Azərbaycan dövləti prosesləri yarıda saxlamaq fikrində deyil
Siyasət 29 Dek 2022 13:40:00 638 0
"Lider bəlli, hədəf bəlli, millət bəlli"
Bu xəbəri də oxu: 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
Mili Vəhdət Partiyasının sədri Yunus Oğuz cari ilin yekunları, il ərzində ölkə həyatında baş verən mühüm hadisələr, eləcə də növbəti ildə gözləntilərlə bağlı "OLAYLAR"a müsahibə verib. Müsahibəni təqdim edirik.
-Yunus bəy, artıq 2022-ci il başa çatmaq üzrədir. Bu il Azərbaycan üçün nə dərəcədə uğurlu oldu?
-2022-ci il hadisələrlə çox zəngin oldu. İstər siyasi, istər iqtisadi, istərsə də hərbi və sosial sahədə kifayət qədər ölkə həyatı üçün müsbət hadisələr baş verdi. Türk Dövlətləri Təşkiatının sammiti, ermənilərin sentyabr təxribatı və ona qarşı həyata keçirilən uğurlu hərbi əməliyyat, iqtisadi sahədə beynəlxalq səviyyədə mövqelərimizin güclənməsi, Avropaya enerji resursları, təbii qazın satılması sahəsində əlaqələrin genişləndirilməsi və s. bu sıraya aid etmək olar. Bir sözlə 2022-ci il bütün parametrlər üzrə çox zəngin oldu. Ən əsası Azərbaycan dövlətinin apardığı uğurlu siyasət sayəsində Ermənistan daxilində siyasi baxımdan fikir ayrılığı yarandı. Bu gərginlik Qarabağ erməniləri arasına da sirayət etdi. İlin ən vacib hadisələrindən biri də Xankəndi-Laçın yolunda ermənilərin Qarabağda törətdikləri ekoloji terrora qarşı dinc etiraz aksiyasının keçirilməsi oldu ki, hazırda da həmin aksiya davam edir. Müəyyən beynəlxalq təzyiqlərə, qərəzli yanaşmalara baxmayaraq bu dinc və haqlı aksiya davam edir. Bu da onu deməyə əsas verir ki, Azərbaycan Cənubi Qafqazda öz siyasətini yürüdür, öz yolunu davam etdirir. Azərbaycanı regionda söz sahibi edən əsas amillərdən biri də onun iştirakı ilə gerçəkləşən loqistik dəhlizlərin işə düşməsidir. Hətta Çin də artıq bu loqistik dəhlizdən istifadə etmək barədə düşünür. Bu baxımdan bir müddət əvvəl keçirilən Azərbaycan-Türkiyə-Türkmənistan liderlərinin üçtərəfli sammiti də əhəmiyyətli hesab edilə bilər. Bir sözlə Azərbaycan artıq Avropa ilə Asiyanı birləşdirən bir ölkəyə çevrilib.
-Qeyd etdiyiniz müsbət tendensiyalarla yanaşı, Qarabağda hələ də arzulamadığımız hadisələr yaşanır, separatçı Ruben Vardanyan Azərbaycanı açıq şəkildə təhdid edir . Sizcə proseslər hara doğru gedir?
-Azərbaycana təsir etmək üçün əvvəl Ruben Vardanyanı ora gətirdilər, sonra hökumət nümayəndələrimizin ekoloji monitorinq aparmasına mane oldular. Düşünürdülər ki, Azərbaycan bununla geri addım atacaq. Ancaq Azərbaycan da dərhal haqlı olaraq orada dinc aksiyaya qərar verib həmin ərazilərin bizə məxsus olduğunu dünyaya bildirdi. Artıq Fransa prezidenti Emmanuel Makron da deyə bilmir ki, Qarabağ müstəqil dövlətdir. Hazırda da davam edən dinc etiraz aksiyası bir daha dünyaya göstərdi ki, Qarabağ Azərbaycanın suveren və ayrılmaz hissəsidir.
-Bəs, Azərbaycanın qarşıdakı illərdəki hədəfləri hansılardır?
-Əvvəla onu qeyd edim ki, bizim yaxın hədəfimiz Qarabağ idi. Xankəndi, Xocalı idi. Artıq bu sahədə iş görürük. Şəhər və rayonlarımızı işğaldan azad etmişik, orada infrastrukturun yaradılması, qayıdışın təmin olunması, sosial inkişafın həyata keçirilməsi istiqamətində iş görürük. Yaxın hədəflərimizdən biri də ondan ibarətdir ki, Azərbaycanın bütün ərazilərində dövlətimizin qanunları işləsin. Bununla yanaşı orta hədəfimiz də var. Orta hədəf Zəngəzur dəhlizinin açılmasıdır. Həmçinin, dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının binasının açılış mərasimində dediyi kimi Qərbi Azərbaycan Azərbaycan torpaqlarıdır və azərbaycanlılar ora qayıtmalıdır. Bu artıq orta hədəfdir və orta hədəfin reallaşması istiqamətində də paralel şəkildə iş gedir. Müharibə qurtaranda biz ancaq yaxın hədəflə məşğul idik. İndi isə orta hədəfə doğu addım atırıq. Dəmir yolu xətləri çəkilir, yeni yollar salınır. Artıq Zəmgəzur dəhlizinin açılmasından söhbət getmir. Çünki bu reallığa çevrilmək mərhələsindədir. İndiki halda orta hədəfimizdə İrəvan var. Yaxın və orta hədəflə paralel olaraq uzaq hədəfimiz də var ki, o da icra olunur.
-Nədir uzaq hədəf?
-Güney Azərbaycan məsələsində dövlət başçısının çıxışına diqqət edin. Cənab prezident bildirdi ki, orada 40 milyona yaxın əhalimiz yaşayır. Bu bizim uzaq hədəfimizdir. 4 aydır ki, orada insanlar, Güney azərbaycanlılarımız işgəncələrə məruz qalır, edam olunur. Yüzlərlə insan molla rejimi, teokratiyanın qurbanına çevrilib. Onu da qeyd edim ki, bütün bunlarla yanaşı daha uzaq bir hədəfimiz də var. O da Türk Dövlətləri Təşkilatının ordusu, iqtisadiyyatının yaradılmasından ibarətdir. Bütün bu proseslər paralel şəkildə gedir. Bütün bunlar onu göstərir ki, faktiki olaraq Azərbaycan, Türkiyə və Orta Asiya dövlətləri bir araya gəlib güclü bir təşkilat yaradırlar. Bunun üçün bu quruma daxil olan dövlətlərin kifayət qədər insan resursları, iqtisadi potensialları var.
-Maraqlıdır ki, uzaq hədəflərin reallaşacağı təqdirdə İran proseslərin hansı istiqamətində yer alacaq?
-Əvvəla onu qeyd etmək istərdim ki, 44 günlük Vətən müharibəsi başa çatdıqdan dərhal sonra ikinci Zəngəzur dəhlizinin açılması məqsədilə biz İranla müqavilə bağladıq. Hansı ki, həmin dəhliz İran ərazisindən keçməklə ona da böyük fayda verəcəkdi. Lakin İran sonradan bununla razılaşmadı. Ermənistana dəstəyini davam etdirdi, onları təxribatlara sürüklədi. İran faktiki olaraq Xankəndinin Azərbaycanın nəzarəti altına keçməsini istəmir. Dekabrın 24-də Azərbaycan Prezidentinin Qərbi Azərbaycan İcmasının binasının açılış mərasimindəki çıxışı da daha çox, eyni zamanda əsassız olaraq İranı narahat etdi. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu günlərdə keçirdiyi mətbuat konfransında İranla problemlərimizin olduğunu ifadə etdi. Həmin problemləri yaradan da elə İran özüdür. İran qəti şəkildə istəmir ki, Azərbaycan güclənsin. Ona görə də İran Ermənistana PUA bağışlayır. Burada da məqsəd Ermənistanın Azərbaycana qarşı yeni bir təcavüzünə imkan yaratmaqdır. Ötən 30 ildə İranın atdığı addım məhz buna hesablanıb. İran bütün vasitələrdən istifadə edib ki, Azərbaycana zərbə vursun, onu kiçiltsin. Bunun üçün cəmiyyətin müxtəlif təbəqələrini ələ almağa çalışıblar. Ən son Laçın yolunda baş verənlər də bir daha təsdiqlədi ki, millət öz hədəfini bilir və ona doğru addımlayır. Azərbaycanın bütün ərazilərində ölkə qanunları işləməli, Zəngəzur dəhlizi açılmalı, İrəvana qayıdış olmalıdır. Zaman-zaman qeyri-rəsmi olaraq 500 min insan Qərbi Azərbaycandan deportasiya edilib. İndi mərhələ-mərhələ həmin hədəflərə doğru gedirik. Təbii ki, bütün bunlar da İranı narahat edir. Bir sözlə Azərbaycan güclənən kimi İrandakı 40 milyon soydaşımız da artıq öz hədəflərini müəyyənləşdirirlər. Hazırda Güney Azərbaycandan olan soydaşlarımızın əsas şüarı budur. Lider bəlli, hədəf bəlli, millət bəlli. Lider kimdir? Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev. Bütün bu proseslərin fonunda ortada qalır İrəvan. Fransa Avropadan gəlib Ermənistana dəstək verə bilməyəcək. Çünki ona nə ABŞ, nə Böyük Britaniya, nə də Avropanın digər dövlətləri dəstək verməyəcək. Makronun nə etməsindən asılı olmayaraq Azərbaycan və Türkiyə geosiyasətdə öz yerini tutur. Düzdür, bu il Ermənistanla sülh müqaviləsinin imzalanması reallaşmasa da, lakin növbəti ilə bu baş tutacaq. Çünki Ermənistanın başqa alternativi yoxdur.
-Yeni ildən gözləntiləriniz?
- Daha gözəl il olacaq. Çünki Azərbaycan dövləti prosesləri yarıda saxlamaq fikrində deyil.
Rusiya vasitəçilik missiyasında Azərbaycan və Ermənistanla müttəfiqlik m
Azərbaycanda iki polis şöbəsinin statusu dəyişdirilib.
"Nargis" Fondu Yeni il bayramı ərəfəsində respublikamızın apar�
Bakının tarixi hissəsində - İçərişəhərdə yerləşən "NUR Art Ho
Yaşayış var, amma bina sökülür. Bəli, Sumqayıt şəhəri, 20 Yanvar kü�
"Kreml divarları arasında qərar verənlər artıq əsəblərini itirir
Rusiya və Türkiyə qaz qovşağının yaradılması layihəsinin icrası üzə
Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat və təc
Nə qədər maarifləndirmə işləri aparılsa da, qanun icazə verməsə də,
Dekabrın 30-na gözlənilən hava şəraiti açıqlanıb.
"Rusiya Silahlı Qüvvələri son sutka ərzində İran istehsalı olan 13
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycan ə
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəi