Bu gün Beynəlxalq Kino Günüdür
Digərləri 28 Dek 2022 21:31:00 372 0
Dekabrın 28-i dünyada Beynəlxalq Kino Günü kimi qeyd olunur. 1895-ci il dekabrın 28-də Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı balaca kafedə ilk dəfə özlərinin çəkdikləri qısametrajlı filmlərin pullu nümayişini təşkil ediblər. Filmlərin arasında 46 saniyəlik "Fəhlələrin Lümyer fabrikindən çıxması" ekran əsəri də var idi.
Bu xəbəri də oxu: Sağlamlıq üçün təhlükə MƏNBƏYİ: Aşağı qiymətə olan Yeni il oyuncaqları
Lümyer qardaşları hesab edirdilər ki, kino həyat səhnələrinin nümayişindən başqa bir şey deyil və olmayacaq. Ona maraq tezliklə sönəcək. Lakin bəşəriyyət xroniki sinematoqraf xəstəliyinə tutuldu. Kino körpə uşaq kimi, əvvəlcə danışa bilmirdi. Tamaşaçıları aktyorların hərəkətləri, üz-gözünü büzməsi ilə əyləndirirdi.
Çoxları kinonun yaranması ilə teatrın məhv olacağını deyirdi. Yaxşı ki, həyat bu ehtimalı təkzib etdi. Siyasətçilər kinonun böyük gücə malik olmasını hamıdan əvvəl anlamışdılar. Onlar Lümyer qardaşlarının ixtirasının köməyi ilə kütlələrə təsir etməyin mümkün olduğunu görürdülər.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanda Milli Kino Günü hər il avqustun 2-də qeyd edilir.
Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra - 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal sənədli və "İlişdin" adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır.
Ötən əsrin əvvəllərində "Pate", "Pirone", "Filma" kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında "Neft və milyonlar səltənətində", 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında "Arşın mal alan" qısametrajlı bədii filmləri çəkilib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni-iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar "Kinematoqrafiya və teatr qulluqçuları şurası"nda birləşiblər.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış "Qız qalası" bədii filmi olub.
Rusiyada, Çelyabinskdə 37 yaşlı yerli sakin qonşusunu öldürdüyünə gör
Lənkəran şəhər sakini, Vətən müharibəsi zamanı şəhid olan leytenant
Bu gün mərhum bəstəkar-müğənni Rəhim Rəhimlinin doğum günüdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Ze
Müğənni Natavan Həbibi və bloger Elçin Lənbəranski arasında qalmaqal ya
İngiltərədəki meşəlik ərazidə edilən xəbərdarlığın ardından bölg
"Əmək pensiyaları haqqında" Qanunda 2019-cu ilin əvvəlindən tə
Qarabağ iqtisadi rayonunda yerləşən Qızılbulaq qızıl və Dəmirli mis-mo
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyə
İranda molla rejiminə qarşı olan etiraz aksiyaları 3 aydan çoxdur ki, dava
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) ötən
Çində 200-dən çox avtomobil toqquşub. Hadisə nəticəsində azı bir nəf
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis
Azərbaycanda pensiya ilə bağlı sığorta stajının müddəti daha üç il u