq nəfəskəsici bir çalarda olmalıdır. Sizə xas olan xəyalpərəstliyi unutmayın. Yüngül materialları seçin, qatlardan imtina edin.
Balıq
Su Dovşanı ilə siz eyni elementdə və eyni dalğadasınız. Dəniz dalğasını xatırladan paltarlar və ya mavi-yaşıl çalarları seçərək onu heyran edə bilərsiniz. İlin hamisi bunu mütləq qiymətləndirəcək və bütün il sizi himayə edəcək. Görünüşünüzə mirvari və zümrüd zərgərlik əlavə etməyinizə əmin olun. Zərif, eyni zamanda qeyri-ciddi paltarlar sizə çox yaraşacaq. Parlaq makiyajdan istifadə etməkdən imtina edin, hər şey ölçülü olmalıdır. (publika)
Rusiyanın paytaxtı Moskvadakı üç hava limanında - Vnukovo, Domodedovo və
Xalq artisti Aygün Kazımova həmkarı və yaxın dostu Xalq artisti Faiq Ağay
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsəno
2023-cü ildən etibarən Tvitterdə hesabın qadağan edilməsi və ya məhdudl
Müğənni Nazənin Salayeva plastik əməliyyatdan sonra ilk dəfə üzə çıx
Heydər Əliyev Beynəlxalq Aeroportu səyahətə yollanan sərnişinlər üçü
Prezident İlham Əliyev sosial media hesablarında Dünya Azərbaycanlıların�
"Bu gün elə aparıcılarımız var ki, sənətçi sözü ilə sənətkar
Leyla Əliyevanın iştirakı ilə layihə üzrə ilk ağacların qeydiyyatı ap
Banqkokdan Kəlküttə istiqamətinə uçan təyyarənin sərnişinləri göyər
Uzun müddətdir xəstəlikdən əziyyət çəkən müğənni Nurlan Əzizbəyli
Nazirlər Kabineti "Karantin elan olunan ərazilərdə fitosanitar tədbirl
Türkiyədə daha bir dəhşətli hadisə yaşanıb.
Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mircəlalın həbsdə olan