“TÜRK” etnonimi və törələri YUNUS OĞUZ yazır


Digərləri 06 Mar 2025 12:52:00 122 0

“TÜRK” etnonimi və törələri YUNUS OĞUZ yazır

YUNUS  OĞUZ

DAVAMI...

l hissəni buradan oxuya bilərsiniz: https://olaylar.az/news/edebiyyat/587277

ll hissəni buradan oxuya bilərsiniz: https://olaylar.az/news/edebiyyat/588140

Strabon özünün məşhur "Coğrafiya" kitabında yazır:

"Müqəddəs Burun da daxil olmaqla qərb sahilləri düz TAQ çayının töküldüyü yerə qədər İberiyanın (müasir İspaniya və Portuqaliya əraziləri nəzərdə tutulur. - Y.O.) qərb tərəfinin başlanğıcıdır.

Cənubdan isə - Ana çayının töküldüyü yerə qədər cənub tərəfin başlanğıcıdır. Hər iki çay mənbəyini şərqdən götürür. Amma TAQ  o biri çaylardan daha böyükdür və birbaşa qərbə axdığı halda, Ana cənuba dönərək vilayəti İkiçayarasına salır... Ölkənin dərinliklərində KARPATAN, OREATAN və VETTONLAR (kursiv mənimdir- Y.O.) yaşayırlar... Bu əyalətdən mənbəyini  Ana və Taq çayları kimi eyni yerdən götürən BATİY  çayı axır..

...Çayın adına uyğun olaraq ölkə Batik adlanır, əhali isə onu TURDETAN  adlandırır. Arada əhalini turdetan, bəziləri isə turdul çağırırlar. Bir sıra yazarlar onları bir xalq, bir qismi isə müxtəlif xalqlar hesab edir. Axırıncıya Polibi aiddir və təsdiq edir ki, turdullar turdentlərin şimal qonşusudur, amma indi onların arasında heç bir fərq tapmazsan. Turdentlər iberiyalılar arasında özlərini ən mədəni hesab edirlər. Onların əlifbası mövcuddur, qanunlar və öz tayfalarının tarixinə aid poemalar yazırlar (özlərinin dediyi kimi, yazılarının 6000 il yaşı var).Başqa iberiyalılar da yazı ilə tanışdırlar, amma onların hərfləri fərqlidir, belə ki, onların dilləri ayrıdır".

Göründüyü kimi  e.ə. I əsrin sonunda, eramızın əvvəllərində Avropanı gəzən və qələmə alan Strabon bizə  türk toponimləri, hidronimləri və etnonimləri haqqında kifayət qədər məlumat verir. Bunun üzərindən sükutla keçmək mümkün deyil.

Başlayaq Strabonun İberiyada göstərdiyi TAQ  və ANA  hidronimlərindən. Adi gözlə də, heç bir şərh vermədən görmək olur ki, hər iki çayın adı türkcədir. Bəs bu qədər türk toponimləri, hidronimləri və etnonimləri e.ə. I əsrdə indiki İspaniya ərazisinə necə gedib çıxıb? Nəzərə alaq ki, bu adların bu yerlərdə öz təsdiqini tapması üçün yüz illər, bəlkə də min illər gərəkdir. Bəzi tarixçilər təsdiq edirlər ki, e.ə. V əsrdə biz qədim türklər olaraq  Mərkəzi Asiya çöllərindən kənara çıxmamışıq. Elə isə bu adlar Avropanın qərbinə necə gəlib çıxdı? Haradan qaynaqlanır bu adlar? Özü də bu adları Strabon yunan dilinə tərcümə etmir. Yerli xalqlar bu adları necə söyləyir və tələffüz edirsə, Strabon da elə yazır.

Məlumdur ki, "TAQ" sözü indi də bir çox türk dillərində, o cümlədən də  Azərbaycan türkcəsində işlədilir. "Taq (ğ) Azərbaycanda üzüm ağacının bir qoluna deyilir. "Taqım" orduda alayın bir hissəsidir. 1969-cu ildə Leninqradda (indiki Sankt-Peterburq) nəşr olunan "Qədim türk sözlüyü" kitabında "taq" sözü bərkidilmək, nəyinsə bir hissəsi anlamını verir.

Qeyd etmək lazımdır ki, qədim şumer dilində bu söz müasir türk dilindəki kimi "birlədirmək", "yaışdırmaq", "sancmaq" anlamlarını verir.

XI əsrdə yaşayıb-yaratmış M.Kaşğari də taq və tağ sözlərini eyniləşdirir. Bundan başqa müəllif "tağ" sözündən əmələ gələn sözlərə də diqqət yetirir:

Tağay - dayı;

Tağık - dağa çıxmaq;

Tağıl - korlamaq;

Tağla - dağılmaq.

Strabonun göstərdiyi "Ana" çayının adı isə - minillərdir "ANA,APA,ABA" kimi işlədilən bu söz şumer dilində də "AMA" kimi işlədilmişdi.

"Qədim türk sözlüyü"ndə də "ana" sözü indi başa düşdüyümüz anlamda verilir.

Daha sonra Strabon qeyd edir ki, ölkənin dərinliklərində karpatan, oretan və vettonlar yaşayırlar. Maraqlıdır ki, bu etnonimlərə indiyə qədər bizim türkoloqlar diqqət yetirməyiblər. Göründüyü kimi bu sözlər mürəkkəb sözlərdir və təmiz türkcədir. Fonetik dəyişikliyə uğrasa da bu sözlərin anlamı bu gün də başa düşülməkdədir.

Strabon qeyd edir ki, bu əyalətdən Batiy çayı axır və çayın adına uyğun olaraq ölkə Batik adlanır, əhalisi özünü turdul deyə çağırır. Turdullar haqqında yuxarıda bəhs etdik.

Qeyd etdiyimiz kimi İberiya  Avropanın lap şərqində yerləşir, yəni günəşin batdığı yerdə. Bu baxımdan çay qərbə axdığı üçün çayın adı Batiy, ölkə isə çayın adına uyğun Batik adlanır.

Mahmud Kaşğaridə də Bat sözü müxtəlif mənalar verir:

Bat - batmaq, gözdən itmək;

Batıs - bataqlıq, çayın dərin yeri;

Batsıs - qərb;

Batur - batırmaq, bağlatmaq.

"Qədim türk sözlüyü"ndə də "bat" sözü müxtəlif çalarlarda və mənalarda işlədilir:

"I Bat - üzümün suyunun sıxılması,

II Bat - pis, gərəksiz,

III Bat - tez, cəld; iglig ersar bat onulurkim xəstədirsə tez sağalar.

IV Bat - batmaq, baş vurmaq; kün batti - günəş batdi"

Bu gün də dilimizdə işlədilən sözləri - günəş çıxan tərəfi Doğu, günəş batan tərəfi Batı, şimalı - Quzey, cənubu isə Güney kimi işlədirik.

Daha sonra Strabon yazır:

"... Məhz bu körfəz vilayətində iberiyalılar bastetan adını daşıyırlar (onlara bastul da deyirlər)... Kalpa dağı yerləşir...

Əgər daxili dənizdən xarici tərəfə üzsən, bu dağ sağda qalır, ondan 40 stadiya kənarda Kalpa şəhəri yerləşir...

... Bunlardan daha güclü və şöhrətlisi isə əsası Marsel tərəfindən salınmış Kordubdur...

... İberiyalı keltlər arasında Konisturq, liman şəhərləri arasında isə daha məşhuru Asta şəhəridir...

Zəncəfillə qatıq 38 yaşlı kişinin like
  • 06 Mar 12:47  
Digərləri Zəncəfillə qatıq 38 yaşlı kişinin

Arıqlamaq məqsədilə təbabət üsulundan istifadə edən Siyəzən sakini q�

arrow Ətraflı
Tramp Təhsil Nazirliyini ləğv edir like
  • 06 Mar 12:45  
Dünya Tramp Təhsil Nazirliyini ləğv edir

ABŞ Prezidenti Donald Trampın cümə axşamı günü Təhsil Departamentini l�

arrow Ətraflı
AzərbaycanTürkiyə: qardaşlıq və tərəfdaşlığın sarsılmaz nümunəsi like
  • 06 Mar 12:43  
Siyasət AzərbaycanTürkiyə: qardaşlıq və tərəfdaşlığın sarsılmaz nümunəsi

Dünən Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında

arrow Ətraflı
Sabah 17° isti olacaq like
  • 06 Mar 12:39  
Digərləri Sabah 17° isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

arrow Ətraflı
Kəndi səhvən BOMBALADILAR  FOTO like
  • 06 Mar 12:30  
Dünya Kəndi səhvən BOMBALADILAR FOTO

Cənubi Koreyanın Pocheon şəhərinin yaxınlığında təlim zamanı səhvən

arrow Ətraflı
35 yaşlı memar meşədə yaralı tapıldı  4 gün sonra... like
  • 06 Mar 12:25  
Digərləri 35 yaşlı memar meşədə yaralı tapıldı 4 gün sonra...

İstanbuldakı rəfiqəsinə Belqrad meşəsinə getdiyini dedikdən sonra 4 gü

arrow Ətraflı
Keçmiş prokurorun oğlunun meyiti TAPILDI like
  • 06 Mar 12:21  
Digərləri Keçmiş prokurorun oğlunun meyiti TAPILDI

Dünən axşam saatlarında Sabunçu rayonu Pirşağı qəsəbəsində bədbəxt

arrow Ətraflı
"WhatsApp" istifadəçilərinin nəzərinə: Pulunuz oğurlana bilər like
  • 06 Mar 12:15  
Digərləri "WhatsApp" istifadəçilərinin nəzərinə: Pulunuz oğurlana bilər

Dələduzlar pul oğurlamaq üçün yeni üsula əl atıblar. Onlar istifadəçi

arrow Ətraflı
Ağadadaş Ağayevə həbs cəzası verildi like
  • 06 Mar 12:09  
Kriminal Ağadadaş Ağayevə həbs cəzası verildi

Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhk�

arrow Ətraflı
Xatirənin geyimi toyda ona çətin anlar yaşatdı  VİDEO like
  • 06 Mar 12:05  
Şou-biznes Xatirənin geyimi toyda ona çətin anlar yaşatdı VİDEO

Müğənni Xatirə İslamın iştirak etdiyi məclislərin birindən görüntüs

arrow Ətraflı
Bu maye qazdoldurma məntəqəsinin fəaliyyəti DAYANDIRILDI  FOTO like
  • 06 Mar 12:00  
Digərləri Bu maye qazdoldurma məntəqəsinin fəaliyyəti DAYANDIRILDI FOTO

FHN tərəfindən Neftçala rayonunda maye qazdoldurma məntəqəsinin istismar�

arrow Ətraflı
Prokurorluq müğənninin əri üçün 27 il həbs cəzası istədi like
  • 06 Mar 11:27  
Şou-biznes Prokurorluq müğənninin əri üçün 27 il həbs cəzası istədi

Türkiyəli müğənni Merve Özbeyin həyat yoldaşı, iş adamı Kenan Koçak,

arrow Ətraflı
Bakıda kişinin hamamdan meyiti tapıldı like
  • 06 Mar 11:26  
Digərləri Bakıda kişinin hamamdan meyiti tapıldı

Bakıda kişi dəm qazından zəhərlənib.

arrow Ətraflı
Həsənriz kəndinə növbəti köç karvanı yola salındı  FOTO like
  • 06 Mar 11:22  
Digərləri Həsənriz kəndinə növbəti köç karvanı yola salındı FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilm

arrow Ətraflı
Pezeşkianın istefa xəbəri: İranda like
  • 06 Mar 10:57  
Digərləri Pezeşkianın istefa xəbəri: İranda

İranda çox gərgin, bəlkə də "dəhşətli" deyə biləcəyimiz pr

arrow Ətraflı