“İncəsənət divar hörmür, körpü salır” – Eyyub Quliyev “Tofiq Abbasovla dialoq” verlişində


Kriminal 06 Mar 2025 10:06:00 125 0

“İncəsənət divar hörmür, körpü salır” – Eyyub Quliyev “Tofiq Abbasovla dialoq” verlişində

Baku Network ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik verlişinin yeni buraxılışı yayımlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, verilişin bu dəfəki qonağı tanınmış dirijor, Azərbaycan Dövlət Akademik Teatr, Opera və Balet Teatrının musiqi rəhbəri , Azərbaycanın əməkdar artisti Eyyub Quliyev olub. Söhbət zamanı musiqi sənətinin peşəkar aspektləri ilə yanaşı, daha dərin mövzulara - məsələn mədəniyyətlərin qarşılıqlı əlaqəsi, siyasətin incəsənətə təsiri, həmçinin Azərbaycan musiqi ənənələrinin dünyada üstünlüyünün qavranılması ilə bağlı labüd bir prosesə toxunulub.

Müzakirələrin əsas aspektlərindən biri incəsənətin xalqlar arasında dialoqa nüfuzu olub.

Quliyev beynəlxalq musiqi aləmində azərbaycanlı ifaçılar və bəstəkarlara olan münasibətin tədricən dəyişməsi ilə bağlı müşahidələrini bölüşüb. O qeyd edib ki, buna qədər yalnış qənaətdə olan kəslər belə Azərbaycan musiqi məktəbinin üstünlüyünü qəbul etməyə məcburdurlar.

"Son zamanlar mən hiss edirəm ki, hətta əvvəllər bizə qarşı aqressiv köklənmiş həmkarlar belə, bunun fərqinə varırlar ki - fakta qarşı çıxmaq olmaz. Onlar Fikrət Əmirov, Qara Qarayev, Üzeyir Hacıbəyovun musiqilərinə qulaq asırlar və bunu qəbul etməyə məcburdurlar - bu böyük sənətdir. Onlar bunun əhəmiyyətini mübahisələndirə bilməzlər", - deyə maestro bildirib.

Bu, Fikrət Əmirovun "Min bir gecə" baletinin Omanda nümayişi zamanı özünü aydın şəkildə büruzə verdi. Layihədə müxtəlif ölkələrdən, o cümlədən Baltika teatr baletindən musiqiçilər iştirak edirdilər. Kollektivdə qonşu Ermənistanın nümayəndələrinin də yer alması gərginliyə səbəb olmadı, əksinə, peşəkar ehtiram üstün gəldi.

"Onlar bizim musiqiçilərin inanılmaz səviyyə nümayiş etdirdiyini, prestijli müsabiqələrdə və beynəlxalq quruluşlarda iştirak etdiklərini gördükdə, buna qarşı çıxmağın mümkünsüz olduğunu anlamış olurlar", - deyə Quliyev bildirib.

Maestro erməni tərəfinin nümayəndələrinin ifa olunan Azərbaycan musiqisini boykot etmək cəhdlərindən də söz açıb, ancaq bu kimi hallar bir daha onların Azərbaycanın real mədəni üstünlüyü qarşısındakı qorxularından xəbər verir.

"Bu yaxınlarda bir erməni musiqiçi Azərbaycan musiqisini ifa etməyəcəyini bildirərək, Sofiyada konsertdə iştirak etməkdən imtina etmişdi. Nəticədə bütün orkestr çıxış etməkdən imtina etdi. Onlar bəlli olan bir şeyi qəbul etməkdən qorxurlar", - o deyib.

Ancaq tam fərqli misallar da var - məsələn elə hallar olub ki, konsertdən sonra erməni musiqiçilər dirijora yaxınlaşaraq ondan Əmirov və Qarayevin əsərlərinin notlarını istəyiblər.

"Ümidvaram onlar həmin əsərləri özünkiləşdirmək niyyətində deyillər", - deyə maestro gülümsəyərək qeyd edib ki, amma təkcə onları musiqimizə maraq göstərməsi faktı özlüyündə çox şeydən xəbər verir.

Quliyev eyni zamanda, incəsənət sahəsinə siyasi təzyiqlərin olması probleminə də diqqət çəkib. O qeyd edib ki, bəzi ölkələr erməni lobbisini razı salmaq üçün azərbaycanlı artistlərə qarşı qeyri-peşəkar və ədalətsiz mövqe tuturlar:

"Biz hətta Azərbaycanı dəstəkləyən bəzi dövlətlərin birdən-birə mədəni ədalət yox, siyasi maraqların diktə etdiyi qərarlar qəbul etdiklərini görürük".

Onun sözlərinə görə, incəsənət siyasətdən kənarda qalmalıdır, ondan təzyiq aləti kimi istifadə etməklə bağlı istənilən cəhd əksinə gərginliyi artırmış olur.

"Musiqi bir işıqdır, xeyirdir, nəsillər arasındakı bağdır. İncəsənət divar hörmür, körpü salır".

Maestro Quliyev tarixi paralellərdən bəhs edərək, dünya müharibələri zamanı düşmən ölkələrin bir-birinin musiqilərini ifa etməkdən imtina etmələrini misal çəkib, amma müəyyən zaman keçdikdən sonra onlar bu yanaşmanın absurdluğunun fərqinə varıblar.

"Birinci dünya müharibəsi ərəfəsində Rusiyada daha Bethoveni ifa etmirdilər, Almaniyada isə Çaykovskini. Nəticə nə oldu? Bu gün bu maneələr yoxdur. İnsanların gözləri açılır".

O bildirib ki, zaman keçdikcə incəsənət istər-istəməz siyasi qarşıdurmalara qalib gəlir, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün isə hər iki tərəfin ictimai düşüncəsində dəyişikliyə ehtiyac var.

"Biz ədalətdən başqa heç nə tələb etmirik. Qərbi Azərbaycan İcması, bir ictimai təşkilat olaraq siyasi ultimatumlar irəli sürmür. Biz sadəcə ədalətli barışıq istəyirik".

Söhbətin sonunda maestro Azərbaycanın öz mədəniyyətini fəal şəkildə dünyada təbliğ etdiyini və bu istiqamətdə göstərilən fəaliyyətin nəzərəçarpan nəticələr verdiyini diqqətə çatdırıb.

O, "Min bir gecə" tamaşası kimi iri layihələrin beynəlxalq mədəniyyət aləmində Azərbaycanla bağlı yeni düşüncənin formalaşması üçün bir açar olacağına əminlik ifadə edib.

"Sən Qarayev, Əmirov, Hacıbəyovun musiqilərini ifa edəndə - onlarla işıq, sevinc, fəxarət duyursan. Millətin üzü elə budur", - o əlavə edib.

Maestro bu cür təşəbbüslərin davam etdiyini, incəsənətin isə insanların ayrılmasına yox, birləşməsinə vəsilə olacağına ümidini ifadə edib.


Xəbərə aid video

"Toyota"ın zavodunda güclü PARTLAYIŞ  FOTO like
  • 06 Mar 09:55  
Digərləri "Toyota"ın zavodunda güclü PARTLAYIŞ FOTO

Yaponiyanın Toyota şəhərində yerləşən və "Toyota Motor" üç�

arrow Ətraflı
Meyiti 10 gün sonra evində TAPILDI like
  • 06 Mar 09:29  
Şou-biznes Meyiti 10 gün sonra evində TAPILDI

Rusiyalı aktyor Aleksandr Milokosti vəfat edib.

arrow Ətraflı
ABŞdən Ukraynaya daha bir like
  • 06 Mar 09:22  
Dünya ABŞdən Ukraynaya daha bir

ABŞ Ukrayna Silahlı Qüvvələrində xidmətdə olan HIMARS sistemlərinin fə

arrow Ətraflı
Azərbaycanda bu valyutalar BAHALAŞDI like
  • 06 Mar 09:21  
Digərləri Azərbaycanda bu valyutalar BAHALAŞDI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
50 yaşlı Zaur Kamalı hələ belə görən OLMAMIŞDI  VİDEO like
  • 06 Mar 09:15  
Şou-biznes 50 yaşlı Zaur Kamalı hələ belə görən OLMAMIŞDI VİDEO

Teleaparıcı Zaur Kamalın maraqlı görüntüsü yayılıb.

arrow Ətraflı
Bakının 2 rayonunda qaz olmayacaq like
  • 06 Mar 09:14  
Digərləri Bakının 2 rayonunda qaz olmayacaq

Bu gün Bakının Nəsimi və Suraxanı rayonlarının bəzi ərazilərində qaz

arrow Ətraflı
Mərkəzdə zəncirvari QƏZA  FOTO like
  • 06 Mar 09:09  
Digərləri Mərkəzdə zəncirvari QƏZA FOTO

Bu gün səhər saatlarında Bakının mərkəzində zəncirvari yol-nəqliyyat

arrow Ətraflı
Trampdan HƏMASa sonuncu xəbərdarlıq like
  • 06 Mar 07:47  
Dünya Trampdan HƏMASa sonuncu xəbərdarlıq

ABŞ prezidenti Donald Tramp HƏMAS-dan əlində olan bütün girovları buraxma

arrow Ətraflı
Yevlaxda beşinci mərtəbədən yıxılan yeniyetmə sağ qaldı like
  • 06 Mar 07:41  
Digərləri Yevlaxda beşinci mərtəbədən yıxılan yeniyetmə sağ qaldı

Beşinci mərtəbədən yıxılan yeniyetmənin vəziyyəti açıqlanıb.

arrow Ətraflı
Qocalıq xəstəliyi hesab edilirdi, gənclərdə də müşahidə olunur  İş stresi ilə səhv salınır like
  • 06 Mar 07:40  
Digərləri Qocalıq xəstəliyi hesab edilirdi, gənclərdə də müşahidə olunur İş stresi ilə səhv salınır

Türkiyəli nevroloq Həsən Armağan Uysal 65 yaşdan əvvəl ortaya çıxan de

arrow Ətraflı
Mart bürclərə nə vəd edir?  Əlavə pul qazana biləcəksiniz like
  • 06 Mar 07:28  
Digərləri Mart bürclərə nə vəd edir? Əlavə pul qazana biləcəksiniz

2025-ci ilin mart ayı bütün bürclər üçün hadisəli olacağını vəd edi

arrow Ətraflı
İlkin tanınmaz halda like
  • 06 Mar 07:15  
Şou-biznes İlkin tanınmaz halda

Aparıcı və aktyor İlkin Həsəni paylaşı ilə maraq doğurub.

arrow Ətraflı
Azərbaycanda ilk dəfə canlıdancanlıya böyrək transplantasiyası əməliyyatı həyata keçirilib like
  • 06 Mar 07:01  
Digərləri Azərbaycanda ilk dəfə canlıdancanlıya böyrək transplantasiyası əməliyyatı həyata keçirilib

Yeni Klinikada ilk dəfə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçi

arrow Ətraflı
“Direktor bizə hinduşkabaş deyir”  Müəllim like
  • 06 Mar 06:52  
Digərləri “Direktor bizə hinduşkabaş deyir” Müəllim

Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktə

arrow Ətraflı
2050ci ilə qədər bu insanların 50 faizdən çoxu kökələcək like
  • 06 Mar 06:47  
Digərləri 2050ci ilə qədər bu insanların 50 faizdən çoxu kökələcək

2050-ci ilə qədər dünyada yaşayan yetkin insanların yarıdan çoxu, uşaql

arrow Ətraflı