Zeynəb Xanlarovanın doğum günüdür FOTO
Şou-biznes 28 Dek 2022 21:16:00 972 0
Bu xəbəri də oxu: Bu da Xatirənin dəbdəbəli VİLLASI VİDEO
Zeynəb Xanlarova sənəti bütün zamanlarda diqqət mərkəzində olub. Onun ömür yaşı səksəni haqlasa da, sənət yaşının tarixi yoxdur. Zeynəb Xanlarova sənətinin yaşı Azərbaycan musiqisinin tarixi qədər qədim və zəngindir...
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür.
Hər dəfə nəğmələri sərhəd tanımayan Azərbaycanın təkrarsız sənətkarı Zeynəb Xanlarovanı dinləyəndə böyük ədiblərdən birinin - "Əgər sənətə və peşəkarlığa can atırsansa, nə qədər bacarsan özünü kamilləşdirməyə çalış. İncəsənətsiz həyat ömür-gün deyil" - müdrik kəlamını xatırlayıram.
O da bu yola böyük həyat eşqi, sonsuz sevgi ilə çıxdı. Sənətə qədəm qoyduğu ilk gündən kamil bir sənətkar olmaq üçün gecəsini gündüzünə qatdı, dövrünün ən məşhur ustadlarından muğamlarımızın, təsniflərimizin, xalq mahnılarımızın sirlərini öyrəndi. Sənətə elə ürəkdən bağlandı ki, artıq ondan ayrılmağın mümkünsüzlüyünü anladı və musiqisiz keçən gününü ömürdən saymadı.
Milli olduğu qədər də bəşəri
Qısa müddətdə səsinin şirin avazı ilə milyonların ürəyinə yol tapdı. Bu səs hər bir azərbaycanlının qapısını döydü, evinin ən əziz qonağı oldu. Bu səs sərhədləri aşaraq yaxın-uzaq məmləkətlərdə eşidilməyə başladı. Musiqinin sərhəd tanımaması onun timsalında bir daha təsdiqini tapdı. Sərhədlərindən quşların belə səkə bilmədiyi keçmiş sovetlər məkanının qanunlarının ən sərt dönəmində o, öz şaqraq, bənzərsiz ifası ilə çox-çox uzaqlarda milyonların sevimlisinə çevrilə bildi. Dilimizi bilməyən əcnəbilər belə o şirin avazın, ecazkar ifanın sehrinə düşdü. Azərbaycanın Xalq Artisti Zeynəb Xanlarova qısa bir zaman kəsiyində milli olduğu qədər də bəşəri bir ifaçıya çevrildi.
Onun qastrol səfərlərinin xəritəsini cızmaq çətindir, bəlkə də, mümkün deyil. Zeynəb xanımın səsinin qət etdiyi məsafəni, yolları bir-birinə calasaq, bu sehirli nəğmə çələngini bəlkə də bir neçə dəfə planetin başına dolamaq mümkün olardı. Onu dilindən, dinindən, əqidəsindən asılı olmayaraq, hər yerdə - Avropada, Asiyada, Afrikada, Amerikada eyni məhəbbətlə, eyni hərarətlə qarşılayır, eyni coşqunluqla alqışlayırlar.
Bu xoşbəxtlik hər sənət adamına qismət olmur. Səni doğulduğun məmləkətdə olduğu qədər uzaq ellərdə də sevsinlər, dəyərləndirsinlər. Bu, yalnız və yalnız Zeynəb Xanlarova kimi xoşbəxt sənətkarlara nəsib ola bilərdi və oldu da...
Zeynəb xanım üz tutduğu, konsert proqramları ilə çıxış etdiyi hər bir məmləkətə təkcə özünü və Tanrının ona bəxş etdiyi səsini aparmır, o, həm də həmin ünvanlara Azərbaycanı aparır. O, öz Vətəninin, xalqının adını, şöhrətini yaxın-uzaq ellərdə zirvələrdən-zirvələrə qaldırmaq üçün bu yola çıxmışdır, bəlkə də bu səbəbdən harada olurdusa, orada tükənməz bir Azərbaycan sevgisi qoyub gəlir.
Novator ifaçı
Zeynəb xanımın XX əsr Azərbaycan ifaçılığında bəlkə də heç kəsin yüksələ bilməyəcəyi bir sənət zirvəsi vardır. Onun sənəti solmaz və əbədiyaşardır. Bu ecazkar səs, bu sənət gələcək nəsillərə, əsrlərə ünvanlanıb.
Z.Xanlarova 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbini, 1961-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Elə həmin ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. O, əvəzsiz ifaçı olmasını Opera və Balet Teatrının səhnəsində yaratdığı bir-birindən maraqlı, bənzərsiz rollarla çoxdan təsdiqləyib. Onun Leylisi, Əslisi, Şahsənəmi teatr tariximizdə əbədi qalacaq obrazlardır. Sənətkar heç vaxt uğurları ilə kifayətlənməyib. Onun repertuarını xalqımızın milli kimlik pasportuna çevrilmiş muğamlarımız, təsnif və xalq mahnıları, böyük bəstəkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Ələkbər Tağıyev, Emin Sabitoğlu və başqalarının, eləcə də Şərq xalqlarının mahnıları bəzəyir.
Xalqımızın istəklisi Zeynəb Xanlarovanın klassik xanəndələrimizin yaradıcılıq ənənələrinə əsaslanan müğənnilik sənəti milli musiqimizdə bir təzəlik, yenilikdir. Bu yenilik muğam, xanəndəlik sənətinə münasibətdə, səhnə davranışında, mahnı ifaçılığında özünü qabarıq göstərir.
Əvvəllər qadın xanəndələrin repertuarında, əsasən "Şahnaz", "Qatar" muğamları yer alırdı. Çünki bu muğamlar tessitura cəhətdən zil, diapazonca məhdud, həcmcə yığcamdır. Lakin Zeynəb xanım bu ənənəni cəsarətlə pozdu, qadınlar arasında ilk dəfə "Çahargah" kimi geniş monumental dəstgah oxudu və böyük yaradıcılıq müvəffəqiyyətinə nail oldu. Zeynəb Xanlarovanın ifasında bu muğam yeni başlanğıc, yeni nəfəs kimi dəyərləndirilirdi. Bütün muğamsevərlər və ustad sənətkarlar onun ifasındakı "Çahargah"ı yüksək qiymətləndirməklə yanaşı, bu səsin sahibinin gələcəkdə böyük sənətkar olacağına inamlarını böyük cəsarətlə bildirirdilər. Zeynəb xanım bu inamı doğrultmağı bacardı və bir daha sübut etdi ki, çəkilən zəhmət mütləq bir gün öz bəhrəsini verəcək. O, "Çahargah"la yanaşı, "Şur", "Dilkəş" təsniflərini, "Mahur-hindi", "Qatar", "Xaric segah", "Hümayun", "Bayatı-kürd" muğamlarını cidd-cəhdlə öyrənib oxudu. Bu, onun üçün adi yaradıcılıq prosesi deyildi. Zeynəb Xanlarova əsl novator ifaçı kimi hər bir musiqi əsərini tamamilə yeni səpkidə oxuyurdu. Bu səbəbdən onun muğam ifaçılığındakı üstünlüyü danılmazdır.
Bu gün mərhum bəstəkar-müğənni Rəhim Rəhimlinin doğum günüdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Ze
Müğənni Natavan Həbibi və bloger Elçin Lənbəranski arasında qalmaqal ya
İngiltərədəki meşəlik ərazidə edilən xəbərdarlığın ardından bölg
"Əmək pensiyaları haqqında" Qanunda 2019-cu ilin əvvəlindən tə
Qarabağ iqtisadi rayonunda yerləşən Qızılbulaq qızıl və Dəmirli mis-mo
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyə
İranda molla rejiminə qarşı olan etiraz aksiyaları 3 aydan çoxdur ki, dava
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) ötən
Çində 200-dən çox avtomobil toqquşub. Hadisə nəticəsində azı bir nəf
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis
Azərbaycanda pensiya ilə bağlı sığorta stajının müddəti daha üç il u
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 90 yeni yolux
Rəqqasə Fatimə Fətəliyeva müğənni Xuraman Şuşalının xına biznesi il
İranın molla rejimi Təbrizdə azərbaycanlı xanım idmançı Məlihə Bəni�