Ermənistan silahlı qüvvələrinin generalı Azərbaycana qarşı döyüşdüyünü məhkəmədə ETİRAF ETDİ
Digərləri 06 Mar 2025 14:47:00 88 0
Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Davit Manukyan Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşdüyünü etiraf edib.
Bu xəbəri də oxu: Azərbaycanda dəfn vaxtı dirilən Səriyyə: "2 mələk mənə dedi ki..."
Son.az AZƏRTAC-a istinadən bildirir ki, o, ifadəsində hərbçi olduğunu, Ermənistanda xidmət etdiyini, həmçinin Birinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistan ordusunun tərkibində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı vuruşduğunu bildirib.
D.Manukyan bildirib ki, üstündə gəzdirdiyi və sonradan evində aşkarlanan odlu silahlar Ermənistan Respublikasının Polis İdarəsində qeydiyyatdadır.
O, 44 günlük müharibə zamanı avtomobilinin "Bayraktar" PUA-sı ilə vurulduğunu da bildirərək deyib: "Sürücüm yaralandı, mən isə 20 metr aralıda olduğumdan xəsarət almadım".
Davit Manukyan istintaq dövründə müstəntiqlərlə çox yaxşı əməkdaşlıq etdiyini də söyləyib.
Təqsirləndirilən şəxs Davit Allahverdiyan isə sərbəst ifadəsi zamanı ilkin istintaqda bütün suallara cavab verdiyini bildirib. "Mənə qarşı münasibət insani, yaxşı olub, buna görə təşəkkür edirəm. İndi də bütün suallara cavab verməyə hazıram", - deyə o əlavə edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam edir.
ABŞ-ın Qəzza zolağında saxlanılan amerikalı girovların azad edilməsi v�

Lənkəranda itkin düşən balıqçılardan ikincisinin də meyiti tapılıb.

Açıq əməkdaşlıq prinsiplərinə əsaslanan üç mərhələli fəaliyyət p

Erməni makiyaj ustası Diana Mkrtçyanın Türkiyənin məşhur aktyoru Burak

Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əkbərov vəzifə

Baku TV-nin "Qapqara" verilişinin buraxılışında tibb elmləri nam

Martın 8-də, saat 10:00-dan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobi

"Ermənistanda hökumətin iclası zamanı deyilənlər heç kimi maraqland

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosias

Müğənni Əbdül Xalid "Maqazin Plus" verilişində Həmzə Məmməd

Bir neçə gündür paytaxtın mərkəzi küçə və prospetlərində axşam saa

Arıqlamaq məqsədilə təbabət üsulundan istifadə edən Siyəzən sakini q�

ABŞ Prezidenti Donald Trampın cümə axşamı günü Təhsil Departamentini l�
