Hazır şorbalardan istifadə edilməsinin zərəri
Digərləri 27 Dek 2022 22:45:00 498 0
Tez hazırlanan məhsullar və hazır şorbalar orqanizmə ziyan verən qidalardır.
Bu xəbəri də oxu: Saç əkilməsi artıq keçmişdə qaldı: Yeni müalicə metodu kəşf edildi
Təəssüf ki, müasir dövrdə istər iş adamları, istər tələbələr, istərsə də mətbəxdə az vaxt keçirmək istəyənlər bu cür qidalardan yararlanmaqla öz vaxtlarına qənaət etmiş olduqlarını düşünürlər.
Həkim-diyetoloq Gülşən Rzayeva deyib: "İstehlakçılar tez hazırlanan qidalar arasında paket şorbaların daha sağlam qida olduğunu düşünürlər. Paketlənmiş şorbalar duru yemək olduğundan mədə üçün daha uyğun qida növü kimi qəbul edilir.
Əslində isə bu, belə deyil, çünki paketlənmiş qidaların hər biri, şorbalar da daxil olmaqla fastfud qidalara aiddir. Həmin qidaların uzun müddət qalması üçün müəyyən qədər kimyəvi tərkibli sintetik maddə qatqıları əlavə olunur".
Tez bişən şorbaların tərkibində zülallar normadan artıq olduğuna görə mübadilə prosesinə birbaşa təsir göstərir. Həmin qidalara qatılan ədviyyatlar çox olduğundan mədənin selikli qişasını qıcıqlandırır və uzun müddət qəbul ediləndə qastritin əmələ gəlməsi ilə nəticələnir.
Qida eksperti Seymur Qafarov bildirib ki, tez hazırlanan şorbaların tərkibində sağlamlıq üçün daha ciddi fəsadlar yaradan palma yağından istifadə olunur. Həm də onun içərisindəki makaron, vermişel, qurudulmuş spagetti və s. palma yağında bişirilir. Bunlar isə insan orqanizmində çox gec həll olur və fəsadlar yarada bilər.
Hazır şorbaların istifadəsi xüsusilə soyuqdəymə zamanı bədəndəki iltihabi prosesləri sürətləndirərək ağırlaşdırır, immuniteti aşağı salır.
Anqolanın Ali Məhkəməsi maliyyə cinayətlərində şübhəli bilinən Anqol
İnsanlar artıq 35 yaşdan yüksək təzyiq xəstəliyi riski ilə üz-üzədir
Son günlərdə Naxçıvanda bir sıra islahatlar aparılır. Bunun davamı olar
Hazırda əksər insanlar yeməkdən sonra baş sıxılması, yorğunluq, halsı
Şükr bir neçə müstəvidən ibarətdir. Onun ən yuxarı mərtəbəsi Allah�
Ürəkdə xəstəliklər, tromboz, varikoz təyyarə uçuşları üçün təhlü
ABŞ-da bir şəxs atasını robot hesab edərək onu öldürüb.
Əvvəla, hər şeydən əvvəl insan namazda diqqətli olmağa çalışmalıdı
İtaliyanın baş naziri Giorgio Meloni telefon danışığı zamanı Ukrayna pr
İsveç Ukraynaya əlavə olaraq təxminən 19,2 milyon ABŞ dolları ayırıb.
Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
"2022-ci ildə icbari tibbi sığorta çərçivəsində 40 milyondan çox t