"Azərbaycan bu siyahıda yer alacaq"


Digərləri 30 Dek 2022 19:24:00 1664 0

"Azərbaycan bu siyahıda yer alacaq"

Prezident İlham Əliyev İKT sektoru ilə bağlı qəbul olunmuş, müvafiq qanunlara və məcəllələrə dəyişiklikləri və onların tətbiqini nəzərdə tutan bir sıra sənədlər imzalayıb. Həmin sənədlərə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən Azərbaycan regionda İKT sektoruna ən genişmiqyaslı güzəştlər tətbiq edilən ölkələr siyahısında yer alacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün "Facebook" səhifəsində yazıb.

"Bu dəyişikliklər nəticəsində İKT sahəsində fəaliyyət göstərən şirkətlərə, bu şirkətlərdə çalışan fiziki şəxslərə, eləcə də xarici vətəndaşlara mühüm vergi güzəştləri tətbiq ediləcək. Bununla yanaşı, həm yerli, həm də əcnəbi işçilərin məcburi sosial dövlət sığorta ödənişləri ilə bağlı əhəmiyyətli güzəştlər nəzərdə tutulub. Miqrasiya Məcəlləsinə edilən dəyişikliyə əsasən, əcnəbi mütəxəssislərin ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaları üçün işəgötürənlər tərəfindən iş icazəsinin alınması tələb olunmayacaq.

Vurğulayım ki, bu, vergi və sosial müdafiə güzəştləri ilə bağlı ölkədə konkret bir sektoru hədəfləyən ilk dəyişikliklər paketlərindən biridir. Bu, cənab Prezidentin Azərbaycanda İKT sektorunun inkişafına xüsusi diqqət və qayğısının göstəricisidir.

Oxşar güzəştlər regionun bir çox dövlətləri tərəfindən də tətbiq edilib. Bunlar, sadəcə, İKT sektorunun inkişafı üçün münbit şərait yaradılması baxımından bizi regionun digər ölkələri ilə bərabər səviyyəyə gətirir. Tətbiq edilən dəyişikliklərin əsas məqsədi ölkəmizdə İKT sahəsinin stimullaşdırılması, sahəyə yeni oyunçuların cəlb olunması və ölkəmizin regionun İKT mərkəzinə çevrilməsidir. Güzəştlər, həmçinin xarici İKT şirkətlərinin Azərbaycanda filial və ya nümayəndəlik açması, yerli bazara xarici investisiyaların cəlb olunması və "beyin axını"nın "beyin qazancı" ilə əvəz edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonuncu çox önəmlidir. Ölkəmizi innovasiyalar məkanına çevirmək üçün İKT sektorunda çalışan mütəxəssislərin kritik kütləsini toplamaq şərtdir. Nobel mükafatı laureatı Linus Paulinqin dediyi kimi, yaxşı ideyanı əldə etməyin ən yaxşı yolu çoxlu ideyalara sahib olmaqdır. Bunun üçünsə ölkəmizdən "beyin axını"nın qarşısını almaqla yanaşı, xarici ölkələrdən mütəxəssislər cəlb etmək tələb olunur. Tətbiq olunan güzəştlər həm də bu baxımdan əhəmiyyətlidir", - nazir qeyd edib.

R.Nəbiyev əlavə edib ki, əcnəbi mütəxəssislərin və beynəlxalq şirkətlərin ölkəmizə gəlişi iqtisadi aktivliklə yanaşı, Azərbaycanda biznes mühitinin və startap mədəniyyətinin yaxşılaşdırılması baxımından mühüm töhfə verəcək: "Ölkə olaraq bu təcrübəni enerji sektorunda yaşamışıq. Qabaqcıl transmilli şirkətlərin ölkəyə sərmayə qoyması mühüm iqtisadi təsirlərlə yanaşı, yerli mütəxəssislərin, o cümlədən yerli biznes rəhbərlərinin formalaşmasını şərtləndirdi. Nəticə etibarilə, beynəlxalq şirkətlər bu gün həm Azərbaycanda, həm də ölkə kənarında çalışan yüzlərlə yerli rəhbəri yetişdiriblər. Hesab edirəm ki, qanunlara və məcəllələrə edilən dəyişikliklər ortamüddətli perspektivdə Azərbaycanın İKT sektoruna da canlanma gətirəcək və sahibkarlıq mədəniyyətinin daha da inkişaf etməsinə öz töhfəsini verəcək".

Cadenza orkestri  “Kiçik dəniz küçəsi” konserti keçirildi  FOTO like
  • 30 Dek 19:20  
Kriminal Cadenza orkestri “Kiçik dəniz küçəsi” konserti keçirildi FOTO

Beynəlxalq Muğam Mərkəzində Cadenza orkestri (Cadenza Contemporary Orchestr

arrow Ətraflı
Daha 48 nəfərin diplomu tanınmadı like
  • 30 Dek 18:58  
Digərləri Daha 48 nəfərin diplomu tanınmadı

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı dekabr ayı

arrow Ətraflı
Bakıda ağır qəza  Keçmiş polis öldü like
  • 30 Dek 18:50  
Digərləri Bakıda ağır qəza Keçmiş polis öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı
Naxçıvanda ictimai nəqliyyatda gedişhaqqı azaldıldı like
  • 30 Dek 18:48  
Digərləri Naxçıvanda ictimai nəqliyyatda gedişhaqqı azaldıldı

Bu gündən Naxçıvanda şəhərdaxili sərnişindaşıma məsafədən asılı

arrow Ətraflı
Bakının yenilənən siması  Mərkəzi Park ikinci hissəsi  FOTOREPORTAJ like
  • 30 Dek 18:34  
Digərləri Bakının yenilənən siması Mərkəzi Park ikinci hissəsi FOTOREPORTAJ

Bakıda yeni açılmış Mərkəzi Parkın ikinci hissəsi paytaxtımızın sima

arrow Ətraflı
Cənubi Qafqazın ən böyük sənaye mərkəzində nə istehsal edilir?  VİDEO like
  • 30 Dek 18:26  
Digərləri Cənubi Qafqazın ən böyük sənaye mərkəzində nə istehsal edilir? VİDEO

Qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək üçün sənaye parkl

arrow Ətraflı
Ravil Qaynutdindən İlham Əliyevə təbrik məktubu gəlib like
  • 30 Dek 18:24  
Siyasət Ravil Qaynutdindən İlham Əliyevə təbrik məktubu gəlib

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri müfti şeyx Rav

arrow Ətraflı
“Gömrük tarifi haqqında” Qanununda dəyişiklik edildi like
  • 30 Dek 18:20  
Siyasət “Gömrük tarifi haqqında” Qanununda dəyişiklik edildi

Prezident İlham Əliyev "Gömrük tarifi haqqında" Azərbaycan Respu

arrow Ətraflı
Aktrisanın üçüncü dəfə çiyni çıxdı like
  • 30 Dek 18:18  
Şou-biznes Aktrisanın üçüncü dəfə çiyni çıxdı

Türkiyəli aktrisa Dilan Çiçək Dənizin başına iş gəlib.

arrow Ətraflı
Şamil Ayrım İlham Əliyevi təbrik etdi like
  • 30 Dek 18:16  
Siyasət Şamil Ayrım İlham Əliyevi təbrik etdi

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlament

arrow Ətraflı
FHN Bakıda qanunsuz tikilinin qarşısını aldı  VİDEO  FOTO like
  • 30 Dek 18:10  
Digərləri FHN Bakıda qanunsuz tikilinin qarşısını aldı VİDEO FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət D

arrow Ətraflı
Zakir Həsənov hərbi hissənin sürücü heyəti ilə görüşdü  VİDEO  FOTO like
  • 30 Dek 17:56  
Digərləri Zakir Həsənov hərbi hissənin sürücü heyəti ilə görüşdü VİDEO FOTO

Dekabrın 30-da müdafiə naziri general-polkovnik Zakir Həsənov N hərbi hiss

arrow Ətraflı
“Fatimə kimdir ki, düşmənim ola?” like
  • 30 Dek 17:27  
Şou-biznes “Fatimə kimdir ki, düşmənim ola?”

Şairə Nazilə Səfərli uzun müddətdir rəqqasə Fatimə Fətəliyevayla ara

arrow Ətraflı
Yüksək vəzifəyə təyinat alan şəxs kimdir?  DOSYE like
  • 30 Dek 17:18  
Digərləri Yüksək vəzifəyə təyinat alan şəxs kimdir? DOSYE

Bu gün Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil o

arrow Ətraflı