Qəzadan sonra 30 gün komada qalan xəstə ayıldı
Digərləri 27 Dek 2022 23:35:00 2410 0
"Düz 30 gün koma vəziyyətində olan, məcazi formada desək, bədənində qırılmayan yer qalmayan gənc qadın çox uzun mücadilədən sonra həyata qayıtdı".
Bu xəbəri də oxu: Bakıda “Mercedes” maneəyə çırpıldı üç nəfər öldü
Bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.
Qeyd olunub ki, keçirdiyi avtoqəzadan sonra yaralı özəl xəstəxanalardan birinə yerləşdirilır, amma xərcləri qarşılaya bilməyən ailə TƏBİB-ə müraciət edir. Və yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilir. Onun həyata yenidən qayıdışı bu qərarla başlayır...
Avtoqəza nəticəsində olduqca ağır yaralanan, 30 gün koma vəziyyətində qalan 28 yaşlı qadının həyatı xilas edilib. Kliniki Tibbi Mərkəzə gətirilərkən ağır və dərin koma vəziyyətində olan xəstədə hemodinamika pozğunluğu, ağır kəllə-beyin travması aldığı müəyyən edilib.
Mərkəzin Reanimasiya şöbəsinin müdiri Ülviyyə Qurbanovanın sözlərinə görə, xəstə 30 gün süni tənəffüs aparatında qalıb və müvafiq müalicələr alıb.
"Xəstə 8 noyabrda yol nəqiliyyat hadisəsi nəticəsində ağır travma alıb və özəl tibb müəssisələrindən birinə çatdırılıb. Noyabr ayının 11-də həddən artıq ağır vəziyyətdə, təcili yardım vasitəsi ilə Kliniki Tibbi Mərkəzə köçürülüb. Tibbi müayinələrdən sonra xəstəyə müştərək qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, sol təpə gicgahın zədələnməsi, sol tərəfli qabırğaların çoxsaylı sınığı, sol dirsək və sol körpücük sümüklərinin sınığı diaqnozu qoyulub.
Bir aydan sonra dekabr ayının 12-si xəstə süni tənəffüs aparatından ayrılıb. Hazırda xəstənin vəziyyəti yaxşıdır. Huşu aydındır, komandaları yerinə yetirir, süni tənəffüs aparatına ehtiyac yoxdur. Yaxın günlərdə palataya köçürülməsi planlaşdırılır".
ABŞ-ın mərkəzi və şərq ştatlarında qar fırtınası qurbanlarının üm
Rusiya işğalçı qoşunları işğaldan azad edilmiş Xerson şəhərinin mül
Necə yatmağın insan sağlamlığı üçün faydalı olduğu barədə ən çox
Yeni ildə uşaqların və gənclərin ən çox yediyi meyvə mandarindir.
Əqli vә tәcrübi dәlillәrә әsаsәn, insаnın süqutunun әsl sәbәbi �
Baş rollarını Ertan Sabanla Devrim Özkanın paylaşdığı "Gelsin haya
Bütün dünyada ölümün əsas səbəbi ürək-damar sistemi xəstəlikləri s
İsrail Prezidenti İshaq Hersoq ölkəsinin Türkiyədəki səfiri İrit Lillia
Ermənistanla delimitasiya prosesində 8 Azərbaycan kəndi qaytarılmalıdır.
Ukrayna ordusu Baxmut yaxınlığında ağır itkilər verir və məğlub olmaqd
Həzrəti Peyğəmbər (s) buyurub: Ac qarına xurma yeyin, o qarındakı qurdla
Tez hazırlanan məhsullar və hazır şorbalar orqanizmə ziyan verən qidalard