Allahın ən yaxşı zikri – təsbihdir
Digərləri 27 Dek 2022 23:55:00 439 0
Ey iman gətirənlər, Allahı çox zikr edin! Ona hər səhər və axşam təsbih deyin". ("Əhzab" 41-42).
Bu xəbəri də oxu: Yatmazdan əvvəl meyvə yeməyin Xəbərdarlıq
Allahı yada salmaq ancaq dildə olmur, hər bir fikir, əməl və hərəkət Allah razılığına səbəb olarsa, Allahın zikri sayılar. Quran Allahın zikri üçün bərəkətlər bəyan etmiş və bu zikrlərdən birinin namaz olduğunu bildirmişdir. "Namazı Məni anmaq üçün qıl!". ("Taha" 14). Allahı zikr etmək qəbləri rahatladar. "O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır". ("Rəd" 28). Allahın zikri insanı xoşbəxt edər. "Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik". ("Taha" 124). Hədislərimizin bir çoxunun nəzərinə görə, Allahı zikr etmək deyildikdə, Həzrət Zəhranın (s.ə) təsbihi nəzərdə tutulur. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kimin zakir dili olar, ona dünyanın və axirətin xeyiri əta olunar". İmam Sadiq (ə) buyurur: "Hər bir şeyin həddi vardır, Allah zikrindən başqa". Hədislərimiz deyir ki, insan qəlbi də dəmir kimi paslana bilir və ancaq Allah zikri ilə bu pası aradan aparmaq olar. Ona görə də deyə bilərik ki, Allahın zikri ancaq o deyildir ki, dildə deyilsin. İnsan əgər halal və harama riayət edərsə və bu zaman Allahı yada salarsa, günah edən zaman Allahı yada salarsa - o zaman zikr öz həqiqi mənasına çatar. Yuxarıdakı ayədən çıxardığımız nəticələr: 1. Allahın zikri insana o zaman təsir edir ki, davamlı və çox olsun. 2. Allahın ən yaxşı zikri - təsbihdir. 3. Günün əvvəlini və axırını Allaha zikr edərək başlayıb, başa vuraq.
Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Bakıda fəaliyyət göstərən r
Avropa Parlamenti (AP) sabiq prezident Mixeil Saakaşvili həbsdə ölərsə, G�
İmam Sadiq (ə) buyurur: "Nə zaman bəndə namaza dayansa, Allah Təala o
Soyuq havada xəstələnməmək üçün yediyiniz və içdiyiniz qidalara da diq
İran İnsan Haqları Təşkilatı yeni hesabatında həbsxanada olan ən azı 1
Xalq arasında yayılmış olan bu fikir xurafata əsaslanır və heç bir ciddi
"Həmin gün axırıncı iş günü idi. Səhəri, dekabrın 15-i evə gəl
Xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın qeyri-qanuni fəaliyyəti
"Düz 30 gün koma vəziyyətində olan, məcazi formada desək, bədənind
ABŞ-ın mərkəzi və şərq ştatlarında qar fırtınası qurbanlarının üm
Rusiya işğalçı qoşunları işğaldan azad edilmiş Xerson şəhərinin mül
Necə yatmağın insan sağlamlığı üçün faydalı olduğu barədə ən çox
Yeni ildə uşaqların və gənclərin ən çox yediyi meyvə mandarindir.
Əqli vә tәcrübi dәlillәrә әsаsәn, insаnın süqutunun әsl sәbәbi �