Əgər Abxaziya ilə birləşsək... Qaribaşvili
Dünya 28 Dek 2022 22:37:00 459 0
Birləşəcəyimiz təqdirdə 3 il ərzində Abxaziya və Samaçablo bölgələrinə 10 milyardlıq investisiya ayıra bilərik.
Bu xəbəri də oxu: Tramp: "Putin görüşmək istəyir, amma..."
Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.
"Əlbəttə ki, bizim əsas prioritetimiz işğal olunmuş ərazilərlə münasibətdə sülhsevər siyasətimizin davam etdirilməsi, barışıq siyasətimizin səmərəli həyata keçirilməsidir. Məqsədimiz ümumi maraqlara əsaslanan əməkdaşlıq və etimadın yaradılmasını təşviq etməklə münaqişələrdən təsirlənmiş əhalinin sosial və iqtisadi şəraitini yaxşılaşdırmaq və süni şəkildə parçalanmış cəmiyyətləri barışdırmaqdır. Biz abxaz və osetin həmvətənlərimizə çox kömək edirik. Bu haqda açıq danışmırıq, bu, düşünülmüş siyasətimizdir. Bunu reklam etmək istəmirik, amma demək istəyirəm ki, bizim təklif etdiyimiz xidmətlərdən çoxlu insan istifadə edir. Məsələn, ötən il 230 tələbə qəbul olunub, 1300-dən çox insan səhiyyə xidmətlərindən yararlanıb və təbii ki, bu güzəştlər gələcəkdə də davam edəcək. Bizim ümumi vəzifəmiz ölkəmizi birləşdirmək olmalıdır.
Bildiyiniz kimi, işğal olunmuş Abxaziyanın büdcəsi, səhv etmirəmsə, 200 milyon dollar təşkil edir. Ölkəmiz birləşsə, ilk üç ildə Abxaziyaya, həmçinin Samaçabloya təxminən 10 milyard sərmayə yatıra bilərik. Bunu çox asanlıqla təşkil edə bilərik. İqtisadi Şurada da bu barədə müzakirə apardıq. Abxaziyanın ikinci Monako, Suxuminin isə ikinci Monte Karlo olması üçün böyük potensialı var", - Qaribaşvili qeyd edib.
Yeni il gecəsi dedikdə bir çoxumuzun ağlına böyük süfrə atrafında əyl
Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göst�
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov vəzifədə olduğu müddətdə
Bundan sonra da Naxçıvan Muxtar Respublikanın təhlükəsizliyinin təmin edi
Rusiyada, beş aylıq qızını və 10 və 15 yaşlı iki oğlunu "cinlər
Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı
Rusiya Prezident Administrasiyası rəhbərinin müavini və "Rosatom"
Moskvada 12 yaşlı qız smartfonun partlaması nəticəsində yanıq xəsarətl
Bakı şəhərinin Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının
Dekabrın 28-i dünyada Beynəlxalq Kino Günü kimi qeyd olunur. 1895-ci il dek
Rusiyada, Çelyabinskdə 37 yaşlı yerli sakin qonşusunu öldürdüyünə gör
Lənkəran şəhər sakini, Vətən müharibəsi zamanı şəhid olan leytenant