Korrupsiya əməllərinə yol vermiş vəzifəli şəxslər həbs edildi RƏSMİ
Siyasət 28 Dek 2022 18:19:00 480 0
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə vətəndaşlardan rüşvət alan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Adilov Zaur Sefi oğlu və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi Əliyev Əjdər Nəsib oğlunun qanunsuz əməlləri ifşa edilib.
Bu xəbəri də oxu: 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
Bu barədə Son.az-a Baş prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, həyata keçirilmiş operativ əməliyyat tədbirləri nəticəsində cari ilin dekabr ayında Zaur Adilov və Əjdər Əliyevin qabaqcadan əlbir olaraq Məhdud Məsuliyyətli Cəmiyyətdə səyyar vergi yoxlamasının keçirilməməsi müqabilində külli miqdarda rüşvət istəmələri və almalarına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən xüsusatlar üzrə Zaur Adilovun, habelə həmin pul vəsaitlərinin bir hissəsini vətəndaşdan alarkən cinayət başında yaxalanmış Əjdər Əliyevin üzərində və xidməti otağında aparılan axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.
Bununla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, toplanmış ilkin sübutlar əsasında adı çəkilən vəzifəli şəxslər həmin Məcəllənin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü ( külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarına əsasən həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Aparıcı-aktrisa Xuraman Əlizadə TikTok-da yaşanan "beh" qalmaqal�
"Ruben Vardanyanın beynəlxalq axtarışa verilməsi bizim üçün arzuolu
Bakı Ağır Cnayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsir
Yaşayış massivinin yaxınlığında yerləşən göl indi xəstəlik mənbəy
Tarif (qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında yeni döv
"Həmin günü tam xatırlamıram, amma 2-ci və ya 3-cü sinifdə oxuyurdu
Pandemiyanın ilk aylarında bir sıra bazar iştirakçilarının fəaliyyəti m
Dekabrın 28-də Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövq�
İzyumda (Ukraynanın Xarkov vilayəti) adları Rusiya və SSRİ ilə bağlı ol
"Xarici işlər naziri Ceyhun Bayramov ilin yekunları ilə bağlı mətbua
Ermənistan Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının blokadasını tə�
Koronavirus pandemiyasından sonra dünyada bir çox sahələrin bərpası müş
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı i
Qış istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.
Peruda polis əməkdaşları qeyri-adi şəkildə sakinlərin Milad bayramını