Ali Məhkəmədən yolnəqliyyat hadisələri ilə bağlı mühüm qərar


Digərləri 06 Mar 2025 15:47:00 95 0

Ali Məhkəmədən yolnəqliyyat hadisələri ilə bağlı mühüm qərar

Azərbaycan Respublikasının Ali Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan şəxsin işinə baxılıb.

Trend xəbər verir ki, ibtidai istintaq orqanı tərəfindən şəxsə Cinayət Məcəlləsinin (CM) 263.2 (Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham verilib. İttihama görə, o, etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan avtomobil ilə Sumqayıt şəhəri ərazisində yolu sağdan sola keçən piyadanı ehtiyatsızlıqdan vurub, nəticədə zərərçəkmiş aldığı xəsarətlər nəticəsində hadisə yerində keçinib. Sürücü isə yol nəqliyyat hadisəsi yerindən qaçıb.

Məhkəmə prosesində verilən ittihamlar üzrə şəxs özünü təqsirli bilməyib. Birinci instansiya məhkəməsi işi araşdıraraq, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlib və ona hər iki maddə üzrə bəraət verib. Apellyasiya instansiya məhkəməsi də hökmü qüvvədə saxlayıb. Bundan sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. Müraciətdə bəraət qərarının ləğvi istənilib.

Ali Məhkəmənin Cinayət kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin və müdafiəçinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlib ki, kassasiya protesti qismən təmin edilməlidir.

Hazırkı vəziyyətdə məhkəmə kollegiyası hesab edib ki, şəxsə CM-in 263.2-ci maddəsi ilə bəraət verməkdə birinci instansiyası məhkəməsi haqlı olub.

Lakin şəxsin əməlində həm CM-in 264-cü maddəsinin, həm də CM-in 143-cü (Təhlükədə qoyma) maddəsinin tərkib əlamətləri olduqda, şəxs xüsusi norma olan CM-in 264-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməli, əgər şəxsə CM-in 263-cü maddəsi ilə bəraət verildikdə və məhz bu səbəbdən həmin şəxsin əməlində CM-in 264-cü maddəsinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlindikdə, bu zaman şəxsin əməlində hazırkı vəziyyət üzrə ümumi norma olan CM-in 143-cü maddəsinin tərkib əlamətlərinin olub-olmaması məsələsi müzakirə edilməlidir.

Rusiyada adam öldürdülər, 12 il sonda Bakıda həbs olundular like
  • 06 Mar 15:30  
Digərləri Rusiyada adam öldürdülər, 12 il sonda Bakıda həbs olundular

Azərbaycan Prokurorluğu və xarici ölkələrin hüquq-mühafizə orqanların�

arrow Ətraflı
Yeni smartfon hazırlandı like
  • 06 Mar 15:25  
Digərləri Yeni smartfon hazırlandı

Çinin Hubei əyalətinin İçan şəhərindən olan məktəbli Lan Boven köhn�

arrow Ətraflı
Medvedev Makronu ələ saldı – adını like
  • 06 Mar 15:21  
Dünya Medvedev Makronu ələ saldı – adını

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Prezi

arrow Ətraflı
Ermənistan bunu etməyə MARAQLIDIR like
  • 06 Mar 15:15  
Digərləri Ermənistan bunu etməyə MARAQLIDIR

Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqda maraqlıdır.

arrow Ətraflı
Tezliklə üç bürc həyatlarını dəyişdirəcək insanla görüşəcəklər like
  • 06 Mar 15:10  
Digərləri Tezliklə üç bürc həyatlarını dəyişdirəcək insanla görüşəcəklər

Sevgi həmişə cədvələ uyğun gəlmir, lakin bürcün üç əlaməti üçün

arrow Ətraflı
Onlara Metropolitendə yeni vəzifələr verildi like
  • 06 Mar 15:04  
Digərləri Onlara Metropolitendə yeni vəzifələr verildi

"Bakı Metropoliteni" QSC-də Hüquq departamentinin rəisi, Kommersiy

arrow Ətraflı
Məşhur restoranda nöqsanlar aşkarlandı  FOTO like
  • 06 Mar 14:58  
Digərləri Məşhur restoranda nöqsanlar aşkarlandı FOTO

Nizami rayonu, B.Çobanzadə küçəsi, 2505-ci məhəllədə yerləşən, Rəhi

arrow Ətraflı
"Omeqa3"ü belə içsəniz, daha FAYDALI OLACAQ like
  • 06 Mar 14:55  
Digərləri "Omeqa3"ü belə içsəniz, daha FAYDALI OLACAQ

Qastroenteroloq-terapevt Svetlana Yermakova "Omeqa-3" yağ turşular�

arrow Ətraflı
SevilSevinc QƏZAYA DÜŞDÜ  buna görə əməliyyata alınıb  FOTO like
  • 06 Mar 14:53  
Şou-biznes SevilSevinc QƏZAYA DÜŞDÜ buna görə əməliyyata alınıb FOTO

Müğənni Sevinc Səfərova bir neçə gün əvvəl əməliyyat etdirməsinin s

arrow Ətraflı
Azərbaycana PUA ilə narkotik vasitələr keçirmək istədilər like
  • 06 Mar 14:49  
Digərləri Azərbaycana PUA ilə narkotik vasitələr keçirmək istədilər

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafi

arrow Ətraflı
ABŞ HƏMAS ilə gizli danışıqlar aparır like
  • 06 Mar 14:45  
Dünya ABŞ HƏMAS ilə gizli danışıqlar aparır

ABŞ-ın Qəzza zolağında saxlanılan amerikalı girovların azad edilməsi v�

arrow Ətraflı
İtkin düşən balıqçılardan daha birinin meyiti tapıldı  FOTO like
  • 06 Mar 14:40  
Digərləri İtkin düşən balıqçılardan daha birinin meyiti tapıldı FOTO

Lənkəranda itkin düşən balıqçılardan ikincisinin də meyiti tapılıb.

arrow Ətraflı