Biznesmen evsiz adamı öldürdü: Öz qətlini... FOTO
Dünya 06 Mar 2025 10:07:00 122 0
Braziliyada fırıldaqçı iş adamı evsiz adamı öldürərək öz ölümünü saxtalaşdırmaqda və cəsədi özününkü olmaqda ittiham olunur.
Bu xəbəri də oxu: Zelenski bu gün Trampla Ukraynada nizamlanma üzrə gələcək addımları müzakirə edəcək
Son.az-ın xarici KİV-ə istinadla məlumatına görə, Edilson Piter və adı açıqlanmayan şəriki fevralın 28-də həbs edilib. 41 yaşlı Piter özünü yoxa çıxarmaqda və sonra iki dəfə öz ölümünü saxtalaşdırmağa cəhd etməkdə şübhəli bilinir.
O, günəş panelləri şirkətinin müştərilərini aldatdığı iddiası ilə artıq dələduzluğa görə istintaq altında olub. Ehtimal olunur ki, o, tədarükçülərinə və ya müştərilərinə pul ödəməmək üçün öz qətlini saxtalaşdırmağa çalışıb.
Polis rəisi Fabiano Toniatso yerli mətbuata deyib: "Onun şirkəti günəş panelləri satıb, lakin o, təchizatçılara və ya panel istehsalçılarına pul ödəməyib. O, günəş fermalarını da satıb, lakin panelləri pulunu ödəmiş müştərilərə çatdırmayıb".
İstintaq fevralın 12-də, Piterin yoxa çıxması xəbəri yayılanda başlayıb. Onun yanmış pikap maşını fevralın 15-də içərisində qaralmış cəsəd ilə birlikdə tapılıb. O zaman əməliyyatçılara məlum olmayan cəsədin Piter və onun 38 yaşlı şəriki tərəfindən öldürüldüyü ehtimal edilən evsiz bir adama aid olduğu üzə çıxıb.
Piter cəsədin DNT üçün yoxlanılacağını anlayanda yenidən ölümünü saxtalaşdırmağa çalışıb. Onu əsir götürdüyü iddia edilən şəxslər tərəfindən işgəncələrə məruz qaldığını əks etdirən video ailəsinə və yerli mediaya göndərilib. Burada onun barmağının bir hissəsinin necə kəsildiyini və iki dişinin necə çıxarıldığını göstərilib.
Toniatso deyib: "Video kəsilib və ikincidə siz təkərlərin və budaqların yanacaqla yandırıldığını görürsünüz. Təbii ki, altında cəsədin olub-olmadığını deyə bilməzsiniz və biz bilirik ki, cəsəd yoxdur".
Baku Network ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik

Yaponiyanın Toyota şəhərində yerləşən və "Toyota Motor" üç�

ABŞ Ukrayna Silahlı Qüvvələrində xidmətdə olan HIMARS sistemlərinin fə

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Teleaparıcı Zaur Kamalın maraqlı görüntüsü yayılıb.

Bu gün Bakının Nəsimi və Suraxanı rayonlarının bəzi ərazilərində qaz

Bu gün səhər saatlarında Bakının mərkəzində zəncirvari yol-nəqliyyat

ABŞ prezidenti Donald Tramp HƏMAS-dan əlində olan bütün girovları buraxma

Beşinci mərtəbədən yıxılan yeniyetmənin vəziyyəti açıqlanıb.

Türkiyəli nevroloq Həsən Armağan Uysal 65 yaşdan əvvəl ortaya çıxan de

2025-ci ilin mart ayı bütün bürclər üçün hadisəli olacağını vəd edi

Yeni Klinikada ilk dəfə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçi

Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktə
