Pezeşkianın istefa xəbəri: İranda
Digərləri 06 Mar 2025 10:57:00 94 0
İranda çox gərgin, bəlkə də "dəhşətli" deyə biləcəyimiz proseslər baş verir.
Bu xəbəri də oxu: Plastik əməliyyatdan sonra ölən Rəvanənin ailəsi: "Həkim gəlmədi, köməkçisini göndərdi"
Son.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli İranda iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Himmətinin impiçmentindən sonra Cavad Zərifin vitse-prezident vəzifəsindən istefa verməsi haqda danışarkən deyib.
Politoloq bildirib ki, bu məqamda Pezeşkianın istefa verdiyi haqda qeyri-rəsmi informasiyanın yayılması təsadüfi deyil:
"Bir müddət öncə Məsud Pezeşkian Tehranda keçirilən Təbriz mədəniyyət həftəsində Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın şeirindən iki bənd oxumuşdu. Bu zaman ona xəbərdarlıq edildi və prezident şeirin ardını deməyi dayandırdı. Pezeşkian tədbirdən sonra dolayısı ilə bildirdi ki, ölkədə prezidentin heç bir hüququ-səlahiyyəti yoxdur və ona düşündüyü heç nəyi həyata keçirməyə imkan vermirlər.
Bu gün İranda ikihakimiyyətlilik var və əslində "görünməyən" hakimiyyət - SEPAH - daha güclüdür. Buna görə də düşünürəm ki, Pezeşkian istefa barədə yaxın ətrafına tez-tez danışır. O, vəzifə aşiqi deyil, ona görə də istefa verə bilər".
Politoloq əlavə edib ki, əslində İranda iqtisadi-siyasi gərginlik göründüyündən qat-qat dərindir:
"Nəzərə almaq lazımdır ki, İsrail İranın nüvə məsələsində dirənişindən istifadə edir. MAQATE də ardıcıl olaraq İranın nüvə silahı istiqamətində irəlilədiyini və uranı zənginləşdirməsindən narahatlığını bildirməkdədir. Bu, İsrailin iddialarına haqq qazandırır. Digər yandan isə İran dini lideri Əli Xamenei ABŞ-la Pezeşkian hökumətinin dialoqa getməsinə imkan vermir. Bunu da Pezeşkian açıq şəkildə parlamentdə etiraf etdi. Həm daxili iqtisadi gərginlik, həm də İran ətrafında halqanın daralması siyasi hakimiyyətdə böhranı dərinləşdirir. Pezeşkian verdiyi vədləri yerinə yetirə bilmir: ABŞ və AB ilə danışıqlara gedib, sanksiyaların yumşaldılmasına da nail ola bilmir, daxili islahatlar da aparmağa imkan verilmir. Bu isə ciddi nəticələrə gətirib çıxaracaq".
Unibank 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xüsusi kampaniya

Roma Papası Fransisk hazırda həkimlərin nəzarəti altında xəstəxanada ol

Bakıda dərman deposundan oğurluq edən şəxs saxlanılıb. Son.az xəb

Martın 6-da saat 05:00 radələrində 1984-cü il təvəllüdlü şəxs ailə �

İlahiyyatçı Nihat Hatiboğluna ünvanlanan sual sosialı şəbəkələrdə g�

Martın 5-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən ba�

"İranda rəsmi qeydə alınmış çoxarvadlı kişilərin sayı 300 min nəfər

Martın 5-də Bakıda marşrut avtobusunun iştirakı ilə zəncirvari qəza ba�

Braziliyada fırıldaqçı iş adamı evsiz adamı öldürərək öz ölümünü

Baku Network ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik

Yaponiyanın Toyota şəhərində yerləşən və "Toyota Motor" üç�

ABŞ Ukrayna Silahlı Qüvvələrində xidmətdə olan HIMARS sistemlərinin fə

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Teleaparıcı Zaur Kamalın maraqlı görüntüsü yayılıb.
