"Özüm haqda eşidirəm ki, deyirlər ki, toya getmir"
Şou-biznes 30 Dek 2022 20:58:00 2097 0
"Bu gün elə aparıcılarımız var ki, sənətçi sözü ilə sənətkar sözünü fərqləndirə bilmirlər. Gəlir sənətkara sənətçi, dünən efirə çıxan, sənətə gələnlərə sənətkar deyir. Bir sənət adamı olaraq bu bizlərə çox toxunur. Böyük sənətkar sözü hamıya, elə-belədən deyilməməlidir. Sözün əsl mənasında böyük sənətkarlarımız var. Çox arzu edərdim ki, aparıcılarımız bu nüanslara fikir versinlər. Hər bir sənət adamı əziyyət çəkir, ona artıq "sənətkar" deyiləcək titulu qazanır. Hansısa gənc bir aparıcı ona sənətkar yox, sənətçi deyəndə bu bizlərə çox toxunur".
Bu xəbəri də oxu: Evini siçovullar basdı FOTO
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist, sevilən xanəndə Gülüstan Əliyeva deyib.
"Yaxşı mahnılar son zamanlar az-az yaranır. Ona görə də yaxşı mahnı görən kimi o dəqiqə götürüb ifa edirik. Lirika yazmaq daha çətindir, oynaq mahnıları yazmağa nə var ki? Hər bir verilişin öz ampluası var, ona uyğun da mahnılar seçirik. Düşündüyünün əksini görəndə artıq sən də məcbursan ki, o abu-havaya uyğun mahnı seçəsən. Toylarda da, el şənliklərində də belədir. Gedib bəzən fərqli bir tamaşaçı görürsən" deyə sənətkar bildirib.
Gülüstan Əliyeva el şənliklərindən də danışıb.
"Efirlərdə çalışırıq ki, bəstəkar mahnıları, xalq mahnıları oxuyaq. Təbii ki, bizim də öz sevənlərimiz var. Bəzən özüm haqda eşidirəm ki, deyirlər ki, toya getmir. Çünki bir dəfə məni dəvət etmək istəyəndə deyiblər ki, o axı el şənliyinə getmir. Deyirəm axı necə ola bilər, müğənni, xanəndə olasan, el şənliyinə getməyəsən? Bir məsəl var, aşıq eldən dolanar. Toylara dəvət gələndə öz repertuarımla gedirəm" deyə sənətkar bildirib.
Sevilən müğənni həyatdakı peşmanlıqlarından da danışıb.
"Allah heç kəsi peşman etməsin. Kaşkilər hamının həyatında olduğu kimi mənim də həyatımda olub. Əslində kaşki demək bir təcrübədir. Bu bizə çox böyük təcrübələr qazandırır. Hər dəfə çalışırıq ki, o səhvləri edib, peşman olmayaq. Amma nə edək ki, insanıq, bunlarsız olmur. Artıq olanlar olub. Bu halda peşmanlığın faydası yoxdur. Həyatın təzadlarından heç kim özünü sığortalamayıb" deyə sənətkar bildirib.
Son.az
Leyla Əliyevanın iştirakı ilə layihə üzrə ilk ağacların qeydiyyatı ap
Banqkokdan Kəlküttə istiqamətinə uçan təyyarənin sərnişinləri göyər
Uzun müddətdir xəstəlikdən əziyyət çəkən müğənni Nurlan Əzizbəyli
Nazirlər Kabineti "Karantin elan olunan ərazilərdə fitosanitar tədbirl
Türkiyədə daha bir dəhşətli hadisə yaşanıb.
Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mircəlalın həbsdə olan
Prezident İlham Əliyev İKT sektoru ilə bağlı qəbul olunmuş, müvafiq qan
Beynəlxalq Muğam Mərkəzində Cadenza orkestri (Cadenza Contemporary Orchestr
Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı dekabr ayı
Bu gündən Naxçıvanda şəhərdaxili sərnişindaşıma məsafədən asılı
Bakıda yeni açılmış Mərkəzi Parkın ikinci hissəsi paytaxtımızın sima
Qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək üçün sənaye parkl
Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri müfti şeyx Rav