Qocalıq xəstəliyi hesab edilirdi, gənclərdə də müşahidə olunur İş stresi ilə səhv salınır
Digərləri 06 Mar 2025 07:40:00 114 0
Türkiyəli nevroloq Həsən Armağan Uysal 65 yaşdan əvvəl ortaya çıxan demans halları ilə bağlı xəbərdarlıq edib.
Bu xəbəri də oxu: Bu xəstəxanaya gələn sürücülər teztez CƏRİMƏLƏNİR VİDEO
Son.az xəbər verir ki, Həsən Armağan Uysal demansın adətən yaşlılıq xəstəliyi kimi tanındığını, lakin bu problemin gənclərdə də müşahidə oluna biləcəyini bildirib:
"Keçmişdə yalnız yaşlılıq xəstəliyi kimi qəbul edilən demans, artıq gənc yaş qrupunda da getdikcə daha çox diaqnoz edilir. Erkən başlanğıclı demans (EBD), 65 yaşdan əvvəl meydana gələn demans növlərini əhatə edir".
Mütəxəssis qeyd edib ki, gənclərdə müşahidə olunan demansın əlamətləri tez-tez depressiya, narahatlıq və ya iş stressi ilə səhv salındığı üçün diaqnoz qoyulması çətinləşir və müəyyən gecikmələr yaşanır:
"Keçmişdə yalnız yaşlılıq xəstəliyi kimi qəbul edilən demans, artıq gənc yaş qrupunda da getdikcə daha çox diaqnoz edilir. Erkən başlanğıclı demans (EBD), 65 yaşdan əvvəl meydana gələn demans növlərini əhatə edir. EBD insanın həm iş, həm də sosial həyatına ciddi təsir göstərə bilər".
Altsheymer və digər demans növlərinin əsasən yaşlı əhali ilə əlaqələndirildiyini deyən Həsən Armağan Uysal sözlərini belə davam etdirib:
"Depressiya, narahatlıq və ya iş stressi ilə səhv salınan EBD-də diaqnoz gecikəndə həm xəstələr, həm də ailələri üçün ağır nəticələrə səbəb ola bilər. Xüsusilə davranış dəyişiklikləri ilə müşayiət olunan Altsheymer, kortikobazal degenerasiya və "Lewy cisimcikli demans" kimi xəstəliklərin erkən əlamətləri nəzərdən qaçırılmamalıdır".
45 yaşdan aşağı olan hallarda daha çox genetik faktorların təsirli olduğunu bildirən Həsən Armağan Uysal 2024-cü ildə aparılan araşdırmalar nəticəsində yüksək LDL xolesterin səviyyəsi və müalicə olunmamış görmə itkisi kimi risk faktorlarının demansa daxil edildiyini açıqlayıb.
"MRI, beyin-onurğa mayesi və PET kimi inkişaf etmiş göstərici və görüntüləmə üsulları sayəsində beyin şəbəkələrinin necə təsirləndiyi artıq daha yaxşı başa düşülür" deyən Həsən Armağan Uysal təqdimatında xolinergik müalicələr, həyat tərzi dəyişiklikləri və fərdiləşdirilmiş yanaşmalar barədə məlumat verib.
Həsən Armağan Uysal EBD-nin yalnız yaddaş itkisi ilə məhdudlaşmadığını, bəzi xəstələrdə davranış dəyişiklikləri, icraedici funksiyalarda pozulmalar, nitq itkisi və hətta vizual qavrayış pozğunluqları ilə başlaya biləcəyini vurğulayıb və əlavə edib:
"Buna görə də şəxsiyyət dəyişiklikləri, iş performansında qəfil azalmalar və sosial geriləmə də demans əlaməti ola bilər. Erkən diaqnoz qoyula bilsə, xəstəlik prosesini yavaşlatmaq, xəstəyə daha keyfiyyətli həyat təmin etmək və qulluq proseslərini təşkil etmək mümkün ola bilər. Lakin bunun üçün həm xəstə, həm də həkim məlumatlılığının artırılması vacibdir. Cəmiyyətdə bu mövzuda məlumatlılığı artırmaq üçün maarifləndirmə kampaniyaları keçirilməlidir. EBD sahəsində çalışan multidissiplinar mərkəzlər genişləndirilməlidir. Genetik testlər və biogöstəricilər daha əlçatan olmalıdır. Qulluq prosesləri gənc xəstələrin ehtiyaclarına uyğun planlaşdırılmalıdır". (Qaynarinfo)
2025-ci ilin mart ayı bütün bürclər üçün hadisəli olacağını vəd edi

Yeni Klinikada ilk dəfə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçi

Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktə

2050-ci ilə qədər dünyada yaşayan yetkin insanların yarıdan çoxu, uşaql

"Ezel" serialındakı "Ramiz Karaeski" obrazı ilə məşhur

Paşinyan faktiki olaraq Zəngəzur dəhlizinin açılması üçün zəmin hazı

Astroloqlar bəzi bürclərin nümayəndələrinin artıq mart ayında maliyyə

Şakiranın "Slotera" klipində yer aldığı və pərəstişkarına h

Həmin gün xanımlara verilən ən məşhur hədiyyələrdən biri də çiçək

Aktyor Can Yaman aktrisa Gözde Gürkanla eşq yaşayır.

Artıq 4 gündür ki, Azərbaycanda 11 ayın sultanı olan Ramazan ayı baş

Müğənni Sevda Yahyayevanın həyat yoldaşı, həkim - genetik Zakir Bayramov

Türkiyəli məşhur müğənni Hadisə Bakıya gələcək.

"Telegram"ın yaradıcısı Pavel Durovun sevgilisinin hamilə olması
