Qlobal texnologiya brendi HONORun, süni zəka üzərindən işləyən cihazlar ekosisteminə keçidi üçün nəzərdə tutulan yeni korporativ strategiyasını təqdimatı keçirilib


Digərləri 06 Mar 2025 14:30:00 126 0

Qlobal texnologiya brendi HONORun, süni zəka üzərindən işləyən cihazlar ekosisteminə keçidi üçün nəzərdə tutulan yeni korporativ strategiyasını təqdimatı keçirilib

Açıq əməkdaşlıq prinsiplərinə əsaslanan üç mərhələli fəaliyyət planı təqdim edilib.

Qlobal texnologiya brendi HONOR ötən günlərdə texnologiya nəhəngi smartfon istehsalçısından AI cihaz ekosistem şirkəti olmaq üçün yeni korperativ strategiyası HONOR ALPHA PLAN ilə bağlı bütün yenilikləri də elan edib. Bu üç mərhələli plan, HONOR-un yeni ağıllı dünyaya keçid etmək üçün atacağı cəsarətli addımları ətraflı şəkildə təsvir edir və sənayeni insan potensialını maksimuma çatdıran və nəticədə bütün bəşəriyyətə fayda verən açıq, dəyər mübadiləsi ekosistemi yaratmağa çağırır.

"Aydındır ki, süni intellekt inqilabı məişət texnikası sənayesinin yenidən formalaşdıracaq, məhsuldarlığımızı, cəmiyyətimizi və hətta mədəniyyətimizi əvvəlkindən daha çox dəyişdirəcək," - deyə HONOR-un baş direktoru James Li bildirib.  "Mən hamımızı birləşməyə və süni intellekt texnologiyasının yaratdığı çətinliklərə və geniş imkanlara birlikdə cavab verməyə çağırıram. Sənayeni həqiqətən açıq olmağa dəvət edirəm ki, bu həyəcanverici süni intellekt gələcəyini tam şəkildə qəbul edə bilək. Gəlin bunu birlikdə edək.  

"HONOR ALPHA PLAN adının seçilməsi unikal simvolik məna daşıyır. Yunan əlifbasının ilk hərfi olan "Alpha", HONOR-un texnoloji mükəmməllik üçün dayanmadan çalışmasını ifadə edir. Həmçinin, Çin dilində "insan" (人) sözü mənasını verən heroqlif, "α" (alfa) hərfinin aşağı hissəsində gizlənmişdir. Bu, HONOR-un insan yönümlü innovasiyalara sadiqliyini və Qərblə Şərqi birləşdirən qlobal yanaşmasını əks etdirir.

Sözü gedən bu plan üç əsas mərhələdən ibarətdir. İlk mərhələ yüksək intellektə sahib cihazların yaradılmasıdır. HONOR AI dövründə yeni cihaz modellərini formalaşdırmaq üçün tərəfdaşları ilə texnologiya üfüqlərini dəf edərək, birgə innovasiya həllərini həyata keçirəcəkdir. Növbəti mərhələdə sənaye sərhədlərini aşaraq, fiziki AI dövrünün təməli qoyulacaqdır. Son mərhələdə isə Süni Ümumi İntellekt (AGI) dövrünə qədəm qoyaraq, HONOR insan potensialının sərhədlərini aşmağa və yeni sivilizasiya modelini formalaşdırmağa töhfə verəcəkdir.

HONOR-un bu yolda ilk addımı insan yönümlü süni zəkadan istifadə edəcək intellektual telefonun yaradılması olacaqdır. Sözü gedən bu telefon, insan potensialını maksimum dərəcədə artırmaq üçün xüsusi hazırlanaraq, HONOR-un təqdim etdiyi qabaqcıl AI texnologiyalarını özündə birləşdirəcək.

Agentic AI Dövrü üçün Aparıcı AI Texnologiyası

HONOR tərəfindən hazırlanmış dünyanın ilk GUI əsaslı şəxsi mobil AI agenti, gündəlik istifadə rahatlığını ağıllı texnologiya ilə yenidən müəyyənləşdirir.

Google Cloud və Qualcomm Technologies ilə əməkdaşlıqda keçirilən texnologiya nümayişində HONOR süni intellekt agentinin HONOR Calendar-da qeydə alınmış görüşlər və trafik məlumatlarını nəzərə alaraq üçüncü tərəf xidməti vasitəsilə masa sifariş etməyə necə kömək edə biləcəyini nümayiş etdirib. HONOR yaxın gələcəkdə beynəlxalq bazarlarda da öz cihazlarında köməkçi-agent istifadə təcrübələrini reallaşdırmağı planlaşdırır.

Həmçinin istehsalçı, HONOR-un təsvir texnologiyası üçün yeni brend olan AiMAGE ilə mobil fotoçəkiliş imkanlarını genişləndirir. AI Kernel ilə təchiz edilmiş AiMAGE, device-cloud AI modellərini dəstəkləyən ilk həllidir. Belə ki, adi model təsvirin aydınlığı 50% artırmaq üçün 1,3 milyard parametr modelinin dəstəklənməsi tələb olunurdusa, device-cloud-da  şəkillərin keyfiyyətini kütləvi şəkildə artırmaq üçün 12,4 milyard parametr modelinə əsaslanan daha geniş miqyaslı hesablama resurslarından faydalanılır.

Burada həmçinin, AiMAGE-ın əsasını təşkil edən və eyni dərəcədə vacib olan AI ekosistem komponentini də qeyd etmək lazımdır. Belə ki, partnyorlarla, o cümlədən Google Cloud ilə əməkdaşlıq edərək, HONOR daha intuitiv süni zəka xüsusiyyətlərini smartfonlarına inteqrasiya edərək, təsvir təkliflərinin çox yönlülüyünü təkmilləşdirməyə davam edəcək. Köhnə portretləri bərpa etmək üçün yeni AI Upscale xüsusiyyəti bu ilin Mart ayından başlayaraq Snapdragon® 8 Elite Mobil Platforması ilə təchiz edilmiş HONOR Magic7 seriyasına tədricən tətbiq ediləcək.

Bundan əlavə, HONOR dünyanın ilk tam ekosistemli fayl paylaşma texnologiyasını da təqdim etmişdir. Bununla, istifadəçilər faylları bir və ya bir neçə iOS və Android cihazlarına köçürmələrindən asılı olmayaraq, ultra sürətli transferdən zövq ala biləcəklər. Həmçinin, istehsalçı AI Deepfake-nin təyin edilməsi funksiyasının tezliklə beynəlxalq bazarlarda ən son flaqman smartfonlarında təqdim olunacağını açıqlamışdır.

Qlobal Tərəfdaşlarla Açıq, Dəyər Paylaşımı Ekosisteminin birgə yaradılması

"Fiziki süni zəka dövrünə qədəm qoyduğumuz bir vaxtda biz sənaye sərhədlərimizi aşmalıyıq və AI ekosistemi üçün yeni paradiqma yaratmalıyıq" deyə cənab Li qeyd edib. Strateji planının ikinci mərhələsini həyata keçirmək üçün HONOR sənayenin daha geniş cihaz bazasının süni zəka imkanlarından istifadəsini təmin etməyə çağıraraq, qlobal tərəfdaşlarla dəyər mübadiləsi ekosistemini birgə yaradır. Öz öhdəliyinin sübutu olaraq, HONOR bu gün bu planı maliyyələşdirmək üçün növbəti beş il ərzində 10 milyard ABŞ dollarından çox sərmayə yatıracağını elan edib.

"Sonunda məqsədimizə çataraq, biz insan potensialının sərhədlərini aşacağıq və AGI dövründə sivilizasiya üçün yeni paradiqma yaradacağıq. Karbon əsaslı həyat və silikon əsaslı zəka arasında birgə mövcudluğun şahidi olacaqsınız. "Buna görə də hər birimiz zəkalı bir dünya yaratmaq üçün insan potensialını maksimuma çatdırmalı və birlikdə işləməliyik" deyən, cənab Li, planının üçüncü və sonuncu addımını həyata keçirmək üçün hər kəsi HONOR-a qoşulmağa dəvət etdi.

Google Cloud, Qualcomm Technologies, Inc., CKH Group, Orange, Telefónica və Vodafone-dan nümayəndələr səhnədə cənab Li-yə qoşularaq ağac işıqlandırma mərasimini həyata keçirdilər. Süni intellekt ekosistemini və süni intellekt cihazlarını təmsil edən işıq ağacının işıqlandırılması, sənaye tərəfdaşlarının bütün dünyadakı istehlakçılara xidmət edəcək süni intellekt cihaz ekosistemini birgə inkişaf etdirmək üçün əməkdaşlığını simvolizə etdi.

"Bu gün HONOR, süni intellektin cihaz istifadəçi təcrübəsinin hər aspektini dəstəkləyəcəyi bir gələcək üçün cəsarətli yeni bir vizyon təqdim etdi. Texnologiyamızı inteqrasiya edərək, növbəti nəsil süni intellekt cihazlarını gücləndirmək üçün HONOR ilə əməkdaşlıq etməkdən məmnunuq," dedi Alex Katouzian, Qualcomm Technologies, Inc.-in Mobil, Hesablama və XR, Geyilə bilən Texnologiyalar Qrupunun Baş Meneceri.

"Əməkdaşlıq - AI üçün açıq ekosistemi birləşdirən bir əsasdır. Biz HONOR və digər sənaye tərəfdaşları ilə bu yüyürüşdə əl-ələ verməkdən məmnunuq. Biz Google Gemini-nin süni zəka modellərini HONOR cihazlarına inteqrasiya etmək və bütün dünyada istifadəçilər üçün onların məlumat təhlükəsizliyini və istifadəçi məxfiliyini qoruyarkən əvvəllər heç vaxt mümkün olmayan yeni imkanlar yaratmaq üçün dayanmadan işləyirik", - deyə Google Cloud üzrə Qlobal Həllər və İstehlakçı AI-nin idarəedici direktoru Matt Valdbusser bildirib.

HONOR ALPHA PLAN-ın istehlakçı yönümlü yanaşmaya yetirdiyi diqqəti nümayiş etdirmək üçün HONOR Avropa bazarından başlayaraq HONOR Magic seriyası üçün yeddi illik Android OS və təhlükəsizlik yeniləmələri təqdim etməyi öhdəsinə götürmüşdür.

Bundan əlavə, HONOR ilkin məqsədi kimi, üzümüzə gələn beş il ərzində, yəni 2040-cı ilə qədər, operativ karbon neytrallığına nail olmaq üçün davamlılıq təşəbbüslərini sürətləndirməyi öhdəsinə götürmüşdür. HONOR həmçinin 2050-ci ilə qədər bütün tədarük zənciri və məhsulları üzrə karbon neytrallığına nail olmaq planını açıqlamışdır.

Yeni Məhsul Sərgisi

MWC Barcelona 2025-də HONOR beynəlxalq bazarlardakı istehlakçılara daha çox seçim təqdim etmək üçün bir neçə yeni məhsul təqdim etdi. Zərif üzüm yarpağı əyrili dizaynı və yüngül gövdəsi ilə AI PC HONOR MagicBook Pro 14, HONOR Turbo X inteqrasiyası sayəsində güclü performans və rekord qıran batareya ömrü təmin edir.

HONOR Pad V9 isə sənayedə lider olan 2.8K HONOR Eye Comfort displeyini və ən yaxşı performans göstərən batareyalardan birini ultra nazik korpus altında toplayaraq, süni zəka üzərindən işləyən öyrənmə və ofis proqramları təcrübəsini təqdim edir.

Burada təqdim olunmuş digər cihaz, premium dizayn və ağıllı texnologiyaları özündə birləşdirən HONOR Watch 5 Ultra isə, öz növbəsində istifadəçilərə fiziki aktivliklərini izləmək üçün 15 günə qədər batareya ömrü təklif edir.

HONOR süni zəka üzərində işləyərək real zaman çərçivəsində sinxron tərcüməni dəstəstəkləyən və bir çox daha üstün xüsusiyyətə malik,  güclü səs ötürməsini təmin edən HONOR Earbuds Open, erqonomik qulaqlıqları da sözü gedən tədbirdə təqdim etmişdir.

MWC Stendi haqqında ətraflı məlumat

3-6 mart tarixləri arasında MWC Barcelona 2025-in ziyarətçiləri HONOR və onun tərəfdaşlarının ən son yenilikləri ilə tanış olmaq üçün Fira Gran Via-nın 3-cü zalında yerləşən HONOR stendini ziyarət edə bilərlər.

###

Snapdragon Qualcomm Incorporated şirkətinin qeydə alınmış ticarət nişanıdır. Snapdragon və/və ya Qualcomm Technologies, Inc.-nin törəmə şirkətlərinin məhsuludur.

Burak Özçivitin erməni qadınla FOTOsu müzakirələrə səbəb oldu like
  • 06 Mar 14:15  
Şou-biznes Burak Özçivitin erməni qadınla FOTOsu müzakirələrə səbəb oldu

Erməni makiyaj ustası Diana Mkrtçyanın Türkiyənin məşhur aktyoru Burak

arrow Ətraflı
Azərbaycanlı müğənninin ailəsində like
  • 06 Mar 13:56  
Şou-biznes Azərbaycanlı müğənninin ailəsində

Müğənni Bahar Lətifqızının ailəsində xeyir iş olacaq.

arrow Ətraflı
Xəstəxana direktoru işdən çıxarıldı  Yeni TƏYİNAT like
  • 06 Mar 13:49  
Digərləri Xəstəxana direktoru işdən çıxarıldı Yeni TƏYİNAT

Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əkbərov vəzifə

arrow Ətraflı
“Kişilərin özlərini arvad kimi aparması xəstəlikdir” like
  • 06 Mar 13:45  
Digərləri “Kişilərin özlərini arvad kimi aparması xəstəlikdir”

Baku TV-nin "Qapqara" verilişinin buraxılışında tibb elmləri nam

arrow Ətraflı
Bu istiqamətdə yola çıxmaq istəyənlərin NƏZƏRİNƏ: like
  • 06 Mar 13:42  
Digərləri Bu istiqamətdə yola çıxmaq istəyənlərin NƏZƏRİNƏ:

Martın 8-də, saat 10:00-dan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobi

arrow Ətraflı
Paşinyan saatını göstərib bunları dedi like
  • 06 Mar 13:34  
Digərləri Paşinyan saatını göstərib bunları dedi

"Ermənistanda hökumətin iclası zamanı deyilənlər heç kimi maraqland

arrow Ətraflı
Azərbaycan ABŞyə yumurta satacaq  FOTO like
  • 06 Mar 13:25  
Digərləri Azərbaycan ABŞyə yumurta satacaq FOTO

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosias

arrow Ətraflı
"4 ay zirzəmidə tək yaşadım, ciddi psixoloji çətinliklərim oldu"  VİDEO like
  • 06 Mar 12:55  
Şou-biznes "4 ay zirzəmidə tək yaşadım, ciddi psixoloji çətinliklərim oldu" VİDEO

Müğənni Əbdül Xalid "Maqazin Plus" verilişində Həmzə Məmməd

arrow Ətraflı
Bu küçə və prospektlərdə svetoforlara “yaşıl dalğa” əmri verildi like
  • 06 Mar 12:54  
Digərləri Bu küçə və prospektlərdə svetoforlara “yaşıl dalğa” əmri verildi

Bir neçə gündür paytaxtın mərkəzi küçə və prospetlərində axşam saa

arrow Ətraflı
Zəncəfillə qatıq 38 yaşlı kişinin like
  • 06 Mar 12:47  
Digərləri Zəncəfillə qatıq 38 yaşlı kişinin

Arıqlamaq məqsədilə təbabət üsulundan istifadə edən Siyəzən sakini q�

arrow Ətraflı
Tramp Təhsil Nazirliyini ləğv edir like
  • 06 Mar 12:45  
Dünya Tramp Təhsil Nazirliyini ləğv edir

ABŞ Prezidenti Donald Trampın cümə axşamı günü Təhsil Departamentini l�

arrow Ətraflı
AzərbaycanTürkiyə: qardaşlıq və tərəfdaşlığın sarsılmaz nümunəsi like
  • 06 Mar 12:43  
Siyasət AzərbaycanTürkiyə: qardaşlıq və tərəfdaşlığın sarsılmaz nümunəsi

Dünən Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında

arrow Ətraflı
Sabah 17° isti olacaq like
  • 06 Mar 12:39  
Digərləri Sabah 17° isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

arrow Ətraflı
Kəndi səhvən BOMBALADILAR  FOTO like
  • 06 Mar 12:30  
Dünya Kəndi səhvən BOMBALADILAR FOTO

Cənubi Koreyanın Pocheon şəhərinin yaxınlığında təlim zamanı səhvən

arrow Ətraflı