ICAO Qazaxıstanın AZALa məxsus təyyarənin qəzasının araşdırılmasına dair ilkin hesabatını yüksək qiymətləndirir


Siyasət 06 Mar 2025 16:03:00 91 0

ICAO Qazaxıstanın AZALa məxsus təyyarənin qəzasının araşdırılmasına dair ilkin hesabatını yüksək qiymətləndirir

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika Bürosunun direktoru Nikolas Rallo "Azərbaycan Hava Yolları" (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı Qazaxıstanın hazırladığı ilkin hesabatı yüksək qiymətləndirib.

Trend xəbər verir ki, Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayevlə görüşdə Nikolas Rallo qazax tərəfinin və bütün təhqiqat komissiyasının səylərini yüksək qiymətləndirib və qeyd edib ki, onların səyləri qəzadan sonra ilkin hesabatın 1,5 aydan az müddətdə başa çatmasında imkan verib.

"Mən sizi istintaq prosesi boyu Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyaya tam əməl olunmasını təmin etməyə davam etməyə çağırıram", o əlavə edib.

Xatırladaq ki, 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən "Azərbaycan Hava Yolları" QSC-yə ("AZAL") məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.

İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatını xilas etmək mümkün olub. Qazaxıstan Respublikasında gözlənilən qəza enişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruri qəza-xilasetmə tədbirləri həyata keçirilmiş, sağ qalanlar təxliyə edilərək tibbi yardım göstərilib.

İlkin hesabat aşağıdakı faktları təsdiq edir:

1. 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən "Azərbaycan Hava Yolları" QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olmuşdur. Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsilə öz təsdiqini tapmışdır.

2. Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışmışlar. Bu məlumat (FDR vasitəsilə təsdiq olunmuşdur.

3. Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşmişdir.

4. Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar vermişdir. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınmışdır.

5. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilmişdir ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxmışdır.

6. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunmuş və foto, habelə video qeydiyyata alınmışdır. Həmin zədələrin hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfiqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunmuşdur.

7. Hava gəmisinin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilmişdir. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməmişdir.

8. Hava gəmisi qalıqlarının kor zədələrində olan hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülmüş və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilmişdir. Gələcəkdə aşkar olunmuş kənar obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizaların keçirilməsi planlaşdırılmışdır.

9. 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispteçer "Ковер" əməliyyatı barədə Qoznıya məlumat verir.

10. Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmamışdır.

BMAT-ın Çikaqo Konvensiyasına əsasən ilkin hesabat hazırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən 1 il ərzində yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatın hazırlanması ilə bağlı Qazaxıstan Respublikası və araşdırmada iştirak edən digər dövlətlər tərəfindən artıq işlər başlanılmışdır.

Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Gəl, Novruzum” adlı konsert proqramı təqdim edəcək like
  • 06 Mar 15:55  
Kriminal Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Gəl, Novruzum” adlı konsert proqramı təqdim edəcək

14 mart 2025-ci il saat 19:00 baharın gəlişi, Novruz bayramı münasibətiyl�

arrow Ətraflı
Oruc tutan şəxs çimə bilər? like
  • 06 Mar 15:53  
Digərləri Oruc tutan şəxs çimə bilər?

Ramazan ayında oruc tutan şəxslər müəyyən qaydalara riayət etməlidir. B

arrow Ətraflı
Ali Məhkəmədən yolnəqliyyat hadisələri ilə bağlı mühüm qərar like
  • 06 Mar 15:47  
Digərləri Ali Məhkəmədən yolnəqliyyat hadisələri ilə bağlı mühüm qərar

Azərbaycan Respublikasının Ali Məhkəməsində ölümlə nəticələnən yol

arrow Ətraflı
Rusiyada adam öldürdülər, 12 il sonda Bakıda həbs olundular like
  • 06 Mar 15:30  
Digərləri Rusiyada adam öldürdülər, 12 il sonda Bakıda həbs olundular

Azərbaycan Prokurorluğu və xarici ölkələrin hüquq-mühafizə orqanların�

arrow Ətraflı
Yeni smartfon hazırlandı like
  • 06 Mar 15:25  
Digərləri Yeni smartfon hazırlandı

Çinin Hubei əyalətinin İçan şəhərindən olan məktəbli Lan Boven köhn�

arrow Ətraflı
Medvedev Makronu ələ saldı – adını like
  • 06 Mar 15:21  
Dünya Medvedev Makronu ələ saldı – adını

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Prezi

arrow Ətraflı
Ermənistan bunu etməyə MARAQLIDIR like
  • 06 Mar 15:15  
Digərləri Ermənistan bunu etməyə MARAQLIDIR

Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqda maraqlıdır.

arrow Ətraflı
Tezliklə üç bürc həyatlarını dəyişdirəcək insanla görüşəcəklər like
  • 06 Mar 15:10  
Digərləri Tezliklə üç bürc həyatlarını dəyişdirəcək insanla görüşəcəklər

Sevgi həmişə cədvələ uyğun gəlmir, lakin bürcün üç əlaməti üçün

arrow Ətraflı
Onlara Metropolitendə yeni vəzifələr verildi like
  • 06 Mar 15:04  
Digərləri Onlara Metropolitendə yeni vəzifələr verildi

"Bakı Metropoliteni" QSC-də Hüquq departamentinin rəisi, Kommersiy

arrow Ətraflı
Məşhur restoranda nöqsanlar aşkarlandı  FOTO like
  • 06 Mar 14:58  
Digərləri Məşhur restoranda nöqsanlar aşkarlandı FOTO

Nizami rayonu, B.Çobanzadə küçəsi, 2505-ci məhəllədə yerləşən, Rəhi

arrow Ətraflı
"Omeqa3"ü belə içsəniz, daha FAYDALI OLACAQ like
  • 06 Mar 14:55  
Digərləri "Omeqa3"ü belə içsəniz, daha FAYDALI OLACAQ

Qastroenteroloq-terapevt Svetlana Yermakova "Omeqa-3" yağ turşular�

arrow Ətraflı
SevilSevinc QƏZAYA DÜŞDÜ  buna görə əməliyyata alınıb  FOTO like
  • 06 Mar 14:53  
Şou-biznes SevilSevinc QƏZAYA DÜŞDÜ buna görə əməliyyata alınıb FOTO

Müğənni Sevinc Səfərova bir neçə gün əvvəl əməliyyat etdirməsinin s

arrow Ətraflı
Azərbaycana PUA ilə narkotik vasitələr keçirmək istədilər like
  • 06 Mar 14:49  
Digərləri Azərbaycana PUA ilə narkotik vasitələr keçirmək istədilər

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafi

arrow Ətraflı