Leyla Əliyevanın iştirakı ilə Bakıda ağaclar qeydiyyata alınır FOTO


Siyasət 30 Dek 2022 20:52:00 501 0

Leyla Əliyevanın iştirakı ilə Bakıda ağaclar qeydiyyata alınır  FOTO

Leyla Əliyevanın iştirakı ilə layihə üzrə ilk ağacların qeydiyyatı aparılıb, üzərinə nömrəli etiketlər vurulub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda ağacların qeydiyyatı və nömrələnməsi üzrə layihəyə start verilib.

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin birgə əməkdaşlığı ilə həyata keçiriləcək layihənin əsas məqsədi yaşıllıqların mühafizəsinin təmin edilməsi, o cümlədən onlara müdaxilə hallarının azaldılması, dəqiq inventarın müəyyən edilməsi və məlumatların dürüstləşdirilməsi, reyestrin formalaşdırılması və aparılması, ictimai nəzarətin gücləndirilməsindən ibarətdir.

Trend xəbər verir ki, Leyla Əliyevanın iştirakı ilə Bakının Nərimanov rayonunda yerləşən Atatürk parkında layihə üzrə ilk ağacların qeydiyyatı aparılıb, üzərinə nömrəli etiketlər vurulub.

Qeydiyyat işləri şəhərin inzibati ərazisində, o cümlədən park, yol kənarı və həyətyanı məhəllələrdə yerləşən bütün yaşıllıqlara şamil ediləcək. Proses əvvəlcədən təşkil edilmiş qruplar tərəfindən, hər bir ağacın üzərində xüsusi hazırlanmış nömrə etiketləri vurmaqla və həmin ağac barədə dürüst məlumatların elektron bazada yığılması ilə həyata keçiriləcək. Qeydiyyatın aparılması üçün ilkin ərazi olaraq Nərimanov rayonu seçilib.

Layihənin hazırlanması zamanı ABŞ, İngiltərə, Almaniya və Avstriya kimi ölkələrin bəzi yerli inzibati idarəetmə vahidlərinin təcrübəsi öyrənilib, oxşar metodikadan istifadə edilib.

Ağacların qeydiyyatı üçün xüsusi tətbiqdən istifadə edilir ki, həmin tətbiqlə çəkilən şəklin üzərinə ərazinin GPS koordinatları, saat və tarixi, həmçinin digər zəruri identifikasiyaedici məlumatları avtomatik olaraq əlavə olunur. Ağacların növü, ölçüləri, yaşı, vəziyyəti və s. məlumatlar yaşıllıqların uçot vərəqəsinə qeyd olunaraq mərkəzləşdirilmiş vahid sistemə daxil edilir.

Nömrələnmə ağaclara tam zərərsiz olan üsulla aparılır. Ağacın gövdəsinə vurulan etiketlər davamlı materialdan hazırlanır və üzərində ağacın nömrəsi və ağacın fərdi profilinə keçid üçün QR-kod əks olunur.

Qeydiyyata alınmış yaşıllıqlar haqqında məlumatların daxil edilməsi və ictimaiyyətə təqdim olunması üçün xüsusi veb-sayt yaradılır. Həmin veb-saytda ağaclar xəritə üzərində nümayiş etdiriləcək, onların hər birinin şəkli və bütün məlumatları əks olunacaq.

Məlum olduğu kimi, ağaclar iqlim dəyişikliyinə əks-təsir göstərir, biomüxtəlifliyin qorunmasına şərait yaradır, bizə təmiz hava verir və həyatımızı təmin edir. Hesablamalara görə, hər il insanlar tərəfindən kənd təsərrüfatı və digər məqsədlər üçün təxminən 15 milyard ağac kəsilir. Təəssüf ki, ölkəmizdə də yaşıllıqların qanunsuz məhv edilməsi halları baş verir ki, problemin tam və birdəfəlik həlli üçün ardıcıl və daha ciddi mühafizə və nəzarət tədbirlərinin keçirilməsi zəruridir.

Qeyd edilməlidir ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə səyləri ilə ölkədə yaşıllıqların qorunması istiqamətində ardıcıl tədbirlər, o cümlədən ağacların qanunsuz kəsilməsi və məhv edilməsinin qarşısını almaq məqsədilə "Ağacların kəsilməsinə yox!" proqramı, yaşıllıqların bərpası və genişləndirilməsi istiqamətində "Yaşıl Marafon", "Yanğından Yaşıllığa" və digər layihələr həyata keçirilir.

Bakıda ağacların qeydiyyatı və nömrələnməsi üzrə layihənin tərəfdaşları hər kəsi yaşıllıqların mühafizəsi və artırılmasına dəstək olmağa, təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır.

Sərnişinlər təyyarədə əlbəyaxa oldular  VİDEO like
  • 30 Dek 20:26  
Dünya Sərnişinlər təyyarədə əlbəyaxa oldular VİDEO

Banqkokdan Kəlküttə istiqamətinə uçan təyyarənin sərnişinləri göyər

arrow Ətraflı
Tanınmış müğənni xəstəlikdən bu hala düşdü  VİDEO like
  • 30 Dek 20:18  
Şou-biznes Tanınmış müğənni xəstəlikdən bu hala düşdü VİDEO

Uzun müddətdir xəstəlikdən əziyyət çəkən müğənni Nurlan Əzizbəyli

arrow Ətraflı
AQTAnın səlahiyyəti azaldıldı like
  • 30 Dek 20:08  
Digərləri AQTAnın səlahiyyəti azaldıldı

Nazirlər Kabineti "Karantin elan olunan ərazilərdə fitosanitar tədbirl

arrow Ətraflı
Türkiyədə daha bir dəhşətli hadisə  5 ölü, 2 yaralı  FOTO like
  • 30 Dek 20:04  
Digərləri Türkiyədə daha bir dəhşətli hadisə 5 ölü, 2 yaralı FOTO

Türkiyədə daha bir dəhşətli hadisə yaşanıb.

arrow Ətraflı
Məşədibabanın oğlunun Rəşad Dağlı ilə bağlı yazdığı şeir trend oldu  VİDEO like
  • 30 Dek 19:30  
Şou-biznes Məşədibabanın oğlunun Rəşad Dağlı ilə bağlı yazdığı şeir trend oldu VİDEO

Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mircəlalın həbsdə olan

arrow Ətraflı
"Azərbaycan bu siyahıda yer alacaq" like
  • 30 Dek 19:24  
Digərləri "Azərbaycan bu siyahıda yer alacaq"

Prezident İlham Əliyev İKT sektoru ilə bağlı qəbul olunmuş, müvafiq qan

arrow Ətraflı
Cadenza orkestri  “Kiçik dəniz küçəsi” konserti keçirildi  FOTO like
  • 30 Dek 19:20  
Kriminal Cadenza orkestri “Kiçik dəniz küçəsi” konserti keçirildi FOTO

Beynəlxalq Muğam Mərkəzində Cadenza orkestri (Cadenza Contemporary Orchestr

arrow Ətraflı
Daha 48 nəfərin diplomu tanınmadı like
  • 30 Dek 18:58  
Digərləri Daha 48 nəfərin diplomu tanınmadı

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı dekabr ayı

arrow Ətraflı
Bakıda ağır qəza  Keçmiş polis öldü like
  • 30 Dek 18:50  
Digərləri Bakıda ağır qəza Keçmiş polis öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı
Naxçıvanda ictimai nəqliyyatda gedişhaqqı azaldıldı like
  • 30 Dek 18:48  
Digərləri Naxçıvanda ictimai nəqliyyatda gedişhaqqı azaldıldı

Bu gündən Naxçıvanda şəhərdaxili sərnişindaşıma məsafədən asılı

arrow Ətraflı
Bakının yenilənən siması  Mərkəzi Park ikinci hissəsi  FOTOREPORTAJ like
  • 30 Dek 18:34  
Digərləri Bakının yenilənən siması Mərkəzi Park ikinci hissəsi FOTOREPORTAJ

Bakıda yeni açılmış Mərkəzi Parkın ikinci hissəsi paytaxtımızın sima

arrow Ətraflı
Cənubi Qafqazın ən böyük sənaye mərkəzində nə istehsal edilir?  VİDEO like
  • 30 Dek 18:26  
Digərləri Cənubi Qafqazın ən böyük sənaye mərkəzində nə istehsal edilir? VİDEO

Qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək üçün sənaye parkl

arrow Ətraflı
Ravil Qaynutdindən İlham Əliyevə təbrik məktubu gəlib like
  • 30 Dek 18:24  
Siyasət Ravil Qaynutdindən İlham Əliyevə təbrik məktubu gəlib

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri müfti şeyx Rav

arrow Ətraflı
“Gömrük tarifi haqqında” Qanununda dəyişiklik edildi like
  • 30 Dek 18:20  
Siyasət “Gömrük tarifi haqqında” Qanununda dəyişiklik edildi

Prezident İlham Əliyev "Gömrük tarifi haqqında" Azərbaycan Respu

arrow Ətraflı