Ceyhun Bayramovun Quterreşə məktubu BMT TŞnin
Siyasət 27 Dek 2022 23:37:00 894 0
Xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın qeyri-qanuni fəaliyyəti ilə əlaqədar Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı BMT Baş katibinə ünvanlandığı məktub Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
Bu xəbəri də oxu: Suriyanın yeni xarici işlər nazirini Türkiyə ilə nə bağlayır?
Bu haqda XİN məlumat yayıb.
Məktubda, Laçın yolunda azərbaycanlı fəalların Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı etirazlarının Ermənistan tərəfindən "humanitar böhran" kimi qələmə verməklə siyasiləşdirmək cəhdlərinə diqqət çəkilib, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı ətraflı məlumat təqdim edilib.
Sənəddə cari ilin 3 dekabr tarixindən başlayaraq Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar apardığı, əldə edilmiş razılığa baxmayaraq 10 dekabr tarixində sözügedən ərazilərə Azərbaycan nümayəndələrinin səfərinə maneçilik törədildiyi barədə məlumat verilib.
Məktubda Laçın yolu ilə avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmadığı, Azərbaycanlı etirazçılar tərəfindən yol boyu nəqliyyatın hərəkətinin dayandırılması niyyətinin olmaması, əksinə mülki nəqliyyat vasitələrinin, xüsusən də təcili yardım maşınlarının hərəkətini asanlaşdırmağa hazır olduqları, Azərbaycan tərəfinin yerli erməni sakinlərlə dialoqun təşviqi istiqamətində addımlar atdığı vurğulanıb.
Məktubda Azərbaycan tərəfinin davamlı olaraq öhdəliklərinə əməl etdiyi, Ermənistan tərəfinin isə Üçtərəfli bəyanatı kobudcasına pozaraq Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətlər üçün sui-istifadə etməsi, eyni zamanda mövcud mina təhlükəsinin ağır nəticələri barədə məlumat verilib. 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 276 vətəndaşımızın mina partlayışından zərər çəkdiyini, həlak olan 46 nəfərdən 35 nəfərin mülki şəxs olduğunu vurğulanıb.
BMT Baş katibinə ünvanlanmış və Təhlükəsizlik Şurasının sənədi kimi yayılmış məktub ilə bu keçid vasitəsilə tanış olmaq olar.
"Düz 30 gün koma vəziyyətində olan, məcazi formada desək, bədənind
ABŞ-ın mərkəzi və şərq ştatlarında qar fırtınası qurbanlarının üm
Rusiya işğalçı qoşunları işğaldan azad edilmiş Xerson şəhərinin mül
Necə yatmağın insan sağlamlığı üçün faydalı olduğu barədə ən çox
Yeni ildə uşaqların və gənclərin ən çox yediyi meyvə mandarindir.
Əqli vә tәcrübi dәlillәrә әsаsәn, insаnın süqutunun әsl sәbәbi �
Baş rollarını Ertan Sabanla Devrim Özkanın paylaşdığı "Gelsin haya
Bütün dünyada ölümün əsas səbəbi ürək-damar sistemi xəstəlikləri s
İsrail Prezidenti İshaq Hersoq ölkəsinin Türkiyədəki səfiri İrit Lillia
Ermənistanla delimitasiya prosesində 8 Azərbaycan kəndi qaytarılmalıdır.
Ukrayna ordusu Baxmut yaxınlığında ağır itkilər verir və məğlub olmaqd
Həzrəti Peyğəmbər (s) buyurub: Ac qarına xurma yeyin, o qarındakı qurdla